Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Yeni kitab: “Tədqiqatçılıq və təhsil, nəzəriyyə və təcrübə”


 
“Müəllim” nəşriyyatı tərəfindən Vaqif Mahmudov, Nəzakət İmamverdiyeva, Xalid Çəndirli, Arzu Süleymanova və Reyhan Yunisovanın həmmüəllifliyi ilə müəllim və tələbələr üçün nəzərdə tutulmuş “Tədqiqatçılıq və təhsil, nəzəriyyə və təcrübə”  adlı 4 bölmədən ibarət A5 formatlı 258 səhifəlik yeni metodik vəsait nəşr olunmuşdur.
 (Bakı: Müəllim, 2025).


Vəsaitdə 1-ci və 2-ci bölmələri əhatə edən tədqiqat, onun əsas anlayışları və tədqiqat metodları haqqında xeyli nəzəri və paktik məlumatlar, təhsilalanların tədqiqatçılıq qabiliyyətlərinin inkişafına dair pedaqoji yönümlü təqdimatlar, ali məktəb və ümumtəhsil tədris müəssisələrinin tələbə və şagirdlərinin tədqiqatçılıq qabiliyyətlərinin inkişaf etdirilməsinin daha da təkmilləşdirilməsi üçün müxtəlif yollar, vasitələr, metodlar və pedaqoji tədbirlər haqqında geniş məlumat yerləşdirilmişdir. 

Vəsaitin 3-cü bölməsində elm, texnika və tədqiqatçılıqla bağlı maraqlı məlumatlar, 4-cü bölməsində isə elektron təlimlə bağlı metodik köməklik və məsləhətlər öz əksini tapmışdır.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Dövlət Universitetinin Pedaqogika kafedrasının 20 may 2025-ci il tarixli (protokol № 8) iclasının qərarı ilə metodik vəsaitin çap olunması məqsədəuyğun hesab edilmişdir.

Vəsaitdən ali məktəblərin müəllim və tələbələri, orta ümumtəhsil müəssisələrinin müəllim və şagirdləri, həmçinin elmi tədqiqat işləri aparan gənclər, o cümlədən, magistr, dissertant, aspirant və doktorantlar istifadə edə bilər.

 "Təhsil" jurnalı
 16 iyun 2025-ci il


Tarix: Bu gün, 10:34

Xəbəri paylaş