İstanbul Universiteti və Gəncə Dövlət Universitetinin birgə bəyanatı
Qaradəniz ilə Xəzər dənizi arasında yerləşən Cənubi Qafqazın ən strateji bölgələrindən biri hesab olunan Qarabağ, Azərbaycana məxsus qədim bir Türk torpağıdır. 1905-1907-ci illərdə Cənubi Qafqazda Bakı, Gəncə, Şuşa, Quba ilə birlikdə Erməni hücumlarına məruz qalan Qarabağ, 31 mart 1918-ci il tarixində Zəngəzur, Göyçə, Zəngibasar, Gəncəbasar, Vedibasar, Şirvan, Quba və Bakı ilə birlikdə Erməni hücumlarına məruz qalmışdır. Bu hücumlarda onminlərlə Müsəlman Türkü Ermənilər tərəfindən qətlə yetirilmişdir. Azərbaycan Türklərinin şanlı dirənişi və Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun irəliləməsi ilə 15 sentyabr 1918-ci il tarixində Bakı işğaldan azad edilmişdir. Bu hərəkat Azərbaycan Türkləri tərəfindən böyük sevinc hissi ilə qarşılanmışdır. Belə ki, bu sevginin nişanəsi olaraq Nuru Paşa və onun qəhrəman əsgərləri üçün məşhur “Lalələr” musiqisi yaranmışdır.
Qarabağın Sovet İttifaqı tərəfindən 7 iyul 1923-cü il tarixində muxtar bölgə olaraq Azərbaycana birləşdirilmiş olması, bu seçilən torpaqların Azərbaycanın ayrılmaz bir parçası olduğunun digər bir göstəricisidir. Buna baxmayaraq Dağlıq Qarabağ problemi Sovet İttifaqının dağılma mərhələsində, 1988-ci ildən etibarən Ermənilərin bu bölgənin Ermənistana birləşdirilməsini istəməsi ilə birlikdə yenidən alovlanmışdır. Ermənilər 1991-ci ildə Xankəndini, 1992-ci ildə Xocalı və Şuşanı, daha sonra isə Laçın, Xocavənd, Kəlbəcər və Ağdərəni işğal etmişlər. 1993-cü ildə isə Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan Ermənistana sadiq qüvvələr tərəfindən işğal edilmişdir. Daha əvvəllər silahları əllərindən zorla alınmış, özlərini müdafiə edəcək gücləri olmayan insanlara qarşı qadın, uşaq və yaşlı demədən qanlı qətliamlar həyata keçirmişlər. Təəssüf ki, insanlığa qarşı törədilmiş bu cinayətlərin hesabı siyasi və hərbi cinayətkarlardan qanun qarşısında sorğulanmamışdır. Bu müddətdə ən kədərli hadisələr 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə, 613 günahsız Azərbaycan Türkünün uşaq, qadın və ya kişi, yaşlı və gənc olmasından asılı olmayaraq ermənilər tərəfindən qətlə yetirildiyi zaman baş vermişdir. Bu qırğın beynəlxalq hüquq və insanlıq qarşısında bir soyqırımdır. Bu hücumlar nəticəsində bir milyon Azərbaycan Türkü doğulub böyüdükləri Qarabağdakı yerlərindən köç etmək məcburiyyətində qalmışdır.
1991-ci ildən günümüzə qədər bütün çətinliklərə baxmayaraq Azərbaycan, günümüzdə zəngin mədəni irsi, inkişaf edən iqtisadiyyatı və güclü ordusu ilə Cənubi Qafqazın parlayan ulduzudur. Şərqdən Qərbə doğru inkişaf edən iqtisadiyyatı, hərbi gücü, təhsilə və sosial sahələrə qoyulan kapitalın miqyasına görə Avrasiya coğrafiyasının ən əsas ölkəsindən biridir.
Türkiyə ilə Azərbaycan arasında olan köklü əlaqələri dərk edə bilməyən Ermənistan, Dağlıq Qarabağda Azərbaycana qarşı bir müharibəyə başladı. 27 sentyabr – 10 noyabr 2020-ci il tarixləri arasında baş verən müharibənin sonunda Azərbaycan öz güclü ordusu sayəsində 28 ildir ki, Ermənilərin işğalı altında qalan tarixi torpaqlarını azad etmişdir. Əslində 10 noyabr 2020-ci il tarixində imzalanan atəşkəs razılaşması bu həqiqəti bir daha təsdiq etmişdir.
Türk coğrafiyasının qədim şəhəri olan Gəncə, 27 sentyabr – 10 noyabr 2020-ci il tarixləri arasında baş verən müharibə zamanı dəfələrlə və alçaqcasına Erməni ordusunun hücumlarına məruz qalmışdır. Qorxaqcasına həyata keçirilən raket hücumları zamanı çox sayda günahsız insanlar, qadın və uşaqlar şəhid olmuş, yüzlərlə Gəncə sakini yaralanmışdır. Hücumlar nəticəsində şəhid olan bütün Azərbaycan vətəndaşlarını hörmətlə yad edirik. Allah rəhmət etsin, Ruhları şad olsun!
