Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlanır





Dövlət ümumi təhsil müəssisələrində vakant direktor vəzifələrinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılır.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesi 29 iyun saat 11:00-dan etibarən elektron qeydiyyat başlanacaq. Namizədlər iyulun 6-sı saat 17:00-dək miq.edu.az/direktor platforması vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, proses Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı vasitəsilə müsabiqə yolu ilə həyata keçiriləcək. Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarət olacaq.
Seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla başa vuran şəxslər növbəti mərhələ olan müsahibəyə dəvət ediləcəklər.
Namizədlərin müsahibə mərhələsinə dəvəti müəyyən edilmiş qaydalara uyğun olaraq ardıcıllıq prinsipi əsasında həyata keçiriləcək. Müsahibələr Elm və Təhsil Nazirliyi tərəfindən yaradılmış müvafiq komissiyalar tərəfindən aparılacaq.
Müsahibə zamanı namizədlərin liderlik və strateji idarəetmə, pedaqoji fəaliyyət və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqələrin qurulması, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, həmçinin sosial və emosional bacarıqları qiymətləndiriləcək. Müsabiqənin nəticələri barədə məlumat namizədlərə “Şəxsi səhifə” vasitəsilə təqdim olunacaq.
Müsabiqədə uğur qazanan şəxslərlə əmək münasibətləri qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdiriləcək.


Tarix: Bu gün, 14:31

Xəbəri paylaş