Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Doktorantların və gənc tədqiqatçıların XXV Respublika elmi konfransı təşkil ediləcək



Təhsil İnstitutu tərəfindən noyabrın 23-24-də doktorantların və gənc tədqiqatçıların XXV Respublika elmi konfransı keçiriləcək.
Bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, konfransda Azərbaycanın elm və təhsil müəssisələrindən, eyni zamanda, xarici ölkələrin elmi-tədqiqat və ali təhsil müəssisələrindən olan azərbaycanlı doktorant və gənc tədqiqatçılar tezislə iştirak edə bilərlər. Konfransın keçirilməsində əsas məqsəd doktorantların və gənc tədqiqatçıların apardıqları elmi araşdırmaların nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır.
Konfrans riyaziyyat və təbiət elmləri (fizika, kimya, biologiya, biotexnologiya, tibb elmləri, neft-kimya, ətraf mühit, yer haqqında elmlər və s.), informasiya-kommunikasiya texnologiyaları və mühəndislik (elektrik, qazma, robototexnika, maşınqayırma, avtomatlaşdırma və inşaat mühəndisliyi, süni intellekt, data elmi, kibertəhlükəsizlik və s.) və sosial-humanitar elmlər (təhsil, sosiologiya, politologiya, kulturologiya, hüquq, tarix, dilçilik, ədəbiyyatşünaslıq, psixologiya, pedaqogika, metodika, iqtisadiyyat və s.) istiqamətlər üzrə təşkil ediləcək.
Yalnız məruzəçilərin tezisləri çap ediləcək və həmin şəxslərə sertifikat veriləcək. Konfransa müraciət etmək üçün “Gmail” hesabının olması mütləqdir, iştirak etmək istəyənlər sentyabrın 25-dək müraciət edə bilərlər.
Doktorantların və gənc tədqiqatçıların XXV Respublika elmi konfransı haqqında ətraflı məlumat Təhsil İnstitutunun saytında verilib.


Tarix: 26-07-2022, 14:00

Xəbəri paylaş