Milli Dəyərlər və Qlobal Vətəndaşlıq
Zülfiyyə Vəliyeva
ADPU ETM-nin elmi işçisi
Respublikanın Əməkdar Müəllimi
Azərbaycan–Türkiyə Müştərək Beynəlxalq Onlayn Layihəsi
İnsanlar hər bir dövlətin həqiqi sərvətidir. Müasir dövrdə hər bir xalqın, dövlətin gələcək taleyini təkcə onun malik olduğu zəngin təbii sərvətlər deyil, həm də elmi-mədəni və intellektual imkanları, bütün bunların da fövqündə dayanan insan kapitalı müəyyənləşdirir. Funksional imkanları elm və təhsilin ictimai həyatın ən müxtəlif sahələrində tətbiqi yolu ilə gerçəkləşdirilən bu əvəzsiz kapital hazırkı mərhələdə fərd və ictimai toplumların, geniş mənada, xalqların gələcək inkişafının, yaşayış səviyyəsinin, habelə qazandığı nailiyyətlərin rəhni kimi çıxış edir. Özünün milli kimliyini dərk edən və mənsub olduğu xalqın tarixi-mədəni irsini qoruyub saxlayan, gələcəkdə cəmiyyətdə tamhüquqlu bir vətəndaş olmağı bacaran şəxsiyyət yetişdirmək təhsilimizin ümdə vəzifəsinə çevrilib. Hər bir şagirdin şəxsiyyətə çevrilmə prosesi onun əvvəlcə bir vətəndaş kimi yetişdirilməsindən keçir. Hamı qəhrəman ola bilməz, amma hamı vətəndaş olmalıdır. Müəllim şəxsiyyəti fəal cəmiyyət adamı, sosial bir insandır. O sosioloji düşünməli, insanlara qarşı, xüsusilə öz yetişdirmələrinə qarşı həssas və qayğıkeş olmalıdır. Sosioloji düşüncə dedikdə həyatda fəal mövqe tutan, insanlara daim xeyirxahlıqla yanaşan, yol göstərən, istiqamət verən, yaradıcı, humanist bir insan, səriştəli müəllim surəti ağlımıza gəli.
Cəmiyyətdə yeni nəslin milli adət-ənənələrimiz ruhunda tərbiyə edilməsi, onlarda hərtərəfli mənəvi keyfiyyətlərin formalaşmasında peşəkar, səriştəli müəllim fəaliyyəti mühüm rol oynayır. Müasir zamanda milli-mənlik şüurunun artması, şəxsiyyətin əxlaqi, mənəvi keyfiyyətləri cəmiyyətin inkişafında vacib və önəmli amil hesab edilir. Məhz buna görə də şəxsiyyətin milli-mənəvi, əxlaqi tərbiyəsi, layiqli insan yetişdirmək problemi dövlətin daim diqqət mərkəzindədir. Milli-mənəvi və bəşəri dəyərləri mənimsənilməsi gənclərin bir şəxsiyyət kimi fəaliyyət göstərərək cəmiyyətdəki sosial-siyasi şəraitə, bazar iqtisadiyyatına, zəngin informasiya-kommunikasiya məkanına uyğunlaşması mühüm əhəmiyyət kəsb edir.
Aynur Axundova – Layihənin təsisçisi, moderator
2021-ci ildə Ankarada planın ilkin ideyasını rəsmiləşdirən və böyük könüllü müəllimlər şəbəkəsini bir araya gətirən Aynur xanım Axundovanın xidmətləri təqdirəlayiqdir.
2021-ci ildə Ankarada planın ilkin ideyasını rəsmiləşdirən və böyük könüllü müəllimlər şəbəkəsi bir araya gətirmişdir.
Azərbaycan və Türkiyə arasında tarixi dostluq və qardaşlıq münasibətlərinə əsaslanan “Milli Dəyərlər və Qlobal Vətəndaşlıq” adlı beynəlxalq layihə iki ölkənin təhsil işçiləri və gəncləri arasında mədəni dəyərlərin təşviqi, milli kimliyin qorunması və qlobal düşüncə bacarıqlarının inkişaf etdirilməsi məqsədilə həyata keçirilir. Layihə 6-19 yaş aralığında olan məktəbəqədər təhsil, ümumtəhsil məktəbləri, lisey və universitet tələbələri ilə yanaşı, müxtəlif təhsil pillələrində çalışan müəllimlərin və təhsil mütəxəssislərinin iştirakı ilə online və könüllülük prinsipi əsasında təşkil olunur. Layihənin ilkin ideyası 2021-ci ildə Ankara şəhərində Türkiyə və Azərbaycan müəllimlərinin iştirakı ilə keçirilən görüş zamanı Azərbaycan nümayəndəsi Aynur Axundova tərəfindən irəli sürülmüşdür.Layihənin praktiki mərhələsi isə 2024-cü ilin dekabr ayında sosial şəbəkələr vasitəsilə müəllimlərin bir araya gətirilməsi ilə başlanmışdır.

