Müxtəlif Sistemli Dillərdə “Drv” Kök Samitlərinin Leksik-Semantik İnkişafi
Fikrət Əlizadə,
Bakı Dövlət Universitetinin
Azərbaycan dilçiliyi kafedrasının dosenti
Dünya dilləri zahirən, həm tipoloji, həm də söz yaradıcılığına görə çox fərqli görünürlər. Amorf və iltisaqi dillər üçün sözün kök hissəsi məna daşıyıcısı olduğu halda, flektiv dillərdə vəziyyət tamam başqa cürdür.
Belə dillərdə kök samitlərinin ifadə etdiyi ideya ərəb dili nümunəsində aşağıdakı şəkildə şaxələnərək inkişaf edir:
NZR: NəZəR – NaZiR – iNtiZaR – müNtəZiR – məNZəRə …
Maraqlıdır ki, heç də flektiv olmayan, müxtəlif sistemli dillərdə kök samitləri ideya rolu oynaya bilir. Nümunə olaraq DRV kök samitlərinə nəzər salaq. Əgər DRV kök samitlərində əvəzlənmələr (D – T– Z - S), eliziya (DR /DV /RV), tam və yarımçıq metateza bütün variantlarda tətbiq edilsə, riyazi yolla – faktorialla yanaşdıqda dünya dillərinin söz yaradıcılığı üçün hədsiz çox ideya modeli yaranar. Belə tip söz yaradıcılığını dərindən izləmək məqsədilə bizə anlaşıqlı olan flektiv rus dilinə, o xalqın mühitinə daha çox müraciət etməli olacağıq.
Məlumdur ki, rusca xəlq edən, Allah TVoRets adlanır və onun tərəfindən yaradılanlar isə hazırda ağır məna verən TVaR` (qədim rusca: varlıq, yaradılmış) olmuşdur. Məhz bu kök samitləri sonrakı inkişafda metateza nəticəsində TRV modelini qazanmış və bunun əsasında da DRV-yə örnək olmuşdur. Sözsüz ki, ağac da ot, gül, kol kimi bitki növlərindən biridir. Odur ki, başlanğıcda TRaVa– ot, bitki, göyərti olmalı idi. Otdan zəhərlənmə zamanı isə, ona oTRaVa– zəhər deməli olmuşlar. Ondan da öncə dilimizə doğma olan TRP formasında ToRPaq (bitkilər üçün zəmin), yaxud eliziyalı (sınıq) modeldə TR - TeRra (lat.) və ya V–P əvəzlənməsi + metateza ilə TP – ToPos (yun.), ToPrak (türk) sözləri yaranmışdır. Elə TRostnik (rus. - qamış) sözü də belə modellərdən birinə istinadən törənib.
Sonrakı sözlər üçün ideya hissəsi olan DRV kök samitləri dünya dillərində öncə ağac və ya ona aid mənalarda işlənir:
DRV= DeRVo (pravosl.), DReVa (slav.) DReVo (qaraçı), DeRVus (hal.) + palıd.
Şərqi slavyan dillərində, xüsusən rus dilində bu kök samitlərinin modeli bir sıra sözlərin yaranmasına səbəb olmuşdur:
DeReVo (ağac), DeReVtse (balaca ağac), DReVesina - kəsilib-yonulmamış ağac, oduncaq, DRoVa – odun, DReVko (təsərrüfat alətinin taxta sapı– dəstəyi)
Ağacları bol olan yaşayış yerinə ruslar DeReVnya deyiblər. Sonralar bu, kənd mənası verib. DeReVenskiy (kəndə məxsus, kəndli) şəhər mədəniyyətinə yiyələnənlər tərəfindən DeReVenşina (mədəniyyətsiz kəndli) kimi qiymət verilib.
