Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Xarici dillər təmayüllü lisey və gimnaziyaların 2018-2019-cu dərs ilinə aid nümunəvi tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikasının xarici dillər təmayüllü lisey və gimnaziyalarında təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.10-1-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikasının tədris Azərbaycan və rus dillərində aparılan xarici dillər təmayüllü lisey və gimnaziyalarının 2018-2019-cu dərs ilinə aid nümunəvi tədris planları və tədris planlarına dair “Qeydlər” təsdiq edilsin.
2. İnformasiya şöbəsi (E.Məmmədov) bu əmrin əlavələrlə birlikdə «Azərbay­can müəllimi» qə­zetin­də dərc olunmasını və Nazirliyin internet sə­hi­­fəsində yer­­ləş­di­ril­məsini təmin etsin.
3. Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunsun.

Ceyhun BAYRAMOV,
Azərbaycan Respublikasının təhsil naziri
14 sentyabr 2018-ci il
F-644


Tarix: 2-10-2018, 11:26

Xəbəri paylaş