Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycanın ali təhsil müəssisələri Avropa Universitetləri Sammitində stendlərini təqdim edirlər


İtaliyanın Milan şəhərində “Times Higher Education” reytinq agentliyinin təşkilatçılığı ilə keçirilən Avropa Universitetləri Sammitində Azərbaycan nümayəndə heyəti iştirak edir. Nümayəndə heyətinə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti daxildir.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, Sammit çərçivəsində Azərbaycan ali təhsil müəssisələri ölkə pavilyonunda xüsusi stendlərlə təmsil olunur. Stendlərdə universitetlərin təhsil proqramları, beynəlxalq əməkdaşlıq imkanları, elmi-tədqiqat fəaliyyəti və inkişaf istiqamətləri barədə sammit iştirakçılarına ətraflı məlumat təqdim edilir.
Beynəlxalq tədbirdə iştirak Azərbaycan ali təhsilinin qlobal akademik məkanda tanıdılması, universitetlərarası əməkdaşlığın genişləndirilməsi və ölkəmizin ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə mövqeyinin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır.


Tarix: Bu gün, 11:07

Xəbəri paylaş