Rəsmi görüşlər
Təhsil naziri Ceyhun Bayramov oktyabrın 25-də VI Bakı Beynəlxalq Humanitar Forumda iştirak etmək məqsədi ilə Bakıda səfərdə olan Monteneqronun təhsil naziri Damir Sehoviç ilə görüşüb. Görüşdə Azərbaycan Respublikası ilə Monteneqro arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib, hər iki ölkədə aparılan təhsil islahatları haqqında məlumat mübadiləsi aparılıb.
***
Oktyabrın 22-də təhsil naziri Ceyhun Bayramov Gürcüstanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə görüşüb. Görüş zamanı Azərbaycan və Gürcüstan arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
***
Oktyabrın 16-da təhsil naziri Ceyhun Bayramov “Clarivate Analytics” ("Thomson Reuters") şirkətinin İnkişaf etməkdə olan bazarlar üzrə icraçı direktoru xanım Viji Krişnan ilə görüşüb. Görüşdə Təhsil Nazirliyi ilə dünyanın ən böyük elektron elmi-analitik informasiya bazası olan “Clarivate Analytics” arasında 2015-ci ildən başlanılmış əməkdaşlığın mövcud vəziyyəti, bu müddət ərzində əldə olunmuş uğurlar və əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə edilib.
Tarix: 12-11-2018, 15:23