Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Nazir: Ulu Öndərin irsinin öyrənilməsi, onun fikir və ideyalarının gənclər arasında təbliği olduqca vacibdir


“Ən yaxşı təqdimat” Azərbaycanın köklü, ənənəvi təhsil müsabiqələrindən birinə çevrilib. Ulu Öndərin ideyalarını, fikirlərini, o cümlədən dövlətçilik, milli, ideoloji məsələlər, iqtisadiyyat, təhsil haqqında, həmçinin Azərbaycanın müstəqil bir dövlət kimi formalaşması və inkişafı istiqamətində olan fikirlərini, dəyərlərini gənclər arasında, məktəblilər arasında təbliğ etməliyik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində deyib.
Nazir bildirib ki, hər bir təhsil sisteminin qarşısında həmişə iki böyük məqsəd durur: “Bilik və bacarıqların əldə olunması ayrı-ayrı fənlərin öyrənilməsi, ayrı-ayrı biliklərə yiyələnməkdir. Öz-özlüyündə təlim nəticələrinə nail olmaq müəyyən mənada mürəkkəb məsələ olsa da, nisbətən daha asandır. Bundan daha çətin olan hissəsi isə təbii ki, tərbiyə, dəyərlər və şagirdlərin milli vətənpərvərlik ruhunda böyüməsidir.
Məhz ikinciyə nail olmaq üçün Ulu Öndərin irsinin öyrənilməsi, onun fikir və ideyalarının gənclər arasında təbliği olduqca vacibdir. Bu xəzinədən bəhrələnmək hər bir Azərbaycan məktəblisinin qarşısında duran, öyrənməli olduğu vacib vəzifələrdən biridir”.


Tarix: Bu gün, 12:03

Xəbəri paylaş