Milyonçu uşaqlar
Dünyada elə milyonçular var ki, onlara maşın sürmək və ya bankda şəxsi hesab açmaq hələ çox tezdir. Söhbət milyonçuların varislərindən yox, orta məktəb illərindən öz ideyaları ilə milyonlar qazanmış milyonçu uşaqlardan gedir. Öz gərgin əməkləri və fərasətləri sayəsində milyonlar qazanan uşaqlardan nələrisə öyrənmək olar.
Ketrin və Devid Kuk
Layihənin başlanğıcında yaşları: 15 və 17
Şirkət: "My Year Book"
Gəlirləri: 10 milyon dollar
Onlar üçün hər şey prinsip etibarı ilə çox sadə başlandı. Ketrinin 15, qardaşının isə 17 yaşı tamam olanda məktəb gündəliyinin internetdə onlayn yayılmasının pulsuz versiyasını hazırlamağa qərar verdilər. Burada hər kəs (sinif yoldaşı, kurs yoldaşı) haqqında anonim məlumat ala və ya göndərə bilərdi. Prinsip etibarilə qardaş və bacı layihənin formalaşmasına 250 min dollar borc alaraq onun reallaşmasına nail olublar. Sayt 2005-ci ilin aprelində işə düşüb və ilk il ərzində bir milyon ziyarətçi qeydiyyatdan keçib. Beş il ərzində saytın qazancı 10 milyon dollar təşkil edib. Prinsip etibarilə, belə ilk kapitalla istənilən işə başlamaq olar, lakin hər bir zəngin yeniyetmə belə bir uğura imza ata bilmir.
Eşli Kvalls
Layihənin başlanğıcında yaşı: 14
Şirkət: "Whatever Life"
Gəlir: 4 milyon dollar
Hər şey 2004-cü ildə başladı. O vaxt Eşlinin 14 yaşı təzəcə tamam olmuşdu. O, anasından 8 dollar (250 min dollar yox!) pul istəyib. Və özünün yuxarıda adıçəkilən saytını işə salıb. O bu saytda HTML-ın( ЩЙПЕРЛЫНК "щттпс://аз.wикипедиа.орэ/wики/Браузер" \о "Браузер" brauzerin oxuya biləcəyi hər hansı sənədi və ya səhifəni yaratmaq üçün xüsusi ЩЙПЕРЛЫНК "щттпс://аз.wикипедиа.орэ/w/индех.пщп?титле=Щиперм%Ъ9%99тн&аътион=едит&редлинк=1" \о "Щипермятн (сящифя мювъуд дейил)" hipermətn dili) üstünlüklərindən təfərrüatı ilə danışmağa başlayıb. Bunlar "Myspace" sosial şəbəkəsinin istifadəçilərinə lazım ola bilərdi. Bundan başqa, Eşli hazırladığı digər vəsaitləri pulsuz istifadə üçün bu sosial şəbəkədə yerləşdirib.
Tezliklə Eşli məktəbi atıb və 2 aydan sonra ayda 70 min dollar qazanmağa başlayıb. Hazırda onun gəlirləri 5 rəqəmlidir. Onun saytının qiyməti isə 10 milyon dollar həddində qiymətləndirilir.
Culett Brindek
Layihənin başlanğıcında yaşı: 10
Şirkət: "Miss O and Friends"
Gəliri: 15 milyon dollar
Hər şey adı başladı. C.Brendek dostları ilə birlikdə kiçikyaşlı qızlar üçün sayt yaradıb. Bu sayt bütün istifadəçilər üçün maraqlı idi. Qısa müddət ərzində bu sayta 8 yaşdan 12 yaşa qədər milyonlarla qız daxil olub və sayt reklama görə böyük məbləğdə pul qazanmağa başlayıb. Bundan sonra C.Brindek birinci kitabını buraxıb. Kitab 120 min tirajla sürətlə yayılıb. İndi onun biznesi 15 milyon ABŞ dollarında qiymətləndirilir.
