ƏDƏBİYYATDAN AÇIQ DƏRSİN İCMALI (nümunə)

Tədris vahidi: AZƏRBAYCANDA MİLLİ-DEMOKRATİK
HƏRƏKAT DÖVRÜNDƏ ƏDƏBİYYAT
Mövzu:Əhməd Cavad “AZƏRBAYCAN BAYRAĞINA”
şeiri. Əsərin məzmunu üzrə iş.

DƏRSİN GEDİŞİ:
Ev tapşırıqlarının yerinə yetirilmə səviyyəsi təqdimatların dinlənilməsi
və müzakirə edilməsi yolu ilə müəyyən edilir.
MOTİVASİYA, PROBLEMİN QOYULUŞU (7 dəqiqə)
Motivasiyanın yaradılması üçün qabaqcadan hazırlanmış slaydlar və dərslikdəki “Yada salın” və “Düşünün” başlıqlı sualların əsasında yığcam müsahibə aparmaqla motivasiya yaradılır. Müsahibə əsasında tədqiqat sualı formalaşdırılır.
TƏDQİQAT SUALI:
Azərbaycanın dövlət rəmzi olan bayrağa həsr olunan əsərlərdə,sizcə, daha çox hansı hiss və düşüncələr əksini tapmalıdır?
Tədqiqat sualı üzrə şagirdlərin fərziyyələri dinlənilir və qeydlər aparılır.
TƏDQİQATIN APARILMASI(12 dəqiqə)
Tədqiqata şeirin səs yazısının dinlənməsi ilə başlamaq olar.Bu məqsədlə aşağıdakı linkdən istifadə olunur:
https://www.youtube.com/watch?v=pdTOTK2zdE8
Sinif 4 kiçik qrupa bölünür :
I qrup- “Turan”
II qrup- “Zəfər”
III qrup-“İnam”
IV qrup- “Ay-ulduz”
Hər qrupa tədqiqat aparmaq üçün iş vərəqləri təqdim olunur,buradakı tapşırıqlara uyğun olaraq hər qrup şeirin bir bəndində işlənmiş tanış olma- yan sözlərin mənasını lüğət əsasında aydınlaşdırır, bəndin məzmununu izah edir, bənddə işlənmiş bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.
MƏLUMATIN MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ(15 dəqiqə)
Hər qrup öz tapşırığı üzrə tədqiqat aparır və təqdimat hazırlayır.Təqdimatlar dinlənilir və müzakirə olunur.
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏLƏRİN ÇIXARILMASI( 3 dəqiqə)
Şagirdlərlə birlikdə dərs ümumiləşdirilir və nəticələr çıxarılır:
Azərbaycanın dövlət rəmzi olan bayrağa həsr olunan əsərlərdə daha çox vətənpərvərlik hissi və “Azərbacançılıq” məfkurəsi-düşüncəsi əksini tapmalıdır.
YARADICI TƏTBİQETMƏ(3 dəqiqə)
Azərbaycan bayrağı haqqında şeirlərdən biri ilə bu şeiri müqayisə etmək, oxşar və fərqli cəhətləri göstərmək.
QİYMƏTLƏNDİRMƏ ( 4 dəqiqə)
Qiymətləndirmə meyarları: aydınlaşdırma, müəyyənləşdirmə


Ev tapşırığı:(1 dəqiqə)
Müxtəlif mənbələrdən(o cümlədən, internet resurslarından), digər fənlərdən topladığınız məlumat əsasında “Azərbaycan Demokratik Cümhuriyyəti dövründə ədəbiyyatımız” mövzusunda şifahi təqdima- ta hazırlaşın. (Slaydlardan ibarət elektron təqdimat da hazırlamaq olar).
İcmalı hazırladı:
Fənn müəllimi: / /
Yoxladı:
Tədris hissə müdiri : / /
Tarix: ________________
gün, ay, il
Minarə Paşayeva
Şirvan şəhər 13 №li tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi,
“Təhsildə inkişaf və innovasiyalar üzrə
III Qrant müsabiqəsinin fərdi layihə qalibi