Rus dilində nəsil ağacı – Şəcərə DReVo, latın dilində DeRiVat (dilçilikdə söz yaradıcılığı – söz törəməsi mənasında işlənən DeRiVatologiya terminini yada salaq), metatezalı variantda DiVeRt (ing.) – yönəltmək, çevirmək, diqqəti yayındırmaq və ya deyilişcə eliziyaya uğramış [şəDjəRə] - şəcərə (ərəb) sözlərinin də ideya hissəsi DRV-nin sınıq DR formasıdır.
Ümumiyyətlə, kök samitləri sözlərin mənasındansa onun sanki “materialını” göstərir, buna bağlı özəlliklərin ağırlığı söz qabığında olanların üzərinə düşür. Tibb dili ilə deyilərsə, sözün içi, skeleti sanki rentgen sayəsində görünür. Burada kök samitləri sonrakı anlayışlara qidaverici ideya olur və ondan bəhrələnib üzə çıxan isə yeni anlayışlı sözlərdir. Məhz buna görə DRV kök samitlərinə bağlı sözlər dərin kökünə görə ağac “anlayışına”- özəlliyinə bağlansa da, ondan törəyən sözlər genetik olaraq, kökü atasına bağlı övladlar kimi inkişaf edirlər. Məhz belə halda ağac – taxta – qatran – palıd – küknar – ağcaqayın; ev və ona bağlı olan bütün taxta əsaslı materiallar: divar – tavan – qapı –hasar – mebel və b.k.; taxta musiqi və məişət-usta alətləri və s. kimi sözlər meydana gəlir. Daha sonra köhnə anlayışda qalmış bu sözlər yeni dövrün nəbzini tutaraq ikinci həyat sürürlər.
Yuxarıda deyilənləri təsdiq edən dünya dilləri materiallarını gözdən keçirərkən DRV-nin əvəzlənmə, eliziya və metateza variantlarının şahidi olacağıq:
Ağac:
DR = DāRu (qəd.hind) + taxta (material, denDRon (qəd.yun.) + denDRarium – ağac, kollar üçün ayrılmış nümayiş yeri
DeRex = DəRəx (uyğ.), DoRu (yun.) + nizə
TR = TRevan (ulu german), TReo, treov (qəd.ing.), TRe (qəd. Skand.), TRio (qəd.sakson), TRe (qəd.friz), TRe (qəd.island.), TaRu (het.), TRä (isv.), TRe (norv.), TRiu (qot.), TeRu (ing.-saks.), TRee (ing.), : : : TaR (ləzgi) DRV – TRV = DR-TR
Maraqlıdır ki, yapon dilində DRV-dən ancaq D qalır və belədə Doa deyilir.
TRF = ToRF – ağac, bitki çürüntüsü : : : DRV – TRV // V – F // = TRF
Meşə:
DBR = DeBRi (rus) - sıx, qalın meşə : : : DVR // V – B // = DBR
Küknar:
DRV = DeRVa (latın), DaRVa (latış)
Palıd:
DR = DRis (yun.), DeRu (ulu hind-Avr.)
Palıd qozası:
DR = DeRukk (irl.)
Taxtaya aid:
DVR = DiVaR
DV = DiVan
TV = TaVan
TRM = TeReM/ok (rus) - taxta qəsr, saray, mülk; bir qədər kiçik mülk, ev
: : : DRV - TRV // V – M // = TRM
TR = TRaktir (rus) – içki içilən yer. Burada hər yer taxtadan olur.
TaRa (rus) – qablamaq üçün boş taxta qutu,
TRiumf (yun.) - zəfər tağı. Tarixən müharibədən zəfərlə qayıdan romalılar iki tərəfi taxta dirək və başı qövs olan tağın altından keçiblər;
TaRan – qədimdə düşmən hasarlarını dağıdan taxta-şalbandan hazırlanmış silah növü.
TyoRka (rus.)– sürtkəc, TeRet`(rus.)– sürtmək. Qədim sürtkəclər taxtadan olduğuna görə ruslarda bu tip sözlər yaranıb.
