Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Elm və təhsil naziri Xankəndidə vətəndaşları qəbul edəcək



Elm və təhsil naziri Emin Əmrullayev avqustun 28-də Xankəndi şəhərində vətəndaşları qəbul edəcək. 
 
Qəbulda Xankəndi, Xocalı və Ağdərə sakinləri iştirak edə bilərlər.  
 
Adları çəkilən şəhər və rayonların sakinləri 14 avqust (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya ‪‪‪‪+994 51 206 78 48‬‬‬‬ nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
 
Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.


Tarix: Bu gün, 18:57

Xəbəri paylaş