Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar



Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar.
AZƏRTAC xəbər verir ki, qonaqlar uşaqlarla görüşüb, onlara hədiyyələr təqdim ediblər.
Ümumtəhsil məktəbində onlar “Qurma” adlı art-studiya ilə tanış olublar. Burada xüsusi qayğıya ehtiyacı olan uşaqların hazırladıqları xalçalar, rəsm əsərləri və tikiş nümunələri nümayiş etdirilir.
Məktəbdə, həmçinin əyləncəli proqram təşkil olunub. Uşaqlar öz əl işlərini qonaqlara hədiyyə ediblər.


Tarix: Bu gün, 16:25

Xəbəri paylaş