TRB = TRiBuna (taxta xitabət kürsüsü),
= TRuBka (rus.) – tənbəki çəkmək üçün çubuq, demi
TBR = TəBəR (fars) – balta, TəBəRzin (fars) – balta-silah,
TPR = ToPoR (rus) – balta (baltanın sapına işarə etdikdə taxta anlayışı yaranır).
TBL = TaBuLa (lat.) – taxta
TB = TaBut (ərəb)
DR = DRanka (rus) – divarı sıvamaq üçün çarpaz nazik taxta material.
DiRək (Ən təbii dirək ağacdandır), DaRaq (Qabaq daraqlar taxtadan olub), DuRak (rus) –axmaq, taxtabaş, ərəb anlayışında isə DəRK etməyəndir, DuRak (türk) – dayanacaq yeri. Qabaq belə yerlər özü, oturacaqları taxtadan idi.
DRB = taxta-DaRaBa (Bakı dial.) – ikinci söz birinciyə faktiki təkrar söz kimi qoşulur. Hətta sonrakı inkişaf – D-nin eliziyaya uğraması nəticəsində aRaBa sözünü yaradır. Təbii ki, ilk dövrlərdə arabanın istər özünün, istərsə çarxlarının taxtadan, yəni emal olunmuş ağac materialından olmasına heç bir şübhə yoxdur. Burada DRV kök samitləri əsasında qurulmuş DRiVe (ing.) – sürmək haqqında söz söyləmək yerinə düşər. Aydın məsələdir ki, qədimdə insan əli ilə düzəlmiş ilk nəqliyyat vasitələri taxtadan olmuşdur. Odur ki sürmə dedikdə, heyvan istisna olarsa, taxtadan düzəlmiş hər hansı bir araba nəzərdə tutula bilər. Türklər avtomobilə köhnə anlayışlı sözlə yanaşaraq, onu araba adlandırırlar.
: : : DRV/// V – B//// = DRB
Masa:
TVL = TaVıL (ərəb.)
: : : DVR-TVR // R-L // // = TVL
TBR = TeyBeRi (Koreya)
: : : DVR - TVR // // V–B // // = TBR
TBL = TaBLe (ing.), TaBuLa ( latv.)
: : : DVR-TVR //// V–B +R–L //// = TBL
TRP = TRaPeza (yun.)
: : : DRV – TRV // // V –P // // = TRP
Qapı:
DRV = DaRaVaza (hind), DəRVaza (urdu), DzRVi (poly.)
DVR = DVeR` (rus), DeVuR (afrik.), DVaRas (qəd.hind)
DR = DəR (fars), DuR (erm.), DaRaja (benq.), DRis (lit.)
TR = TüR (alm.)
PRT = PoRTa (ital.), PoRT (yun.), PueRTo (isp.), PraTu (tay), PoRTe (frans.)
PoRT (lat.) = liman. Əslində liman sudan girəcək yerin qapısıdır.
: : : DRV-TRV //// V-P // // = PRT
VRT = VRaTa (slav.)
: : : DRV-TRV = VR-D – VR-T
Darvaza:
DRB = DəRB (fars), DəRBənd (KDQ-də, köhnə deyilişdə DəRVənd- əslində taxta bənd, darvaza)
VRT = VoRoTa (rus.)
Ev, sığınılan yer:
DR = DəR (ərəb)
DR = DəRgah (fars)
Maraqlıdır ki, türk dilində “budaq” mənasında işlənən DaL sözü Bakı dialektinin şərq şivələrində də həmin mənadadır, ağac, taxtaya işarədir. Öncə bir-birinın üstünə taxta ilə gedib vuruşanlar üçün DaL açmaq, qarşılıqlı olanda DaLlaşmaq və nəhayət, DaLaşmaq deməyə başlamışlar. Deməli, vuruşda ağac-taxta zərbə endirmək vasitəsi olmuşdur ki, buna ərəb dili formatında baxanda DaRB, bizim deyilişdə ZəRBə olur. Təbii ki, zərbə ya taxta kimi qurudulmuş əllə - yumruqla, ya da az qüvvə tələb edən taxta ilə endirilə bilər. Elə ZəRB alətləri də zərbəsiz səslənməz. Rus dilində ərəb DRB kök samitlərinin eliziyaya uğramış DR variantından istifadə olunaraq uDaR(nik) – zərbə(çi) sözü yaranır.
