Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Nazir: Qarabağ Universitetində STEAM-in ayrıca bir metodologiya və ixtisas kimi tədrisinə başlanacaq


Növbəti tədris ilindən başlayaraq Qarabağ Universitetində həm ayrı-ayrı fənlər üzrə müəllim hazırlığına, həm də STEAM təhsilinin ayrıca bir metodologiya və ixtisas kimi tədrisinə başlanacaq. İnanıram ki, bu, bölgə üçün də böyük bir yenilik olacaq və təhsilin təkcə Bakıda deyil, regionlarda da inkişafına ciddi töhfə verəcək.
AZƏRTAC xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev STEAM Azərbaycan Festivalının (SAF 2025) açılışında deyib. O bildirib ki, bu günədək 50 dəfədən artıq şagird STEAM Azərbaycan layihəsində iştirak edir: “Yeni tikilən məktəblərdə çalışırıq ki, STEAM tədrisin bir hissəsi olsun.
STEAM Azərbaycan təhsilinin əsas aparıcı məzmununa çevriləcək. Artıq bu mərhələyə gəlib çata bilirik. Bu gün burada gördüyümüz iştirakçıların bəzilərinin 9-10, bəzilərinin isə 20-yə yaxın yaşı var. Onlar gələcəyin alimləri, dövlət adamları və digər sahələrdə fəaliyyət göstərəcək peşəkarları olacaqlar”.


Tarix: Bu gün, 14:31

Xəbəri paylaş