Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

STEAM layihəsi paytaxt üzrə 211 minə yaxın şagirdi əhatə edib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 227 ümumi təhsil məktəbində STEAM layihəsi tətbiq edilib.
Layihə BŞTİ-nin tabeliyindəki məktəblərdə 7 812 sinif üzrə 211 minə yaxın şagirdi əhatə edib.
BŞTİ-dən  bildirilib ki, layihə çərçivəsində keçirilən STEAM Azərbaycan Festivalında təhsil idarəsinin tabeliyindəki məktəblər üzrə 185 şagird fərqlənib. Onlardan 30 nəfər I, 54 nəfər II, 47 nəfər III yerə layiq görülüb. Həmçinin 54 şagird xüsusi nominasiyalar üzrə medal və hədiyyələr qazanıb.
Elm və Təhsil Nazirliyi tərəfindən reallaşdırılan layihənin məqsədi inkişaf etmiş ölkələrdə müasir çağırışlar əsasında həyata keçirilən təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədrisindən ibarətdir.


Tarix: Bu gün, 19:25

Xəbəri paylaş