Nazir: 30 suala cavab verə bilməyən müəllim şagirdi öyrədə bilməz

“Müəllimin fənn biliyi hələ hər şey demək deyil. Müəllimin sinif idarəetmə bacarığı, dərs demək qabiliyyəti önəmlidir”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2026: səriştəli müəllim – keyfiyyətli təhsil”mövzusunda keçirilən tədbirdə deyib.
Nazirin sözlərinə görə, 30 suala cavab verə bilməyən müəllimin metodikası önəmli deyil: “Bizim işimizin böyük hissəsi müəssisə rəhbərlərini düzgün seçməkdir. Yaxşı müəllim yaxşı rəhbər olmaya da bilər. Məktəblərimizin idarəetməsində bacarıqlı, vicdanlı, düzgün şəxslər olmalıdır”.
Tarix: Bu gün, 14:36
Xəbəri paylaş
