Təhsildə korrupsiyanı əhəmiyyətli dərəcədə həll etmişik - Emin Əmrullayev

"Təhsil sistemində rüşvət və korrupsiyanı əhəmiyyətli dərəcədə həll etmişik".
Bunu IX ADA Beynəlxalq Təhsil Konfransında elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir əlavə edib ki, müasir texnologiyaların və elektron sistemlərin tətbiqi sayəsində əvvəllər problem yaradan bir çox sahələrdə korrupsiya halları tamamilə aradan qaldırılıb:
“Uşaqların məktəbə qəbulu və yerdəyişməsində, ali təhsil müəssisələrinə qəbul prosesində, eləcə də müəllimlərin işə qəbulu (MİQ) imtahanlarında və bu kimi digər irimiqyaslı proseslərdə böyük mənada rüşvət və korrupsiya məsələsini həll etmişik. Hazırda təhsil sistemində hər hansı bir sistemli korrupsiya mövcud deyil".
Emin Əmrullayev qeyd edib ki, qəbul və idarəetmə proseslərinin mərkəzləşdirilmiş və elektron qaydada aparılması insan amilini minimuma endirib:
"Bu da bütün namizədlər və şagirdlər üçün bərabər, ədalətli mühitin formalaşmasını təmin edib".
Tarix: Bu gün, 13:14