Zübeyde Yanar – Layihənin təsisçisi və moderator.
Türkiyədən qurucu ortaq və layihə koordinatoru olaraq Zübeydə xanım Yanarın iştirakı ilə rəsmi fəaliyyətə keçilmişdir. Türkiyə tərəfdarı olaraq layihənin ideallaşdırılmasında və inkişaf prosesində verdiyi töhfələrə vermişdir.
Hazırda layihə tamamilə könüllülük prinsipi ilə fəaliyyət göstərən, 28 nəfərlik idarə heyəti (müəllim və alimlər daxil olmaqla) və 500-ə yaxın üzvü ilə geniş miqyaslı beynəlxalq platformaya çevrilmişdir. Layihə çərçivəsində hər ay müxtəlif mövzularda təqdimatlar, mədəni tədbirlər, elmi araşdırmalar və qonaq çıxışları keçiriləcək, ay sonunda online jurnal hazırlanacaq. İl ərzində görülən bütün işlər sonda bir kitab halında toplanaraq Azərbaycan və Türkiyədə nəşr olunacaq. Layihə iştirakçıları Şəhidlər Xiyabanı (Bakı) və Çanaqqala şəhidlərinin abidəsini (Türkiyə) ziyarət edəcəklər. Seçilmiş şagirdlər üçün qarşılıqlı səfərlər planlaşdırılır. Eyni zamanda müəllim və tələbələrin elmi məqalələr yazmasına dəstək veriləcək, layihə mövzuları əsasında tədqiqat işləri aparılacaq. Bu layihə gənc nəsli həm milli ruhda tərbiyələndirir, həm də onları dünyəvi dəyərlərlə tanış edərək gələcəyin məsuliyyətli, tolerant və şüurlu qlobal vətəndaşları kimi yetişdirməyi qarşısına məqsəd qoyur.
2025-ci il may ayının 5-də “İki Dövlət, Bir Millət” ruhunda formalaşan “Milli Dəyərərə və Qlobal Vətəndaşlıq” adlı beynəlxalq sosial məsələlər layihəsinin rəsmi açılış toplantısı keçirilmişdir. Məqsəd milli kimliyi qoruyub saxlamaq, qlobal vətəndaşlıq şüuruna malik, milli, sivil və beynəlmiləl dəyərlərlə böyüyən gəncliyin formalaşdırılmasıdır. Tədbir Zoom platformasında canlı yayımlanıb və YouTube kanalı vasitəsilə geniş auditoriyaya təqdim edilmişdir.
Təqdimat zamanı Azərbaycan Dövlət Pedaqoji Universitetinin elmi işçisi, Əməkdar müəllim Zülfiyyə Vəliyeva təhsildə milli dəyərlərin əhəmiyyəti; Azərbaycan Respublikası Türkiyə səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin bələdçisi Samir Abbasov Azərbaycan-Türkiyə münasibətlərinin sivil kontekstdə inkişafı; Azərbaycan Respublikası Təhsil və Təhsil Nazirliyinin “Məktəbəqədər və İbtidai Təhsil” elmi-metodiki jurnalının baş redaktoru Böyükağa Mikayıllı İbtidai təhsildə milli dəyərlərin rolu; Bursa Uludağ Universitetinin Prof. Dr. Mehmet Yüce Akademik baxımdan ortaq dəyərlərə verdiyi önəm və inkişafa verdiyi dəstək; Pamukkale Universiteti, Tikinti mühəndisi, TV proqramçısı Dos. Dr. Devrim Alkaya Sosial məsuliyyət mövzusunda dərin təhlili haqqda maraqlı məlumatlar vermişlər.
Türk Xalq Müziği sənətçisi Neslihan Yılmaz Ören sonunda ifa etdiyi ruhlandırıcı mahnılar maraqla qarşılanmışdır.
Azerbaycan-Türkiye orta okulları arasında "İki Devlet, Bir Millet" ruhuyla düzenlenen "Milli Değerler ve Küresel Vatandaşlık" uluslararası sosyal sorumluluk projesinin resmi açılış toplantısı gerçekleştirildi.
