Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

FƏAL TƏLİMDƏ İSTİFADƏ OLUNAN METOD VƏ TEXNİKALARIN TƏSNİFATI








Solmaya ƏMİRƏLİYEVA,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 
Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi
texnologiyaları kafedrasının müəllimi

 
Fəal təlim zamanı istifadə olunan metodlar təlim strategiyalarının qurulmasında və təhsilin həyata keçirilməsində əhəmiyyətli yer tutur. Tədqiqatçıların fikirincə, “metod” dedikdə, əsas metodik prinsip, “texnika” dedikdə isə bu prinsipdən törəyən və müxtəlif formalarda təzahür edən metodik priyomlar nəzərdə tutulur. 

Təsnifat iki istiqamətə əsaslanır: 
I.Aparıcı fəaliyyət üzrə texnikaların (metodun əsasını təşkil edən) təsnifatı (aparıcı fəaliyyətin növünə görə birləşdirilən bir sıra texnikalar spesifik xüsusiyyətlərinə əsasən fərqlənmələrinə baxmayaraq, çox oxşardır):

1. “Beyin həmləsi” (“Əqli hücum”) metodları (meyar – bilik və ideyaların gerçəkləşdirilməsi):
- “Beyin həmləsi” (“Əqli hücüm”); 
- “Bilirəm (İstəyirəm bilim) Öyrəndim” (BİBÖ);
- “Klaster”;
- “Auksion”;
- “Anlayışın çıxarılması”;
- “Söz assosiasiyaları”;
- “Suallar”;
- “İdeyalar xəritəsi”;
- “Tamamlanmamış (biitməmiş) cümlələr”;
- “Açar sözlərlə suallar”;
- “Metaplan və ya VIPP metodu”;
- “Kollektiv noutbuk”. 

2. Müzakirə metodları (meyar - ideyaların müzakirəsi): 
- “Diskussiya”;
- “Çarpaz müzakirə”;
- “Klassik dialoq” (“Sokrat dialoqu”);
- “Müzakirə xəritəsi”;
- “Akvarium”;
- “Açıq iclas (Forum)”;
- “Dəyirmi masa”;
- “PRES”;
- “Mövqe tut”;
- “Keys”;
- “Problemin qüvvə üzrə təhlili”;
- “Real (mümkün/qeyri-mümkün)”.

3. Rollu və təqlidi oyunlar metodları (meyar - fəaliyyətin oyunlu təqlidi):
- “Rollu oyun”;
- “Modelləşdirmə”;
- “Keys”;
- İşguzar oyunlar”;
- “Səhnələşdirmə”.

4. Təqdimat metodları (meyar – ideyaların təqdimatı):
- “İnteraktiv mühazirə”;
- “Təqdimatlar”;
- “Esse”;
- “Ekspert qrupu”.

5. Tədqiqat metodları (meyar – cisim və hadisələrin tədqiqi):
- “Kub” (Kublaşdırma);
- “Problemin həlli”;
- “Qərarlar ağacı”;
- “İdeyalar xalısı”;
- “Altı fikir şlyapası”;
- “Situativ analiz”;
- “Venn diaqramı”;
- “Layihələrin hazırlanması”;
- “Sosioloji sorğu”;
- “Müsahibə”;
- “ Refleksiya”;
- “İnsert”;
- “T-cədvəl”. 

6. Təşkilati metodlar (meyar – qruplararası qarşılıqlı əlaqənin və əməkdaşlığın təşkili):
- “Karusel”;
- “Ziqzaq”;
 “Ariadnanın ipi”;
- “Stəkanda qələm”.

7. Qruplara bölünmə metodları (meyar – say, püşkatma, ümumi xüsusiyyətlər üzrə qruplara bölünmə prosesinin təşkili):
- “Sosiometrik üsul”,;
- “Mahnı axtarışında”;
- “Mozaika”.

8. Fəallaşdırma metodları (meyar – şagirdlərin emosional fəallaşdırılması):
- Müxtəlif “buzəridən” və fəallaşdırma oyunları.

II.Təlim məqsədləri üzrə texnikaların təsnifatı (Müəllim metodun hansı məqsədlərə yönəldiyini tam təsəvvür etməli və onun seçimini həyata keçirməlidir. Təlim məqsədləri formalaşması vacib olan bacarıq və vərdişlər və ya kompetensiyalar (səriştələr) vasitəsilə müəyyən edilir): 

1. Məntiqi təfəkkürün inkişafına yönəldilmiş metodlar (meyar – məntiqi təfəkkürün inkişafı):
- “Alqoritmin çıxarışı”;
- “Ən mühümü”;
- “Alqoritm üzrə təsvir”;
- “Müxtəlif əsaslar üzrə təsnifat”;
- “Qaydalı oyunlar”;
- “Açar sözlü suallar”.

