Təhsil yaddaşa əsaslanmayacaq
ABŞ-ın Nyu-York Universitetinin nəzəri fizika professoru Mitio Kaku dünyada tanınmış nüfuzlu təhsil eksperti hesab olunur. Ötən il "The New York Times" qəzeti Mitio Kakunu Nyu-Yorkun ən ağıllı insanlarından biri adlandırıb. Yapon əsilli Amerika fiziki "qara deşik" lərin öyrənilməsi sahəsində bir sıra tədqiqatlar aparıb. O, fizikanın əsas modeli kimi tanınmış string nəzəriyyəsinin banisi olub. Alimin aktivində bestsellerə çevrilmiş səkkiz kitab, "BBC" və "Discovery"-də yayımlanmış çoxsaylı verilişlər var və o, dünyada tanınan müəllimdir. Dünyanın bir sıra ölkələrində mühazirələr deyir, çoxlu səfərlər edir. Mətbuata verdiyi açıqlamada Kaku təhsilin gələcəyini necə görür sualını belə cavablandırıb.
- "Gələcəyin Fizikası" kitabında siz yazırsınız ki, təhsil internet-texnologiyalarına və Google Glasses tipli qadjetlərə əsaslanacaq. Təhsildə daha hansı qlobal dəyişikliklər olacaq?
- Ən vacibi odur ki, təhsil artıq yaddaşa əsaslanmayacaq. Çox tezliklə kompüterlər və Google Glass eynəkləri lazımi informasiyanı yükləmək imkanını verən kiçik linzalarla əvəzlənəcək. Artıq reallıqla təmin olunmuş bu cür eynəklər mövcuddur ki, onlarda da belə bir funksiya var. Buna görə də məktəblilər və tələbələr bir - iki ildən sonra inernetdə imtahan suallarına cavabları çox sadə axtara biləcəklər: sadəcə göz qırpmaq kifayətdir ki, lazımı informasiya üzə çıxsın. Bir tərəfdən, artıq beyini faydasız biliklərlə həddən artıq yükləmək lazım gəlməyəcək. Başqa bir tərəfdən real müvəffəqiyyətə nail olmaq üçün, o qabiliyyətləri inkişaf etdirmək lazımdır ki, onlar robotlar üçün əlçatmazdır: kreativlik, təxəyyül, təşəbbüs, lider keyfiyyətləri. Cəmiyyət tədricən əmtəə iqtisadiyyatından intellektual-yaradıcılığa keçir, azad olmuş əqli ehtiyat düşünmək, təhlil etmək, əsaslandırmaq və nəticədə doğru qərar qəbul etmək qabiliyyətinin inkişafına istiqamətlənir.
- Belə olan halda imtahanlara və müəllimlərə ehtiyac aradan qalxacaq?
- Sözsüz ki, biz daha çox sərbəst olacağıq, öz həyatımız üçün üzərimizə daha böyük məsuliyyət götürəcəyik, müvafiq olaraq, hər hansı "nəzarət edən orqanlar" lazım olmayacaq. İnsanlar özləri özlərini təhsilləndirməyə başlayacaqlar, həm də real olaraq anlayaraq ki, onlara məhz hansı biliklər lazımdır. Və əgər tutaq ki, tələbələrə məsləhət lazımdırsa, onlar bunu, məsələn, "ağıllı" divardan alacaqlar. Süni intellekt texnologiyalarına əsaslanan belə qurğular çox tezliklə hər yerdə - mənzillərdə, ofislərdə, küçələrdə yerləşdiriləcək. Divara yaxınlaşmaq və "Mən biologiya professoru ilə danışmaq istəyirəm" demək kifayət edəcək. Və dərhal divarda alim üzə çıxacaq və sizə lazım olan bütün informasiyanı verə biləcək. Belə bir sistem yalnız təhsil sahəsində deyil, həm də başqa sferalarda - tibb, hüquq elmləri, dizayn, psixologiya və s. tətbiq oluna bilər. Əlbəttə, real mütəxəssislər, məsələn, cərrahlar hələ lazım olacaqlar, amma sadə problemləri virtual olaraq həll etmək mümkün olacaq. Müəllimlərə gəlincə, onlar dəqiq surətdə "canlı" olaraq lazım olmayacaqlar.
