Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) oxucularının nəzərinə!



MEK  oxucularına “ProQuest Central” akademik məlumat bazasından istifadə imkanını təqdim edir

 

 

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə “Clarivate” şirkəti arasında bağlanmış müqavilə əsasında “ProQuest Central multidissiplinar akademik məlumat bazası 123 müəssisə, o cümlədən Mərkəzi Elmi Kitabxana oxucularının limitsiz istifadəsinə təqdim olunub. 

 

100-dən artıq mövzunu əhatə edən və dünyanın aparıcı nəşriyyatlarının (Cambridge Press, The New York Times, Bilboard, The New England Journal of Medicine, Springer, Sage, Elsevier, Emerald, Springer Nature və s.) elmi resurslarını bir araya gətirən ProQuest Central tədqiqatçılara geniş informasiya imkanları yaradır.

 

Tam mətnli akademik informasiya bazası olan “ProQuest Central” 43 000 jurnal2.5 milyon konfrans materialı380 000 dissertasiya470 000 ölkə və sənaye hesabatı24 000 audio və video məzmun340 000 situasiya araşdırması 3.3 milyon preprint məqalə4500 ticarət jurnalı900-dən artıq qlobal xəbər mənbələri kimi məzmunda 47 kolleksiyadan ibarətdir.

 

Baza həmçinin süni intellekt dəstəkli ProQuest Research Assistant (PRA) aləti ilə təqdim olunur. PRA tədqiqatçılara daha dəqiq axtarış aparmaq, materialları sürətli analiz etmək və mövzular üzrə faydalılığını müəyyənləşdirmək imkanı verir.

 

Bazanın kitabxana daxilində istifadəsi üçün aşağıdakı linkə daxil olmaq lazımdır:

 

https://www.proquest.com/




Tarix: 10-10-2025, 16:00

Xəbəri paylaş