2. Tənqidi təfəkkürün inkişafına yönəldilmiş metodlar (meyar – tənqidi təfəkkürün inkişafı):
- “Meyarlar üzrə qiymətləndirmə”;
- “Ambivalent qiymətləndirmə”; 
- “Müxtəlif nöqteyi-nəzərdən cisim və hadisələrin qiymətləndirilməsi”;
- “Refleksiya”;
- "Qiymətləndirmə hədəfi”;
- “Yaxşı və pis”;
- “SWOT analiz”;
- “Çarpaz müzakirə”.

3. Yaradıcı təfəkkürün inkişafına yönəldilmiş metodlar (meyar – yaradıcı təfəkkürün inkişafı):
- “Əqli hücüm”;
- “Yaradıcılıq işləri”.
- “Sinqveyn”;
- “Əşyalardan qeyri-adi istifadə”;
- “Proqnozlaşdırma”;
- “Fantaziya binomu”;
- “Fantaziyalar polinomu”;
- “Morfoloji qutu”;
- “Fokal obyektlər üsulu”;
- “Sinektika”;
- “Rollu oyun”;
- “Tamamlanmamış cümlələr”;
- “Simvolik analogiya”.

4. Öyrənilən cisim və ya hadisə haqqında təsəvvürlərin sistemləşdirilməsinə yönəldilmiş metodlar:
- “BİBÖ”;
- “Klaster”;
- “Auksion”;
- “Kub”;
- “Problemin həlli”;
 “Altı düşüncə şlyapası”;
- “Situativ analiz”;
- “Venn diaqramı”;
- “Layihələr”; 
- “Çarpaz müzakirə”;
- “Klassik dialoq (Sokrat dialoqu);
- “Müzakirə xəritəsi”;
- “Akvarium”;
- “Açıq iclas (Forum)”;
- “Dəyirmi masa”;
- “Sosioloji sorğu”;
- “Müsahibə”;
- “Refleksiya”;
- “İnsert”;
- “Sinqveyn”;
- “Karusel”;
- “Ziqzaq”.

5. Problemin həlli və müzakirələrin aparılması bacarıqlarının formalaşdırılmasına yönəldilmiş metodlar: 
- “Müzakirə”;
- “Çarpaz müzakirə”;
- “Akvarium”;
- “Klassik dialoq”;
- “Müzakirə xəritəsi”;
- “Qərarlar ağacı”;
- “Keys”, 
“Mövqe tut”;
- “Real”;
- “İdeyalar xalısı”;
- “Açıq iclas”;
- “Dəyirmi masa”;
- “PRES-metod”;
- “Rollu oyun”;
- “Modelləşdirmə”;
- “İşguzar oyun”;
- “Səhnələşdirmə”;
- “Ariadnanın ipi”;
- “Stəkanda qələm”.

6. Kommunikativ bacarıqların inkişafına yönəldilmiş metodlar:
- “Karusel”;
- “Ziqzaq”;
- “Parafraz”;
- “Xarab olmuş telefon”;
- “Öz mahnını tap”;
- “Sosiometrik üsul”;
- “Mozaika”;
- “Blits-turnir və ya danışan xətlər”;
- “Binqo və ya Brounsayağı hərəkət”;
- “Buzəridən” və müxtəlif fəallaşdırma oyunları.

7. Sərbəst təhsil və elmi-tədqiqat bacarıqlarının formalaşdırılmasına yönəldilmiş metodlar:
- “Sualların tərtibi”;
- “Açar sözlü suallar”;
- “Layihələr üsulu”;
- “Müxtəlif əsaslar üzrə təsnifat”;
- “Təqdimat”; 
- “Kub”;
- “Alqoritm üzrə təsvir”;
- “Keys”;
- “T-cədvəl”;
- “Venn diaqramı”.

Müəllimin  mövqeyi   –  fasilitator  (“bələdçi”,  “aparıcı”)  daha  çox istiqamətverici  mövqeyindədir. O, problemli vəziyyətləri  planlı  və istiqamətlənmiş  surətdə  təşkil   edir,  şagirdlər  qarşısında   tədqiqat məsələlərinin   meydana  çıxmasına  şərait yaradır  və  onların həllinə metodiki  kömək  göstərir.   

 

Ədəbiyyat
1. A. Abbasov, Təlim prosesində və dərsdənkənar tədbirlər zamanı şagirdlərdə ailə həyatının mənəvi və psixoloci əsaslarının formalaşdırılması;
2. Ə. Əlizadə, Uşaqlarda diqqətin tərbiyə edilməsi;
3. Ə. Abbasov və başqaları, Kurikulum bələdçisi;
4. F. Rüstəmov, T. Dadaşova, Ali məktəb pedaqogikasi.
5. E. İbrahimov, R. Hüseynzadə, Pedaqogika;
6. M. Muradxanov,  Ailə və məktəb;
7. V. Mahmudov və başqaları, Praktik pedaqogika.


Tarix: 22-06-2023, 23:32

Xəbəri paylaş