“GəncLİK” proqramının gənc liderləri ilə görüş
Təhsil nazirinin müavini Firudin Qurbanov “GəncLİK” proqramının gənc liderləri ilə görüşüb.
Görüş zamanı nazir müavini Azərbaycanda gənclərin inkişafına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb, təhsil sahəsində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş islahatların bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb, təhsilin inkişafı istiqamətində görülmüş işlər və qarşıda duran hədəflər barədə ətraflı məlumat verib. Ölkəmizdə istedadlı gənclər üçün yaradılan imkanlardan və ölkə başçısının müvafiq Sərəncamı ilə təsis olunan “Yüksəliş” müsabiqəsindən bəhs edən Firudin Qurbanov gənclərin müasir çağırış, innovasiya, rəqəmsal texnologiyalar və süni intellektin inkişafına hazır olmalarını, ölkənin inkişafında, onun modernləşdirilməsində yaxından iştirak etməli olduqlarını bildirib.
Nazir müavini proqram iştirakçılarını maraqlandıran çoxsaylı sualları cavablandırıb.
Sonda gənclər maraqlı görüş görə minnətdarlıqlarını bildirib və xatirə şəkili çəkdirilib.
Qeyd edək ki, gənclərdə liderlik qabiliyyətinin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) tərəfindən fəaliyyətə başlayan “GəncLİK” proqramının məqsədi potensialı olan ictimai liderlərin üzə çıxarılması, inkişafı və şəbəkələşməsinin təmin olunması, habelə onların fəaliyyət istiqamətləri üzrə irəli çəkilməsindən ibarətdir. “GəncLİK” proqramına mindən çox gənc müraciət edib və 4 pilləli seçim mərhələsinin nəticəsi olaraq onlardan meyarlara tam uyğun gələn 30 nəfər gənc lider seçilib. Seçilən gənc liderlər üçün cari ilin oktyabr-dekabr aylarında peşəkar xarici və yerli mentorların iştirakı ilə təlimlər keçirilib, onların regionlara səfərləri və dövlət qurumlarının rəhbər şəxsləri ilə görüşləri təşkil olunur.
Tarix: 24-02-2020, 16:00