Bu hücumlar qarşısında beynəlxalq təşkilatların, ATƏT-in Minsk Qrupunun və ümumi olaraq beynəlxalq aktyorların susqunluğu qara bir ləkə olaraq insanlıq tarixinə yazılmışdır. Müharibə dövründə Gəncə və digər Azərbaycan ərazilərindəki mülki hədəflərə edilən hücumlar insanlığa qarşı edilmiş cinayətdir və bunun 1990-cı illərdə həyata keçirilmiş müharibə cinayətlərinin davamı olduğu bilinməlidir. Bu cinayətləri həyata keçirənlərin müstəqil beynəlxalq məhkəmələrdə mühakimə olunmaları və qlobal sülhü təmin etmək üçün dəymiş ziyanın ödənilməsi zərurətidir.
Türkiyə bu müharibənin əvvəlindən etibarən hər zaman Azərbaycanın yanında olmuşdur. Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin birgə səsləndirdiyi “Bir millət, iki dövlət” şüarı əsasında Türkiyə və Azərbaycanın Xarici İşlər və Müdafiə Nazirliklərinin diplomatik strateji idarəçiliyi nəticəsində proses uğurla başa çatmışdır.
Hər iki ölkənin “Bir millət, iki dövlət” şüarını prinsip olaraq qəbul edən İstanbul Universiteti ilə Gəncə Dövlət Universiteti 20 mart 2017-ci il tarixində imzaladıqları əməkdaşlıq müqaviləsinə uyğun olaraq, dövlətlər arasındakı dərin tarixi əlaqələrin nəticəsi olaraq gələcək üçün elmi fəaliyyət və akademik əməkdaşlıq imkanlarını inkişaf etdirməyə çalışacaqlar. Mədəniyyət və təhsil sahəsində mövcud olan əməkdaşlıq sayəsində icra olunacaq fəaliyyətlərimizin həm iki dövlət arasındakı münasibətlərin yaxşılaşdırılmasına xidmət edəcəyinə, həm də elm işığında bölgədə sülhün bərqərar olması üçün güclü bir zəmin yaradacağına inanırıq.
Qaradəniz ilə Xəzər dənizi arasında yerləşən Cənubi Qafqazın ən strateji bölgələrindən biri hesab olunan Qarabağ, Azərbaycana məxsus qədim bir Türk torpağıdır. 1905-1907-ci illərdə Cənubi Qafqazda Bakı, Gəncə, Şuşa, Quba ilə birlikdə erməni hücumlarına məruz qalan Qarabağ, 31 mart 1918-ci il tarixində Zəngəzur, Göyçə, Zəngibasar, Gəncəbasar, Vedibasar, Şirvan, Quba və Bakı ilə birlikdə erməni hücumlarına məruz qalmışdır. Bu hücumlarda on minlərlə müsəlman türkü ermənilər tərəfindən qətlə yetirilmişdir. Azərbaycan Türklərinin şanlı dirənişi və Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun irəliləməsi ilə 15 sentyabr 1918-ci il tarixində Bakı işğaldan azad edilmişdir. Bu hərəkat Azərbaycan Türkləri tərəfindən böyük sevinc hissi ilə qarşılanmışdır. Belə ki, bu sevginin nişanəsi olaraq Nuru Paşa və onun qəhrəman əsgərləri üçün məşhur “Lalələr” musiqisi yaranmışdır.
Qarabağın Sovet İttifaqı tərəfindən 7 iyul 1923-cü il tarixində muxtar bölgə olaraq Azərbaycana birləşdirilmiş olması, bu seçilən torpaqların Azərbaycanın ayrılmaz bir parçası olduğunun digər bir göstəricisidir. Buna baxmayaraq Dağlıq Qarabağ problemi Sovet İttifaqının dağılma mərhələsində, 1988-ci ildən etibarən Ermənilərin bu bölgənin Ermənistana birləşdirilməsini istəməsi ilə birlikdə yenidən alovlanmışdır. Ermənilər 1991-ci ildə Xankəndini, 1992-ci ildə Xocalı və Şuşanı, daha sonra isə Laçın, Xocavənd, Kəlbəcər və Ağdərəni işğal etmişlər. 1993-cü ildə isə Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan Ermənistana sadiq qüvvələr tərəfindən işğal edilmişdir. Daha əvvəllər silahları əllərindən zorla alınmış, özlərini müdafiə edəcək gücləri olmayan insanlara qarşı qadın, uşaq və yaşlı demədən qanlı qətliamlar həyata keçirmişlər. Təəssüf ki, insanlığa qarşı törədilmiş bu cinayətlərin hesabı siyasi və hərbi cinayətkarlardan qanun qarşısında sorğulanmamışdır. Bu müddətdə ən kədərli hadisələr 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə, 613 günahsız Azərbaycan Türkünün uşaq, qadın və ya kişi, yaşlı və gənc olmasından asılı olmayaraq ermənilər tərəfindən qətlə yetirildiyi zaman baş vermişdir. Bu qırğın beynəlxalq hüquq və insanlıq qarşısında bir soyqırımdır. Bu hücumlar nəticəsində bir milyon Azərbaycan Türkü doğulub böyüdükləri Qarabağdakı yerlərindən köç etmək məcburiyyətində qalmışdır.
