Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan Texnologiya Universitetinin magistratura təhsil səviyyəsi üzrə plan yerləri açıqlanıb



Azərbaycan Texnologiya Universitetinin magistratura təhsil səviyyəsi üzrə plan yerləri açıqlanıb. ATU-da 2025-2026-cı tədris ili üçün magistratura təhsil səviyyəsi üzrə 249 plan yeri ayrılıb. 

Plan yerləri ixtisaslaşmalar üzrə aşağıdakı kimidir:

7003005 Dizayn*
Tekstil dizaynı* - 6 yer
Sənaye dizaynı* – 6 yer

7004001 Beynəlxalq ticarət və logistika
Gömrük işi – 3 yer

7004002 Biznesin idarə edilməsi
Beynəlxalq biznesin idarə edilməsi* – 4 yer

7004003 Biznesin təşkili və idarə edilməsi (MBA)* - 84 yer
Marketinq (MBA) – 18 yer
Risklərin idarə edilməsi – 15 yer
Rəqəmsal marketinq* – 18
Mühasibat (MBA) – 15 yer
Turizm və hotelçiliyin idarə edilməsi* – 18 yer

7004004 Dövlət və bələdiyyə idarəetməsi – 9 yer
Regional idarəetmə - 3 yer
Dövlət proqramlarının və layihələrinin idarə edilməsi* – 3
Dövlət idarəetməsi – 3 yer

7004007 Marketinq – 13 yer
Strateji marketinq – 5 yer
Xidmət sahələrinin marketinqi – 8 yer

7004008 Menecment – 12 yer
İnnovasiya menecmenti – 3 yer
İstehsal və əməliyyat menecmenti – 3 yer
Strateji menecment – 3 yer
Korporativ menecment – 3 yer

7006007 Ekologiya mühəndisliyi – 22 yer
Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması – 13 yer
Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması*** – 5 yer
Tullantıların emalı texnologiyaları (sahələr üzrə) – 2 yer
Su ehtiyatlarının idarə olunması və mühafizəsi – 2 yer

7006016 İnformasiya texnologiyaları – 6 yer
Telekommunikasiya sistemlərinin informasiya texnologiyaları – 6 yer

7006022 Kompüter mühəndisliyi – 12 yer
Kompüter sistemləri və şəbəkələri – 12 yer

7006023 Qida mühəndisliyi – 15 yer
Qida təhlükəsizliyi və risklərin idarə edilməsi – 10 yer
Qida istehsalınımn idarə edilməsi – 5 yer

7006024 Logistika və nəqliyyat texnologiyaları – 9 yer
Nəqliyyat logistikası – 3 yer
Nəqliyyat logistikası** – 2 yer
Nəqliyyat xidmətləri üçün böhran və risklərin idarə edilməsi – 2
Nəqliyyatda daşımalar və menecment (nəqliyyat növləri üzrə) – 2

7006031 Metallurgiya mühəndisliyi – 4 yer
Əlvan və nadir metalların metallurgiyası - 2 yer
Metallurji proseslərin və materialların fiziki-kimyəvi tədqiqat üsulları - 2 yer

7006035 Nəqliyyat mühəndisliyi – 6 yer
Dəmiryol təsərrüfatı və onun istismarı – 3 yer
Yol hərəkətinin təşkili və təhlükəsizliyi – 3 yer

7006038 Proseslərin avtomatlaşdırılması mühəndisliyi – 3 yer
Texnoloji proseslərin avtomatlaşdırılması və idarə edilməsi (sahələr üzrə)–3 yer

7006039 Radiotexnika və telekommunikasiya mühəndisliyi – 4 yer
Rabitə qovşaqları və kommutasiya sistemləri – 4 yer

7006042 Şərabçılıq – 25 yer
Şərabçılıq və qıcqırtma istehsalının texnologiyası – 15 yer
Alkoqollu içkilərin texnologiyası – 5 yer
Alkoqolsuz və az alkoqollu içkilərin texnologiyası – 5 yer

7008004 Turizm və hotelçilik – 10 yer
Turizm və sosial-mədəni servis* – 10 yer

*Təhsil müddəti 1,5 ildir. Bu ixtisaslaşma üzrə magistrlik dissertasiyasının müdafiəsi nəzərdə tutulmadığından, məzun təhsilini doktoranturada davam etdirə bilməz.

**Kadr hazırlığı Polşa Respublikasının Bialystok Texnologiya Universiteti ilə birgə ikili diplom proqramı çərçivəsində aparılacaqdır. 
Proqrama qəbul olunan 
tələbələr I tədris ilində Azərbaycan Texnologiya Universitetində, II tədris ilində isə Polşa Respublikasının Bialystok Texnologiya Universitetində təhsil
alacaqlar. Tələbə qəbulu yalnız ödənişli əsaslarla aparılır. Təhsil dövründə yaşayış və digər xərclər tələbələrin öz vəsaitləri hesabına qarşılanır.

***Kadr hazırlığı Macarıstan Respublikasının Sopron Universiteti ilə birgə ikili diplom proqramı çərçivəsində aparılacaqdır. Proqrama qəbul olunan tələbələr I tədris ilində Azərbaycan Texnologiya Universitetində, II tədris ilində isə Macarıstan Respublikasının Sopron Universitetində təhsil alacaqlar. Tələbə qəbulu yalnız ödənişli əsaslarla aparılır. Təhsil dövründə yaşayış və digər xərclər tələbələrin öz vəsaitləri hesabına qarşılanır.


Tarix: Dünən, 15:39

Xəbəri paylaş