Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Teledərslərə start verilir

 


Martın 11-dən başlayaraq “Mədəniyyət” kanalında “Dərs vaxtı” adlı teledərslərə start verilir. Teledərslər həftənin 5 günü saat 10-dan 16-dək davam edəcək. Teledərslər bütün sinifləri əhatə edəcək, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunacaq.
İbtidai siniflərdə “Azərbaycan dili”, “Riyaziyyat”, “Həyat bilgisi”, “Təsviri incəsənət”, “Xarici dil”, V-XI siniflərdə isə “Azərbaycan dili”, “Riyaziyyat”, “Xarici dil”, “Tarix”, “Coğrafiya”, “Kimya”, “Fizika”, “Biologiya” fənləri üzrə qısa videodərslər təqdim ediləcək.
Təhsil Nazirliyi şagirdlərə dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.
“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər bu imkanı Təhsil Nazirliyinin elektron resursları ilə qazana bilərlər.
Qeyd edək ki, tətil zamanı dərs öyrənmək üçün e-dərslik və video dərslərlə zənginləşdirilmiş video.edu.az  elektron portallarından istifadə də mümkündür. Təhsil Nazirliyinin www.e-derslik.edu.az portalında 232 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla, ümumilikdə 256 elektron vəsait mövcuddur. Video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı hazırda 28-dir.
Təhsil Nazirliyinin video.edu.az portalına 1621 videodərs yerləşdirilib. Elektron portalda hər ay belə dərslərin sayı  artırılmaqdadır.  Portalda  3D animasiyalı videolar, “Khan Academy” dərsləri və qiymətləndirmə sistemli videodərslər mövcuddur. Dərslər yerli və xarici müəllimlərin iştirakı ilə milli kurikuluma uyğun hazırlanır.шаблоны для dle 11.2