Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Mingəçevir Dövlət Universiteti Türk dünyası universitetləri ilə mübadilə imkanlarını genişləndirir


Özbəkistanın paytaxtı Daşkənd şəhərində Türk Universitetləri Birliyinin (TÜRKÜNİB) 8-ci Baş Assambleyası keçirilir. Daşkənd Beynəlxalq Universiteti (TIU) tərəfindən keçirilən bu mühüm tədbirdə Mingəçevir Dövlət Universitetini (MDU) Keyfiyyət təminatı və davamlı inkişaf şöbəsinin müdiri Azad Mirzəbəyov və Beynəlxalq əməkdaşlıq ofisinin koordinatoru Pərviz Məmmədrzayev təmsil edirlər.
MDU-dan bildirilib ki, TÜRKÜNİB-in Baş Assambleyasında üzv ölkələrin ali təhsil müəssisələri arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlıq istiqamətləri, eləcə də “Orhun Mübadilə Proqramı”nın perspektivləri müzakirə olunur.
“Orhun Mübadilə Proqramı” çərçivəsində Türkiyə ilə yanaşı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Macarıstan universitetləri arasında tələbə və müəllim mübadiləsi imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Bu proqram türkdilli ölkələr arasında ortaq ali təhsil məkanının formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, oktyabrın 20-dən etibarən “Orhun Mübadilə Proqramı” çərçivəsində Özbəkistan universitetlərinə tələbə və müəllim qəbulu ilə bağlı rəsmi elan veriləcək.


Tarix: Bu gün, 16:34

Xəbəri paylaş