1991-ci ildən günümüzə qədər bütün çətinliklərə baxmayaraq Azərbaycan, günümüzdə zəngin mədəni irsi, inkişaf edən iqtisadiyyatı və güclü ordusu ilə Cənubi Qafqazın parlayan ulduzudur. Şərqdən Qərbə doğru inkişaf edən iqtisadiyyatı, hərbi gücü, təhsilə və sosial sahələrə qoyulan kapitalın miqyasına görə Avrasiya coğrafiyasının ən əsas ölkəsindən biridir.
Türkiyə ilə Azərbaycan arasında olan köklü əlaqələri dərk edə bilməyən Ermənistan, Dağlıq Qarabağda Azərbaycana qarşı bir müharibəyə başladı. 27 sentyabr – 10 noyabr 2020-ci il tarixləri arasında baş verən müharibənin sonunda Azərbaycan öz güclü ordusu sayəsində 28 ildir ki, Ermənilərin işğalı altında qalan tarixi torpaqlarını azad etmişdir. Əslində 10 noyabr 2020-ci il tarixində imzalanan atəşkəs razılaşması bu həqiqəti bir daha təsdiq etmişdir.
Türk coğrafiyasının qədim şəhəri olan Gəncə, 27 sentyabr – 10 noyabr 2020-ci il tarixləri arasında baş verən müharibə zamanı dəfələrlə və alçaqcasına Erməni ordusunun hücumlarına məruz qalmışdır. Qorxaqcasına həyata keçirilən raket hücumları zamanı çox sayda günahsız insanlar, qadın və uşaqlar şəhid olmuş, yüzlərlə Gəncə sakini yaralanmışdır. Hücumlar nəticəsində şəhid olan bütün Azərbaycan vətəndaşlarını hörmətlə yad edirik. Allah rəhmət etsin, Ruhları şad olsun!
Bu hücumlar qarşısında beynəlxalq təşkilatların, ATƏT-in Minsk Qrupunun və ümumi olaraq beynəlxalq aktyorların susqunluğu qara bir ləkə olaraq insanlıq tarixinə yazılmışdır. Müharibə dövründə Gəncə və digər Azərbaycan ərazilərindəki mülki hədəflərə edilən hücumlar insanlığa qarşı edilmiş cinayətdir və bunun 1990-cı illərdə həyata keçirilmiş müharibə cinayətlərinin davamı olduğu bilinməlidir. Bu cinayətləri həyata keçirənlərin müstəqil beynəlxalq məhkəmələrdə mühakimə olunmaları və qlobal sülhü təmin etmək üçün dəymiş ziyanın ödənilməsi zərurətidir.
Türkiyə bu müharibənin əvvəlindən etibarən hər zaman Azərbaycanın yanında olmuşdur. Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birgə səsləndirdiyi “Bir millət, iki dövlət” şüarı əsasında Türkiyə və Azərbaycanın Xarici İşlər və Müdafiə Nazirliklərinin diplomatik strateji idarəçiliyi nəticəsində proses uğurla başa çatmışdır.
Hər iki ölkənin “Bir millət, iki dövlət” şüarını prinsip olaraq qəbul edən İstanbul Universiteti ilə Gəncə Dövlət Universiteti 20 mart 2017-ci il tarixində imzaladıqları əməkdaşlıq müqaviləsinə uyğun olaraq, dövlətlər arasındakı dərin tarixi əlaqələrin nəticəsi olaraq gələcək üçün elmi fəaliyyət və akademik əməkdaşlıq imkanlarını inkişaf etdirməyə çalışacaqlar. Mədəniyyət və təhsil sahəsində mövcud olan əməkdaşlıq sayəsində icra olunacaq fəaliyyətlərimizin həm iki dövlət arasındakı münasibətlərin yaxşılaşdırılmasına xidmət edəcəyinə, həm də elm işığında bölgədə sülhün bərqərar olması üçün güclü bir zəmin yaradacağına inanırıq.
Tarix: 27-12-2020, 00:20