Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Gəncə-Daşkəsən regionunda fəaliyyət göstərən təhsil işçilərinə “TəhsilPlus” kartları təqdim olunub




Gəncə-Daşkəsən regionu üzrə ali və ümumi təhsil müəssisələrində fəaliyyət göstərən təhsil işçilərinə “TəhsilPlus” kartlarının təqdimetmə mərasimləri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxışlar zamanı təhsil işçilərinin sosial rifahının gücləndirilməsi, onlar üçün nəzərdə tutulan güzəşt və imtiyazlardan istifadə imkanlarının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, təhsil sahəsində çalışan şəxslərin sosial təminatının dəstəklənməsi istiqamətində həyata keçirilən layihələr müəllim nüfuzunun artırılması, onların motivasiyasının gücləndirilməsi və peşə fəaliyyətinin stimullaşdırılması baxımından mühüm rol oynayır. Eyni zamanda, dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində reallaşdırılan bu kimi təşəbbüslərin təhsil işçiləri üçün yeni imkanlar yaratdığı diqqətə çatdırılıb.
Tədbir çərçivəsində “TəhsilPlus” kartı barədə təqdimat keçirilib. Təqdimatda kartın üstünlükləri, tərəfdaş şəbəkələrində mövcud olan endirim və bonus imkanları haqqında məlumat verilib, həmçinin “TəhsilPlus” kartına dair videoçarx nümayiş etdirilib.
Universitet rektorlarına və ali təhsil müəssisələrinin professor-müəllim heyətinin bir qrup nümayəndəsinə “TəhsilPlus” kartları təqdim olunub.
İkinci tədbir Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində baş tutub. Tədbirdə Təhsilin İnkişafı Fondunun, “Kapital Bank”ın rəsmi nümayəndələri, Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, idarənin tabeliyində olan 6 rayon üzrə sektor müdirləri, region üzrə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin müəllimləri iştirak ediblər.
Mərasim zamanı sertifikatlaşdırma imtahanlarında yüksək nəticə göstərən müəllimlərə “TəhsilPlus” kartları təqdim olunub.
Qeyd edək ki, “TəhsilPlus” kartı Təhsilin İnkişafı Fondu, “Kapital Bank” və “Mastercard” qlobal texnologiyalar şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Layihə təhsil işçiləri üçün əlavə sosial dəstək imkanlarının yaradılması, onların müxtəlif xidmətlərdən daha sərfəli şərtlərlə faydalanmasına şərait yaradılması və sosial rifahının yüksəldilməsinə töhfə vermək məqsədi daşıyır.


Tarix: Bu gün, 15:05

Xəbəri paylaş