- İnsanlar öz-özünə təhsil almağa, onlayn təlimə tez bir vaxtda alışa biləcəklərmi?
- Universitetlərin onlayn-kursları artıq mövcuddur, bu, həqiqətən parlaq ideyadır. Düzdür, bu cür proqramlarda təhsili buraxanların faizi hələlik çox yüksəkdir. Bu onunla bağlıdır ki, insanlar "yalnız sən və kompüterin monitoru" prinsipi üzrə müəllimsiz işləməyi öyrənməyiblər, buna alışmayıblar və onlarda yüksək motivasiya yoxdur. Digər tərəfdən, onlayn-sistem yalnız indi yaradılır, ona düzəliş etmək lazımdır. Amma o kifayət qədər sürətlə inkişaf edir və təkmilləşir və sözsüz ki, qarşıdan gələn 50 ildə təhsili öz arxasınca aparacaq. Universitetlər qalacaq, amma onlar daha çox virtual ali məktəblər olacaqlar, hansılarda ki, təlim bulud sisteminə əsaslanmışdır. Ənənəvi təhsil müəssisələrində mühazirələrə qatılanları uğursuz hesab edəcəklər. Onlar haqqında belə danışacaqlar: "O, öz təhsilini qura bilmədi".
- Hazırda əldə olunmuş bilik yükünü təsdiqləyən sənəd diplomdur. Gələcəkdə mütəxəssis bu və ya digər sahədə öz səriştəsini necə təsdiq edəcək?
- Diplomlar lazım olmadığına görə yox olacaq, hər şeydən əvvəl ona görə ki, təhsil hər hansı müvəqqəti və məkan çərçivələri ilə məhdudlaşdırılmayacaq. Ehtimal ki, sertifikatlaşdırma mərkəzləri yaranacaq, mütəxəssislər burada onların bacarıq və səriştələrinin dəstini müəyyən edən kvalifikasiya imtahanlarını verəcəklər. İmtahanların nəticəsindən asılı olaraq insanlar müəyyən vəzifəni alacaq, yaxud ala bilməyəcək. Ehtimal ki, zamanla balların həmçinin unifikasiya edilmiş cədvəlini tətbiq edəcəklər - onların miqdarı cəmiyyətdə müəyyən vəzifəni tutmağa imkan verəcək. Müvafiq olaraq, universitetlər xidmətlərin təchizatçısı rolunda çıxış edəcək, hansı ki, özləri bu xidmətləri qiymətləndirmirlər. ABŞ-da, Kanadada, Yaponiyada, Avropada portfolio sistemi çox məşhurdur. İnsanlar təhsil dövründə diplomlar, şəhadətnamələr, sertifikatlar əldə edir və onları işəgötürənlərə təqdim edir.
Gələcəkdə yığılmış intellektual yük təhsil sisteminin əsas elementlərindən biri olacaq, informasiya texnologiyaları isə insanın xidmətlərini əlçatan və şəffaf edəcək.
- Əgər böyüklərdən təhsilə şüurlu yanaşmanı gözləmək olsa da, uşaqlar çətin ki, daim nəzarətsiz oxusunlar...
