Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Naxçıvan məktəblisindən ilk beynəlxalq olimpiada uğuru


Bu il iyunun 27-dən iyulun 2-dək Tunisdə keçirilən Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasında Azərbaycanı təmsil edən komandanın üzvü, Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbinin XI sinif şagirdi Oruc Cabbarlı həvəsləndirici yerə layiq görülüb.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu, muxtar respublika məktəblisinin beynəlxalq olimpiadalarda qazandığı ilk uğurdur.
Qeyd edək ki, Oruc Cabbarlı ötən tədris ilində də Respublika Fənn Olimpiadasında informatika fənni üzrə Naxçıvanda ilk dəfə III yerin qalibi olub.
Məlumat üçün bildirək ki, Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadası Beynəlxalq İnformatika Olimpiadasının Təşkilat Komitəsi tərəfindən ötən tədris ilindən etibarən keçirilir. Seçim mərhələləri yerli və xarici mütəxəssislərin iştirakı ilə iki turdan ibarət təşkil olunur. Bu il olimpiadada 20 ölkənin komandaları iştirak edib.


Tarix: Bu gün, 14:24

Xəbəri paylaş