DRB variantında da zərbə özünü göstərir:
DRB = DRoBit` (rus) – yarmaq, parçalamaq, DRoB` (rus) - kəsr, kəsilmə, parçalanma. Sözsüz ki, zərbə olmasa, parçalamaq mümkün deyil.
Qeyd etmək lazımdır ki, palıd ağacına sitayiş edən bir DRuid tayfası olub ki, onların adını latın dilindən tərcümə edəndə DRui – PaLıD, vide – tanıyan, bilən alınır.
Ruslar həm sağlam adama, həm də qədd-qamətli olsa da, vecsiz, küt olana DuB – palıd deyirlər. Öncə göstərildiyi kimi, döymək üçün ağac, taxtadan istifadə materialı olan bu sözdən yeni sözlər yaranıb:
DuBinka (rus) - dəyənək, DuBasit`(rus., danışıqda) - döymək.
Ruslar, ümumiyyətlə slavyanlar daha çox meşə ərazilərində yaşadıqları üçün onlara bu yerlər doğma və orada ağac hər bir şey üçün yararlı və nümunə idi. Ağac xeyir verən, Allahın mərhəməti ilə onlara verilmiş böyük nemət idi. Ağac tikinti (ev), yanacaq (odun), yemək, ərzaq (meyvə), sağlamlıq (meşə), müdafiə (meşə şəraiti, silah) və s. cəhətdən onların rahat və mehriban yaşayışını təmin edirdi. İndinin özündə də ruslar ağacdan mismarsız masa, kətil, hətta ev tikə bilirlər. Bir sözlə, onların çörək ağacı elə meşənin təbii, möhtəşəm bitkisi ağac olub. Odur ki, çox şeyi hər cəhətdən ağaca bənzətmək istəmişlər:
zDoRoVıy (sağlam; daxili mənasında s DeReVa – ağacdan, yəni möhkəm, boylu-buxunlu). Maraqlıdır ki, latın dilində DuRus möhkəm deməkdir. Fars dilində isə DeRaZ uzun mənasındadır. Doğrudan da, təbiətdə hündürlüyə görə dağ və ağaclar fərqlidir və ona görə xalqlar çox şeyi onlarla müqayisədə veriblər.
Rusların ağacla bağlı fikirlərini izləyəndə maraqlı mənzərə açılır:
zDRaVıy (sağlam), zDoRoVo (əla, müdhiş; sağlamcasına; salam), zDoRoV`ye (sağlamlıq), zDRaVnitsa (kurort), zDoRoVat`sya (salamlaşmaq), zDRaVstvuy (salam). Ağac slavyanlar üçün nemət olduğundan ona işarə edərək, DoBRo (rus) -yaxşılıq, xeyir, nemət, əşya. DoBRıy (rus) - mehriban kimi sözlər işlədirlər. Həmçinin qiymətli və ləl-cəvahirat sözlərini işlədəndə yenə də ağaca işarə olaraq, DRaqotsennıy və DRaqotsennost` deyirlər. Buradan da belə nəticə çıxarmaq mümkündür ki, bəşər övladının ilk bəzəyi, istifadə etdiyi “əşyalar” ardıcıllığına görə ağac, sümük, daş, metal olmuşdur, hazırda isə təəssüf ki, süni materiallardır.
Tarixi şəxsiyyətlərin adında da DRV elementi özünü göstərir:
DaRa qəd.fars dilində DaRayaVuş kimi səslənir. Mənası xeyirxahlığı qoruyan deməkdir. Rusca belə səslənir: DeRjaşiy, nesuşiy DoBRo. I DaRanın dövründə dövriyyədə onun adını daşıyan qızıl pul – DaRik olub.
