Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

”Azərbaycan Respublikası Prezidentinin “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” 14 noyabr 2017-ci il tarixli 3384 nömrəli Sərəncamının 2-ci hissəsini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 may 2018-ci il tarixli 354s nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, ali təhsil müəssisələrinin rəhbərləri Tədbirlər Planının yerinə yetirilməsini təmin etsinlər və görülmüş işlər barədə cari və növbəti il dekabrın 10-dək Təhsil Nazirliyinə hesabat təqdim etsinlər.
3. Bakı Dövlət Universiteti (A.Məhərrəmov) yubiley tədbirlərinin təşkili və keçirilməsi ilə bağlı Universitetdə Təşkilat Komitəsinin yaradılmasını, aidiyyəti icraçı qurumlarla birlikdə tədbirlərin icrasını təmin etsin, icra vəziyyəti barədə mütəmadi olaraq Təhsil Nazirliyinə məlumat versin.
4. Elm, ali və orta ixtisas təhsili şöbəsi (Y.Piriyev) Tədbirlər Planının icrası ilə bağlı məsələlərin əlaqələndirilməsi və hesabatların ümumiləşdirilməsi ilə bağlı məsələləri həll etsin.
5. İnformasiya şöbəsi (E.Məmmədov) əmrin əlavəsi ilə birlikdə çoxaldılıb aidiyyəti müəssisələrə göndərilməsini, Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
6. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

Ceyhun BAYRAMOV,
Azərbaycan Respublikasının təhsil naziri
14 iyun 2018-ci il


Tarix: 9-07-2018, 13:52

Xəbəri paylaş