İnternat məktəbinə mediatur təşkil edilib
Noyabrın 3-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbinə mediatur təşkil edilib.
Əvvəlcə media nümayəndələri internat məktəbi ilə yaxından tanış olublar.
Təhsil Nazirliyinin nəzdində De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin Dövlət uşaq müəssisələri və alternativ xidmətlər üzrə şöbəsinin müdiri Həbib Kərimov media nümayəndələrinə məlumat verib ki, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbi 1969-cu ildən fəaliyyət göstərir. İnternat məktəbi 2010-cu ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilib. Məktəbdə 24 sinif otağı, 8 fənn kabineti və 1 informatika otağı vardır.
Hazırda internat məktəbində 37 nəfəri qız, 103 nəfəri oğlan olmaqla 140 nəfər şagird təlim-tərbiyə alır. Onlardan 86 nəfər uşaq müəssisədə gecələyir. Şagirdlərin təlim-tərbiyəsi ilə 55 nəfər pedaqoji işçi məşğul olur.
İnternat məktəbində musiqi dərnəyi fəaliyyət göstərir.
2016-2017-ci tədris ilində məzunların sayı 15 nəfər olub.
Tarix: 11-12-2017, 12:41