Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Şagird istənilən nəticəni əldə edə bilmirsə, bu, tədrisin keyfiyyətinin artırılmasına ehtiyac olduğunu göstərir



Sertifikatlaşdırma müəllimin öz fənnini nə dərəcədə bildiyini qiymətləndirən bir mexanizmdir. Lakin bununla yanaşı, əsas məqsəd tədrisin keyfiyyətini yüksəltmək olmalıdır. Əsas göstərici uşaqların daha çox və daha keyfiyyətli öyrənməsidir.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2026: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə söyləyib.
“Əvvəllər tədris prosesi daha çox müəllim mərkəzli idi. Bu gün isə uşaqyönümlü təhsil sistemi qurmalıyıq. Əgər şagird istənilən nəticəni əldə edə bilmirsə, bu, tədrisin keyfiyyətinin artırılmasına ehtiyac olduğunu göstərir.
Biz daha yüksək hədəflər qarşıya qoymalı, məktəblərimizdə keyfiyyətli təhsili təmin etmək üçün davamlı inkişaf istiqamətində çalışmalıyıq”, - deyə nazir bildirib.


Tarix: Bu gün, 11:42

Xəbəri paylaş