Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Təmayül siniflərində “Çağırışaqədərki hazırlıq” fənni üzrə dərs nümunəsi


 

Rəfail ƏLİYEV, 

Şirvan şəhər, S.Hüseynov adına 1 nömrəli tam orta məktəbin hərbi rəhbəri, Əməkdar müəllim

 

Fənn: “Çağırışaqədərki hazırlıq” 

sinif: XI  

Tədris vahidi: Taktiki hazırlıq

Mövzu: Müasir ümumqoşun döyüşü və onun aparılması

Standart:

2.1.2. Müasir ümumqoşun döyüşünün təşkili prinsiplərini şərh edir.

2.1.1.Müasir ümumqoşun döyüşündə taktiki fəaliyyət barədə təqdimat edir. 

Dərsin məqsədi:

1. Müasir ümumqoşun döyüşünün təşkili prinsiplərini mənimsədiyini nümayiş etdirir;   

2. Müasir ümumqoşun döyüşündə taktiki fəaliyyətin forma və üsullarını fərqləndirməyi bacarır.  

İnteqrasiya: “Çağırışaqədərki hazırlıq”  

X sinif. S

Standart: 2.1.1. Dö­yüş növlərini izah edir.

Dərsin tipi: induktiv

İş forması: qruplarla  iş

İş üsulu: əqli hücum, təqdimat

Resurslar: dərslik, iş vərəqləri, internet resursları, PPT, kompüter, proyektor, videofilm)

Dərsin gedişi:

Giriş hissə: (3 dəqiqə) Fənn kabineti qarşısında cərgə düzülüşü, raport, salamlaşma.

Motivasiya (7 dəqiqə)

Şagirdlərə “Müasir  ümumqoşun döyüşü” anlayışını xatırlatmaq üçün müasir  ümumqoşun  təliminə və II Qarabağ müharibəsinə  aid  video-fraqmentlər  göstərilir. Bu linklərdəndən istifadə etmək olar:

(<https://mod.gov.az/az/video-arxiv-047/?vid=26135>)

(https://www.youtube.com/watch?v=KlRU3GTY_gA)

  X sinifdə bu mövzu ilə əlaqədar öyrənilmiş biliklər xatırladılır.

 Sonra  şagirdlərin diqqəti suallara  yönəldilir: 

1. Niyə müasir döyüş  ümumqoşun döyüşü adlanır?

2. II Qarabağ müharibəsini müasir ümumqoşun döyüşü hesab etmək olarmı?  

3. Döyüşün hansı növləri var? 

4. Sizcə, qələbə çalmağın yeganə vasitəsi nədir?

5. Sizcə, hər hansı bir hərbi əməliyyatda qalib gəlmək üçün nələrə malik olmaq  lazımdı?

Bu suallar ətrafında  şagirdlərin mülahizələri dinlənilir, dəyərləndirilir və şagirdlərin  diqqəti  tədqiqat sualına yönəldilir:

Tədqiqat sualı:

Döyüşdə taktiki fəaliyyətin  hansı  forma  və  üsulları   var?

Tədqiqat sualını araşdırmağa kömək məqsədilə müəllim tərəfindən hazırlanmış “Müsair ümumqoşun döyüşü”adlı elektron resurs (PPT) nümayiş etdirilir.

Tədqiqatın aparılması (15 dəqiqə)

Tapşırıq: Qruplara  əvvəlcədən   hazırlanmış  iş  vərəqləri   təqdim edilir.

İş  vərəqi   №1 

I qrup (“ZƏRBƏ”  qrupu): Taktiki  fəaliyyətin   zərbə  forması  və  bölmələrlə  manevrdə dövrələmə  bəradə   təqdimat  hazırlayın.

İş  vərəqi   №2

II qrup (“ATƏŞ”  qrupu): Taktiki  fəaliyyətin   atəş forması və bölmələrlə manevr­də yandankeçmə bəradə  təqdimat   hazırlayın.

İş vərəqi  №3

III qrup (“MANEVR”  qrupu): Taktiki  fəaliyyətin   manevr forması  və  bölmələrlə   manevrdə mövqedəyişmə  barədə  təqdimat   hazırlayın.

Məlumat  mübadiləsi   və  müzakirə (10 dəqiqə) Hər  qrup  öz  tapşırığı   üzrə  tədqiqat  aparır və tədqiat  nəticələri üzrə təqdimat  edilir   və  təqdimatlar  üzrə  müzakirələr  keçirilir.

Ümumiləşdirmə və nəticələrin çıxarılması (3 dəqiqə) Şagirdlərlə  birgə dərs   ümumiləşdirilir və nəticələr  çıxarılır:

Müasir döyüşdə  taktiki   fəaliyyətin  əsas forma və  üsullarından məharətlə istifadə etməklə  nailiyyət əldə etmək olar.

Yaradıcı tətbiqetmə (3 dəqiqə) Bir  manqa  komandiri kimi  fəaliyyət   formalarının birindən istifsdə edərək   şərti sxem çəkmək. 

Qiymətləndirmə (2 dəqiqə) 

                        

Rubrik üzrə meyarlar: şərhetmə, təqdimatetmə

Ev tapşırığı: Taktikanın  inkişafında  rolu olan   tarixi sərkərdələr (Hannibal, Makedoniyalı  İskəndər, Yuli  Sezar və b.) haqqında  təqdimat hazırlayın (Yazılı və ya  elektron   variantda).

Xüdafizləşmə  və  dərsin  yekunlaşdırılması (2dəqiqə).

 

    


Tarix: 15-10-2021, 16:57

Xəbəri paylaş