İcmaəsaslı məktəbəqədər təhsil qruplarına 1909 uşaq cəlb olunub

2025-2026-cı tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 53 ümumi təhsil və 5 məktəbəqədər təhsil müəssisəsində “İcmaəsaslı məktəbəqədər təhsil” layihəsi həyata keçirilib.
BŞTİ-dən bildirilib ki, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilən layihənin tətbiq olunduğu təhsil müəssisələrində 116 icmaəsaslı məktəbəqədər təhsil qrupuna 1909 uşaq cəlb olunub.
Tarix: Bu gün, 19:24
Xəbəri paylaş