- Uşaq üçün maarifləndirici xidmətlər fəal surətdə inkişaf edəcək. Ən yaxın 10-15 il ərzində hazırkı sistemdənkənar təhsilin imkanları sonsuz olacaqdır. Xüsusi halda, onlayn pedaqogika kimi xidmət olacaq. Həm də onlayn, o demək deyil ki, hamı kompüter qarşısında oturur və monitorlara baxır:insanların yaşadığı mühit özü, eləcə də onun qarşılıqlı əlaqədə olduğu interfeyslər dəyişir. İnformasiya-kommunikasiya həlləri ilə zəngin olan gələcəyin şəhərləri öz-özlüyündə yeni maarifləndirici mühitin aktiv iştirakçısı olacaqlar. Xüsusi halda, uşaqlara daha çox oyunlar təklif etməyə başlayacaqlar, hansılar ki, çoxsaylı günlər və aylar boyunca real şəhərdə və ya xüsusi olaraq hazırlanmış məkanlarda keçiriləcək. Dərsliklər süni intellektlə başlamağı öyrədəcək və o maarifləndirici materialları - fotoları, mətnləri, videoları, tapşırıqları, sxemləri hər bir konkret şagirdin ehtiyaclarına uyğun olaraq yaşından (6 və ya 60) asılı olaraq seçəcək. Bu cür işləmələr olduqca çoxdur, onlar tədricən həyata keçirilir.
- İndi yaxşı mütəxəssis olmaq üçün bilik bazası qazanmaq və təcrübə əldə etmək lazımdır. Gələcəkdə uğurlu insan olmaq üçün nə lazım olacaq?
- Real müvəffəqiyyətə nail olmaq üçün robotlara əlçatmaz olan qabiliyyətləri inkişaf etdirmək lazımdır: kreativlik, təxəyyül, təşəbbüs, lider keyfiyyətləri. Cəmiyyət əmtəə iqtisadiyyatından intellektual yaradıcılığa tədricən keçir. Əbəs yerə deyil ki, Toni Bleyer (Böyük Britaniyanın sabiq baş naziri) danışmağı sevir ki, İngiltərə öz şaxtalarından çox rok-n-roldan daha çox gəlir qazanır. Daha çox o ölkələrin müvəffəqiyyət əldə etmək şansları var ki, onlar mal bazarlarını və koqnitiv-yaradıcı potensialı tənzimləyə biləcəklər. Yalnız kənd təsərrüfatına ümid bəsləyən millətlər uzun müddət tab gətirə bilməyəcəklər, onlar yoxsulluğa məhkumdurlar.
- Futuroloqların əksəriyyəti bir qədər qabağa gedərək bildirirlər ki, iş yerlərinin əksər hissəsini tezliklə robotlar tutacaq. Bəs insanlara nə qalacaq?
- Ən pullu peşələr biotexnologiyalar, nanotexnologiyalar və süni intellekt olacaq. Yalnız təhsil sistemi dəyişmir, həm də iş sistemi dəyişir. Çox tezliklə fabriklərdə insanlar qalmayacaq, amma əvəzində intellektual sferada çox yeni ixtisaslar üzə çıxacaq. Ən vacibi vaxtında istiqaməti təyin etmək və dəyişməkdir. İnsanların əksəriyyətinin problemi ondadır ki, onlar ətalətlidir və ətrafa baxmadan bir addım ata bilmirlər. Gələcəkdə müvəffəqiyyət qazanmaq istəyirsinizsə, birinci öyrənməli olduğunuz məqam başqalarına oxşamadığınızdan, öz həyatınız üçün tam məsuliyyəti öz üzərinə götürməkdən, bir gün hər şeyi dəyişdirməkdən və yeni yolda irəliləməkdən qorxmamaqdır.
- İndi işsizliyin səviyyəsi, ilk növbədə, gənclərin arasında, heç vaxt olmadığı qədər çox yüksəkdir. Bunun səbəbini yalnız dünya böhranında görməliyik, yoxsa günahın bir hissəsi də həmçinin effektsiz təhsil sistemindədir?