Diqqət yetirdikdə rus dilində DRV-yə bağlı xeyli maraqlı söz vardır. Belə ki, yuxarıda göstərilən nümunələrdə bir-birinə yad görünən sözlərin dərin, izahlı təhlili, məntiqi axarı daxili potensialına görə eyni konsonant kök materialına bağlılığından xəbər verir. Məsələn:
DVoR (həyət), DVoRets (saray), DvoRyanin (əsilzadə, zadəgan) sözləri onu sübut edir ki, həyəti-ərazisi böyük olana DvoRyanin kimi müraciət edirlər. Bunları qoruya bildiyi üçün DeRjat`(saxlamaq, qorumaq), əgər böyük ərazi hökmdar tərəfindən qorunursa, ona samoDeRjets (avtokrat, müstəbid), qoruduğu dövlətə isə DeRjaVa (dövlət, mütləqiyyət) deyirlər.
Maraqlıdır ki, slavyanlar, əsasən ruslar Xl – XV əsrlərdə öz tarixlərini, ümumiyyətlə, yazılarını ağcaqayın ağacının qabığında əks etdirmiş və bunu BeReStyanıye qramotı, yəni ağcaqayın yazıları adlandırmışlar. Belə yanaşdıqda artıq rus dilində kök samitlərində əvəzlənmə və metateza hesabına – DRV //// V – B //// DRB – RB - BR tipli yeni model funksiya göstərməyə başlayır:
BR = BeRyoza – ağcaqayın, BRevno (budanmış ağac gövdəsi),
BRus`ya (idmanda istifadə edilən nazik uzun taxtalar), BRusok – balaca taxta, BRaslet (bilərzik), BRoş (rus) –sinə zinəti, BRoşka (rus) - saç üçün taxta sancaq BRyansk (Rusiyada şəhər). Əslində DeBRyansk adlanıb, sonralar D düşüb, sonucda BRyansk forması alınıb. Mənası qalın meşəli dağ, yarğan deməkdir. Doğrudan da, coğrafi cəhətdən bu şəhər qalın meşələrlə əhatə olunub.
Berestyanıye qramotıya qayıtdıqda isə rus dilində DReVniy sözünün mənası açılır. Belə ki öz dövründə ağaca yazılmış o yazılara bir növ ağac yazıları – DeReVyannıy (ağac(dan) deyildiyi halda, 500 -1000 il əvvəlki yazılar kimi tapılanda iş mənasında ağac olsa da, qədim və müasir düşüncə tərzləri düz gəlmədiyindən o, DReVniy(qədim) mənasında qəbul olunur.
DVR – dən TVR – VR əvəzlənmə və eliziya modeli aşağıdakı sözü də içdən aşkarlayır.
Rusiyada Tver şəhərinin adına dərindən yanaşdıqda orada komi, veps, mordva, mari dillərində meşə mənası verən VeR VoR sözlərinin izləri üzə çıxır. Bir sıra dillər təsdiq edir ki, BR/ VR, hətta BL kök samitləri ağacla bağlı mənadadır: arBRe (frans.), alBeRo (ital.), arBoL (isp.), arBoR (isp.)- köşk, arBoR (lat.) – çardaq, BaRı (Azərb.- türk) – hasar, BaRyer (rus) – taxta maneəsi olan yer, zaBoR(rus) –hasar.
DRV gələcək inkişafda əvəzlənmə, metateza eliziya yolu ilə PLD /PLT kök samitlərinə çevrilə bilər:
PLT = PLoTnik (rus) - xarrat, PLoTina (rus) - bənd (Qabaq suyun qarşısına çəkilən bənd materialı ağacdan olub), PLoTnıy (dolu).
Sonuncu nümunəyə görə belə bir fikir yürütmək olar ki, ən davamlı metala ad verəndə onu möhkəmliyinə, dolğunluğuna görə PaLıD ağacına bənzədib PoLaD demişlər.