PolBurke
Layihənin başlanğıcında yaşı: 18
Şirkət: yoxdur
Gəlir: 300.000 dollar (ayda)
Pol üçün də hər şey sadə başladı. O, gəlirli biznes barədə hamıdan gec, 18 yaşında fikirləşməyə başlayıb. Pol şəbəkədə əməkdaşlıq marketinqi yaradıb və elə birinci ay 600 dollar qazanıb. Bundan sonra Pol daha çox işləməyə başlayıb və bir ildən də az vaxt ərzində ayda 300 min dollar qazanc əldə etməyə nail olub. O bu vaxta qədər tərəfdaşlıq marketində işləyir, üstəlik öz bloqu var. Pol öz fikirlərini, məsləhətlərini bu bloqda bölüşür. Məlumat üçün bildirək ki, əməkdaşlıq marketinqi (affiliativnıy marketinq) internet-marketinq alətlərindən biridir. Fəaliyyətin bu növünü əməkdaşlıq biznesi kimi müəyyən etmək olar.
Ben Kaufman
Layihənin başlanğıcında yaşı: 18
Şirkət: "Mophie, Kluster and Quirky"
Gəlirləri: ildə 5-10 milyon dollar
Hamı kimi, Ben Kaufman əvvəlcə iPod üçün aksessuarlar təklif edən "Mophie" saytını yaradıb. Saytda iPod üçün akkumulyatorlar, korpuslar, kabellər və başqa aksessuarlar satılırdı. Sonra o, "birgə qərarların qəbul olunması üçün platforma"nı təşkil edən "Kluster" saytını işə buraxıb. Və nəhayət, 22 yaşında Kaufman "Quirky" saytını yaradıb, burada "nəyi necə etmək olar" sualına cavab tapmaq mümkündür.
Evan
Saytı - " EvanTube"
Gəliri - 1,3 milyon dollar
Evan 8 yaşı tamam olanda "Youtube"- də kanal yaradıb. O, indi 1.3 milyon dollar qazanır və bir milyondan artıq abunəçisi var. Bir şeyi deməyi unutduq, onun işi çox sadədir. Evan müxtəlif oyuncaqlara və video-oyunlara dair icmallar hazırlayır. O özü yaşda olan uşaqların bilmək istədiklərini edir.
Kameron Conson
Şirkəti: "Cheers and Tears"
Gəlirləri: 5 milyon dollar
O məktəbdə oxuduğu vaxt ayda təxminən 400 min dollar qazanırdı. Hər şey onda dəyişdi ki, o valideynlərinə axşam ziyafəti üçün dəvət açıqcaları düzəltməyə başladı. Qonaqlar bu açıqcaları gördükdə ona sifariş etməyə başladılar. İlk biznes fəaliyyətinə Kameron 9 yaşında internetdə açıqcalar satmaqla başlayıb. O, 14 yaşında "Cheers and Tears"-ın əsasını qoyub, sonra isə proqramlar işləyib hazırlamağa başlayıb. Tezliklə yaratdığı reklam şirkəti yuxarı sinflərdə oxumağa keçənə qədər ona milyonlarla dollar qazandırıb. Məktəbi qurtaran vaxt Kameron artıq 5 milyon dollar qazanmışdı.
Freyzer Doerti
Şirkəti: "Super Jam"
Gəliri: 6 milyon dollar
F. Doerti biznes fəaliyyətinə 14 yaşında başlayıb. O, nənəsinin resepti üzrə mürəbbə hazırlamağa cəhd edib. Məktəbdəki dostları və qonşu uşaqlar onun ilk müştəriləri olublar. Freyzer 16 yaşa çatanda mürəbbə istehsalı o qədər genişlənib ki, o məktəbi atmalı olub. Bir il sonra mürəbbə istehsalı üzrə onun öz sahəsi var idi. Bu sahə ildə 1,5 milyon dollar gəlir gətirirdi. 18 yaşı tamam olanda onun sərvəti 6 milyon dollar həcmində qiymətləndirilirdi.
Hazırladı: O.Mustafayev
Tarix: 14-03-2017, 12:24