Proje, ulusal kimliği koruyarak küresel vatandaşlık bilincine sahip, ulusal-kültürel ve uluslararası değerlere sahip bir gençlik yaratmayı hedefliyor.
5 Mayıs 2025'te etkinlik Zoom platformunda canlı olarak yayınlandı ve YouTube kanalı aracılığıyla geniş bir kitleye ulaştı. Projeye Azerbaycan Cumhuriyetinin Türkiye'deki Büyükelçiliğine bağlı Azerbaycan Kültür Merkezi tarafından destek gösterir.
Etkinlikte, Türkiye'den projenin kurucusu ve moderatör Zübeyda Yanar ve Azerbaycan tarafından projenin kurucusu, moderatörü, öğretmen Aynur Ahundova, ulusal değerler ve küresel vatandaşlık projesinin önemi, onun Azerbaycan ve Türkiye arasındaki tarihi dostluk ve kültürel bağların güçlendirmek amacıyla gerçekleştirildiğini kaydettiler.
Bu proje sayesinde öğrencilerin ulusal kimliklerini daha iyi anlayacakları ve aynı zamanda küresel vatandaşlık ilkelerini benimseyebilecekleri vurgulandı. Proje çerçevesinde Azerbaycan ve Türkiye'nin ortak tarihi, kültürü, gelenekleri, müziği ve edebiyatı ana konular olarak ele alınacak. Farklı konular etrafında etkinlikler, konuk konuşmaları ve kültürel sunumlar düzenlenecek.
Azerbaycan Cumhuriyetinin Türkiye'deki Büyükelçiliği'ne bağlı Azerbaycan Kültür Merkezi Başkanı Samir Abbasov, Türkiye ve Azerbaycan'ın ortak tarihi, dili ve kültüründen, Ulu Önder Haydar Aliyev'in yıllardır devam eden "İki Devlet, Bir Millet" kavramının güçlü kardeşlik bağlarından bahsetti ve Milli Lider Haydar Aliyev'in milli ve manevi değerleri hakkında düşüncelerini şöyle dile getirdi: "Her halkın kendine özgü gelenek ve görenekleri, milli, manevi ve dini değerleri vardır. Biz milli ve manevi değerlerimizle, dini değerlerimizle, gelenek ve göreneklerimizle gurur duyuyoruz."
Samir Abbasov, projenin iki ülke arasındaki kültürel bağları daha da güçlendireceğini, gençlere ulusal değerleri, küresel vatandaşlık duygusu aşılamayı ve onları geleceğe hazırlamayı amaçladığını belirtti.
Diğer konuşmacılar, Azerbaycan Devlet Pedagoji Üniversitesi, Bilim Çalışanı, Onursal Öğretmen Zulfiya Veliyeva, Azerbaycan Cumhuriyeti Bilim ve Eğitim Bakanlığı “Okul Öncesi ve İlköğretim” Bilimsel-Metodolojik Dergisi Genel Yayın Yönetmeni, Eğitim Araştırmacısı Boyukaga Mikayilli, Bursa Uludağ Üniversitesi Profesör Dr. Mehmet Yüce, Pamukkale Üniversitesi, İnşaat Mühendisi, TV Programcısı, Bilim İnsanı Doç. Dr. Devrim Alkaya, Türk Halk Müziği Sanatçısı Neslihan Yılmaz Ören, konuşmalarında, uluslararası sosyal sorumluluk projesi “Ulusal Değerler ve Küresel Vatandaşlık”ın 28 öğretmenden oluşan bir yönetim ekibiyle başladığını ve kısa sürede yaklaşık 500 Türk ve Azerbaycanlı öğretmenin katılımıyla büyük bir eğitim ağına dönüştüğünü ve gerçek bir kardeşlik platformuna dönüştüğünü söyledi.
Azerbaycan Cumhuriyeti Cumhurbaşkanı İlham Aliyev'in "Başka ailemiz yok. Ailemiz Türk dünyasıdır" sloganını aktaran konuşmacılar, projeyi iki ülke arasında derin bir kültürel bağ kurma yolunda çok önemli bir adım olarak değerlendirdiler.
Bu tür projelerin iki ülke halkları arasında daha güçlü bir anlayış ve iş birliğinin gelişmesine katkıda bulunduğunu, gelecek nesillerin bu değerleri korumayı amaçladığını ve hem kültürel hem de sosyal açıdan büyük faydalar sağladığını söylediler.
Tarix: Bu gün, 11:27