Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

BDU-da seminar: Süni intellekt və gələcəyin peşələri



“BDU könüllüləri” təşkilatı və Azərbaycan Süni İntellekt İnstitutunun birgə təşkilatçılığı ilə “Süni intellekt və gələcəyin peşələri: İlk addımlar necə atılmalıdır?” mövzusunda seminar keçirilib.

Seminarda Azərbaycan Süni İntellekt İnstitutunun direktoru Emil Abdullayev süni intellekt texnologiyalarının əmək bazarına təsiri, gələcəyin peşələri, agentəsaslı süni intellekt sistemləri, generativ süni intellekt alətlərinin tətbiqi, habelə müasir əmək bazarında bacarıqyönümlü yanaşmanın əhəmiyyəti barədə ətraflı məlumat verib. İnstitutun direktoru “ChatGPT”, “Gemini”, “Claude”, “GitHub Copilot”, “Cursor”, “Microsoft Copilot” və “Google Workspace AI” kimi müasir süni intellekt alətlərinin təhsil və peşə fəaliyyətində istifadəsi, onların yaratdığı imkanlar və tətbiq sahələri barədə söz açıb. O, iştirakçılar ilə süni intellektdən səmərəli istifadə, effektiv sorğuların hazırlanması, kritik düşüncə bacarıqlarının qorunması və emosional zəkanın inkişaf etdirilməsinə dair təcrübələrini bölüşüb. Süni intellekt texnologiyalarının tətbiqi zamanı etik prinsiplərə riayət olunmasının, məlumat təhlükəsizliyinin təmin edilməsinin və insan məsuliyyətinin qorunmasının əhəmiyyətinə də xüsusi toxunub.
Sonda iştirakçıların çoxsaylı sualları cavablandırılıb.


Tarix: Bu gün, 15:30

Xəbəri paylaş