Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin “Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 3 noyabr 2018-ci il tarixli 642 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin kezirilməsi ilə barlı Təhsil Nazirliyinin Tədbirlər Planı təsdiq edilsin (Əlavə olunur).
2. Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin), ali və orta ixtisas təhsili müəssisələrinin, Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri Tədbirlər Planındakı aidiyyəti tədbirlərin yerinə yetirilməsini təmin etsinlər və görülmüş işlər barədə 25 dekabr 2019-cu il tarixinədək Təhsil Nazirliyinə hesabat təqdim etsinlər.
3. İnformasiya şöbəsi (E.Məmmədov) əmrin əlavəsi ilə birlikdə çoxaldılıb aidiyyəti struktur bölmələrə, yerli təhsili idarəetmə orqanlarına və təhsil müəssisələrinə göndərilməsini, Nazirliyin internet səhifəsində yerləşdirilməsini və “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını təmin etsin.
4. Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova həvalə edilsin.
Ceyhun BAYRAMOV,
Azərbaycan Respublikasının təhsil naziri
24 dekabr 2018-ci il
F-823
Tarix: 10-01-2019, 12:39