Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Mir Cəlal Paşayevin 110 illiyinə həsr olunmuş respublika elmi-praktik konfransı keçirilib

 
Bakı Dövlət Universitetində görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin 110 illiyinə həsr olunmuş respublika elmi-praktik konfransı keçirilib. Ölkənin tanınmış dövlət və elm xadimləri, universitetin müəllim və tələbə heyətinin iştirak etdiyi plenar iclası açıq elan edən universitetin rektoru Abel Məhərrəmov böyük ziyalı Mir Cəlal Paşayevin 110 illiyinə həsr olunmuş respublika elmi-praktik konfransın əhəmiyyətindən bəhs edib. Böyük ziyalı Mir Cəlal Paşayevin zəngin irsindən, nəcib insani keyfiy­yətlərindən danışan rektor universitetin yetirdiyi ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə Azərbaycanın mövcud simasının təşəkkülünə böyük töhfələr verdiyini qeyd edib.
Təhsil naziri Ceyhun Bayramov Mir Cəlal Paşayevin ölkəmizdə ədəbiyyatın, elmin, xüsusilə təhsilin inkişafındakı müstəsna xidmətlərindən danışıb. Nazir ölkəmizin hər yerində ədibin 110 illiyinə həsr olunmuş yubiley mərasimlərinin təntənə ilə qeyd edilməsini böyük sənətkarın yaradıcılığına, onun ədəbi irsinə gös­tərilən diqqət və qayğının təzahürü kimi dəyərləndirib.
Sonra görkəmli yazıçının həyat və yaradıcılığına həsr edilmiş “Üç zirvənin fatehi” adlı film nümayiş olunub. Universitetin filologiya fakültəsinin dekanı Elçin Məmmədov “Mir Cəlal Paşayevin həyatı və yaradıcılığı” adlı məruzəilə çıxış edib. Daha sonra millət vəkili Nizami Cəfərov, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva görkəmli yazıçının alim və müəllim kimi şəxsi keyfiyyətlərindən danışıblar.
Sonda alimin ailəsi adından oğlu, “ADA” Universitetinin rektoru Hafiz Paşayev çıxış edərək atası ilə bağlı xatirələrini bölüşüb, konfransın təşkilatçılarına təşəkkürünü bildirib.
  Qeyd edək ki, elmi konfransın materiallar toplusunda Mir Cəlal Paşayevlə bağlı respublikanın müxtəlif elm və ali təhsil müəssisələrindən təqdim olunmuş 50-yə yaxın məqalə çap edilib. 


Tarix: 25-06-2018, 13:09

Xəbəri paylaş