Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

İnternat məktəbində Novruz şənliyi

    
Martın 16-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində Novruz bayramı münasibətilə şənlik keçirilib.
Bayram şənliyi meydana Dədə Qorqud, Novruz personajları Bahar qızı, Kosa və Keçəlin gəlişi ilə başlayıb.
Tədbirdə görmə imkanları məhdud uşaqların ifasında Nov­ruz bayramının adət-ənənələrini özündə əks etdirən səhnəciklər nümayiş olunub, milli rəqslərimiz təqdim edilib, mahnılar səsləndirilib.
Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi 2006-cı ildə Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə əsaslı təmir olunub. Müəssisə 2015-2016-cı ildə Təhsil Nazirliyi tərəfindən cari təmir edilib. İnternat məktəbində 311 nəfər gözdən əlil və zəif görən şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 94 nəfərdən ibarət pedaqoji heyət məşğul olur. Son 3 ildə internat məktəbinin məzunlarından 14 nəfəri ali, 11 nəfəri orta ixtisas müəssisələrinə qəbul olunub.
   


Tarix: 11-04-2017, 13:25

Xəbəri paylaş