Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Emin Əmrullayev: Yaxşı müəllim olmaq hələ o demək deyil ki, həmin şəxs yaxşı direktor olacaq

Yaxşı müəllim olmaq hələ o demək deyil ki, həmin şəxs yaxşı direktor olacaq. Məktəbi idarə etmək üçün idarəetmə bacarıqları, strateji düşüncə və liderlik keyfiyyətləri vacibdir. Məktəbə rəhbərlik edən şəxs bu sahədə peşəkar olmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2026: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə söyləyib.
Nazir qeyd edib ki, yaxşı direktorun formalaşması üçün də müəyyən inkişaf mərhələləri olmalıdır. Güclü direktor olmaq üçün əvvəlcə səriştəli direktor müavini, metodist kimi fəaliyyət göstərmək, məktəb idarəçiliyinin bütün mərhələlərini öyrənmək və möhkəm peşəkar baza qazanmaq vacibdir.


Tarix: Bu gün, 11:41

Xəbəri paylaş