PLT kök samitlərində P – B əvəzlənməsi edildikdə, BLT = BaLTa alınır və bu zaman TəBəR və ToPoR sözlərinin eyni kökdən qidalandığı aydınca görünür:
Burada DVR kök samitlərində V - B - P əvəzlənmələri DBR – DPR modellərini yaradır və D-nin düşməsi PR kök samitlərinin qalmasına səbəb olur.
Pul vahidlərində də DRV kök samitləri özünü göstərir. “Nədən düzəldiyindən asılı olmayaraq, bəşəriyyət pulu sevir” deyən V.M.Bulqakova haqq qazandıraraq, demək olar ki, bir zamanlar taxta puldan istifadə olunub. Məlumdur ki, kakao paxlası (ağacın tumu) 3000 il əvvəl asteklər tərəfindən pul kimi işlədilib. XII əsrdən etibarən ən öndə gedən Böyük Britaniyanın maliyyə dövriyyəsində bir neçə yüzil təbii taxta pullar olub. Afrikada, Çində XX əsrin 30-cu illərinədək qırmızı ağac və bambuk çubuqlarından pul vahidi kimi istifadə edilib. Bir qisim pulların adı bunu təsdiqləyir:
DiRhəm (Ərəb dünyası), DinaR (İran), DRaxm (Hindistan), DRaxma (Yunanıstan), DRam (Ermənistan).
Digər variantda DVR -də ikiqat əvəzlənmə – D – T və R – L, həmçinin eliziya baş verərkən V düşür:
TaLer (çex.) – XV – XVI əsrlərdə Çexiyada TaLeR adlı gümüş pul vahidi buraxılmış və o, Almaniya, Hollandiya, İtaliya və başqa Avropa ölkələrinə TaLler kimi yayılmış, Skandinaviya ölkələrində, o cümlədən İsveçdə DaLer, İngiltərədə DaLler, daha sonralar DaLlar /ToLlar adlanmış və nəhayət, hazırda ABŞ və bir sıra ölkələrin pul vahidi hesab olunan DoLlar sözü əmələ gəlmişdir.
Aydın məsələdir ki, mebel taxtadan olur. Ona görə bir qisim mebel adlarında DRV-nin izləri görünür. D–T əvəzlənməsi nəticəsində TRV formalaşır və burada eliziyaya uğrama zamanı TR qalır: TRemo, TRelyaj, ToRşer
Dünya dillərində bir sıra taxta musiqi alətlərinin də adı ağaca köklənmiş DRV – TVR – DR / TR kök samitlərinə bağlıdır:
LiTaVRa (taxta zərb aləti), TaR, giTaRa, siTaR, TRuba (nəfəsli musiqi aləti) – hazırda mis alət hesab olunan bu alət bir zamanlar ağacdan düzəlib.
DRV-də V–B və R - L əvəzlənmələri = DVL və DRB-də eliziya DB kök samitləri modeli yarandıqda da musiqi alətlərinin adlarına rast gəlirik:
DaVuL (türk zərb aləti), DumBuL (taxta zərb aləti), DümBək (taxta və ya mis zərb aləti).
DRV - də D –T, V– P və R – L əvəzlənmələri və (metateza =PRT/PLT) eliziya vasitəsilə PR, PL kök samitlərinin peyda olmasına səbəb olur:
PR = PRyalka [DjəhRə] –cəhrə
PL = PiLa (mişar), PuL – çox güman ki, yuxarıda göstərildiyi kimi, bu söz də ağac,taxta bünövrəlidir. Azərbaycanda manat, qəpiyə PuL deyilir. RP variantında Hindistan, Pakistan pul vahidi olan RuPi alınır, Rusiyada RuBla çevrilir. Türkiyədə isə PuLa PaRa deyilir.
Göstərilən dil faktları sübut edir ki, dillər arasında vahid, ulu dil olub. Belə olmasa idi, tipoloji cəhətdən bir-birinə uyğun gəlməyən dillər arasında kök samitləri hesabına bağlılıq olmazdı.
Tarix: 11-12-2017, 13:11