Saytda axtar
28 may 2025 
 
Çərşənbə  
 20:44:25  

Nazir terror qurbanlarının xatirəsini yad edib

 
Təhsil naziri Ceyhun Bayramov 10 il əvvəl Azərbaycan Dövlət Neft və Sənaye Universitetində baş vermiş terror aktı qurbanlarının xatirəsini yad etmək üçün bu təhsil müəssisəsində olub.
Nazir terror zamanı həlak olanların yaxınları ilə görüşüb, terror qurbanlarını dərin ehtiramla anıb və onların xatirəsinə həsr olunmuş barelyefin önünə gül dəstəsi qoyub.
Təhsil naziri insan tələfatı ilə nəticələnən qanlı qətl hadisəsi zamanı dünyasını dəyişənlərə Allahdan rəhmət diləyib  və ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.


Tarix: 10-05-2019, 12:13

Xəbəri paylaş