Təhsil naziri Malayziyanın Perlis Universitetinin rektorunu qəbul edib
Noyabrın 21-də təhsil naziri Mikayıl Cabbarov Malayziyanın Perlis ştatının vəliəhd şahzadəsi və Perlis Universitetinin rektoru Tuanku Syed Faizuddin Putranın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan və Malayziya arasında ali təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişafı, o cümlədən Azərbaycanın ali təhsil müəssisələri ilə Perlis Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.
Tarix: 11-12-2017, 11:44
Xəbəri paylaş