BƏDİİ GİMNASTİKA ÜZRƏ YARIŞLAR START GÖTÜRÜB


Bakı Olimpiya İdman Kompleksində Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə ilk dəfə təşkil olunan Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində iyunun 22-də bədii gimnastika üzrə yarışlar start götürüb. Yarışda ölkənin müxtəlif idman məktəblərini təmsil edən 60 gimnast iştirak edir. Turnirdə Sumqayıt İOEUGİM, Gəncə UGİM, Şuşa UGİM, Zaqatala UGİM, paytaxtımızı təmsil edən BGM və RKİM-in yetirmələri öz bacarıqlarını nümayiş etdirirlər.
Gimnastlar yarış proqramı çərçivəsində alətsiz, lent, halqa, top və gürzlərlə çıxış edərək texniki hazırlıqlarını, çevikliklərini və bacarıqlarını sərgiləyirlər. Yarışın ilk günündə 2015, 2014, 2013, 2012 və 2011-ci il təvəllüdlü gimnastlar müxtəlif alətlər üzrə mübarizə aparıblar.
Günün yekunlarına əsasən qaliblər müəyyənləşib:
2014-cü il təvəllüdlü gimnastların C qrupunda top aləti üzrə Ayan Əliyeva (BGM) birinci yerə, Banu Axundova (RKİM) ikinci yerə, Nərmin Babayeva (BGM) isə üçüncü yerə layiq görülüblər.
2015-ci il təvəllüdlü gimnastların C qrupunda top aləti üzrə yarışı Həcər Həbibbəyli (RKİM) birinci, Zümrüd Məmmədova (BGM) ikinci yeri, Xanım Rızalı (BGM) isə üçüncü yerdə başa vurublar.
2014-cü il təvəllüdlü gimnastların A qrupunda çoxnövçülük üzrə Aylin Novruzova (Gəncə UGİM) birinci yerə sahib olub. Mədinə Hüseynova (BGM) ikinci, Lalə Novruzova (BGM) isə üçüncü yeri tutublar.
2015-cü il təvəllüdlü gimnastların A qrupunda çoxnövçülük üzrə Fidan Hüseynli (RKİM) birinci olub. Adelina Şiçitikova (BGM) yarışı ikinci, Kamilla Bağırova (Şuşa UGİM) isə üçüncü pillədə başa vurublar.
Tarix: Bu gün, 19:55