- Hazırkı təhsil sistemi keçmişin mütəxəssislərini hazırlayır. Biz onları ona görə öyrədirik ki, onlar işə getsinlər, hansı ki, artıq mövcud deyil. Onları intellektual alətlərlə təmin edirik, hansı ki, çoxdan effektsizdir. Buna görə dünyada işsizlik səviyyəsi belə yüksəkdir. Biznes sahibi nəyə görə onları işə götürməlidir? Lazımi bilikləri azmış kimi, həmçinin təcrübələri də yoxdur. Bunun da nəticəsidir ki, dünyanın aparıcı şirkətlərinin əksəriyyətində 50-60 yaşlılar dominantlıq təşkil edir. Lakin, axı onlar oxumaqda davam edəcəklər, elə ki insanlar sakitcə 120 yaşa qədər yaşayacaqlar, onların fasiləsiz təhsil konsepsiyalarından yararlanmaları qaçılmaz olacaq. Buna görə də indi təhsil sahəsinin mütəxəssisləri gələcəyin texnologiyaları ilə birbaşa əlaqəli olan tədris proqramlarına əsaslı şəkildə yenidən baxırlar.
- Ancaq heç də hamı intellektual əməyə meyilli deyil. Hansı istedadları sayəsində əqli fəaliyyətə meyilli olmayan insanlar robotlar dünyasında ayaqüstə qala biləcək?
- Yüksək inkişaf etmiş heç bir süni intellekt insanı tamamilə əvəz etmək gücündə deyil. Bizim əslində maşınlar qarşısında təsəvvür etdiklərimizdən də daha çox üstünlüklərimiz var. Məsələn, robotlarda bədii düşüncə, şüur, intuisiyalar yoxdur. Buna görə də onlar, deyək ki, fond brokerlərini əvəz edə bilməzlər, hansı ki, onlar üçün intellekt yox, intuisiya əsasdır. Belə bir şəraitdə bağbanlar, inşaatçılar, fiziki əmək işçiləri qazanacaq, çünki onların işi yaradıcılıqla bağlıdır. Yəni funksiyaların avtomatik icrası deyil, müxtəlif mərhələlərdə yanaşmaların dəyişikliyi nəzərdə tutulur. Yaxın vaxtlarda indi intellektual hesab edilən proqramlaşdırma, veb-dizayn, 3D-planlaşdırma "işçi" ixtisaslar kimi tanınacaq. Hansı işlə məşğul olmasından asılı olmayaraq insan ona yaradıcı yanaşmalıdır, canlı təsəvvürə, dəyişən şəraitdən başçıxarmaq qabiliyyətinə və yaxşı inkişaf etmiş intuisiyaya malik olmalıdır.
- Müasir texnologiyaların inkişafı ilə əlaqədar insan intellekti - tibdən kibernetikaya qədər hansı dəyişiklikləri gözləyir?
- Tamamilə realdır ki, 2050-ci ilə qədər bəşəriyyətin ən yaxşı zəkalarını praktik olaraq bütün sahələrdə əhəmiyyətli dərəcədə üstələyəcək yüksəkzəka yaradılacaq. Məsələn, Avropanın investisiya məbləğı 1 milyard dollar olan "Human Brain Project" layihəsi çərçivəsində beynəlxalq alimlər qrupu bu yaxınlarda 20 mikrometr dəqiqliklə insan beyininin detallaşdırılmış strukturunu göstərən unikal "Big Brain" xəritəsini yaradıb. Belə anatomik atlas nəinki nevroloqların və neyro-cərrahların işini sadələşdirəcək, ağır xəstəlikləri müalicə etməyə kömək edəcək, həm də beyinin emosiyaları necə emal etməsi, informasiyanı qəbul etməsini görməyə imkan verəcək. Bu isə yüksəkzəkanın yaradılması prosesini əhəmiyyətli dərəcədə sürətləndirəcək, təbii koqnitiv prosesləri maksimum dərəcədə təhlükəsiz stimullaşdırmağa, bilik bazasını qazanmağa kömək edəcək. İnformasiyanın fasiləsiz ötürülməsini təmin edən beyin çipləri heç də uzaq olmayan gələcəyin texnologiyasıdır.
Hazırladı:
O.İsaoğlu
Tarix: 8-05-2017, 10:12