Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU-da 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib



İyunun 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) universitetin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Məktəbinin təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Nüfuzlu Liderin böyük xilaskarlıq missiyası” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə açlış nitqi ilə çıxış edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov bildirib ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası və gələcək inkişafının əsasının qoyulduğu mühüm tarixi mərhələdir. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasi fəaliyyəti nəticəsində ölkədə sabitlik bərqərar olunub, dövlət idarəçiliyi möhkəmləndirilib və Azərbaycanın davamlı inkişafının strateji istiqamətləri müəyyənləşdirilib. Rektor vurğulayıb ki, Milli Qurtuluş ideyaları bu gün də ölkənin tərəqqisinin və milli həmrəyliyin əsas dayaqlarından biri olaraq qalır.
Daha sonra ADNSU-nun Tədris məsələləri üzrə prorektoru, YAP “Azadlıq Prospekti – 20” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, dosent Rza Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri, Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, dosent Sənan Həsənov və ADNSU-nun Humanitar fənlər kafedrasının dosenti Yaşar Əhmədov çıxış edərək Milli Qurtuluş Gününün Azərbaycanın müasir tarixində müstəsna yer tutduğunu bildiriblər. Çıxışlarda qeyd olunub ki, 1993-cü ildə ölkədə yaranmış mürəkkəb ictimai-siyasi vəziyyətdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev dövlət müstəqilliyini qoruyaraq ölkəni parçalanma və vətəndaş qarşıdurması təhlükəsindən xilas edib. Çıxışlarda o da vurğulanıb ki, həmin dövrdə atılan qətiyyətli addım Azərbaycanın siyasi sabitliyinin, iqtisadi inkişafının və beynəlxalq nüfuzunun möhkəmlənməsinə zəmin yaradıb.

Daha sonra ADNSU nəzdində Heydər Əliyev Məktəbinin direktoru Sənan Hüseynov çıxış edərək Milli Qurtuluş Gününün təkcə tariximizin mühüm dönüş nöqtəsi deyil, həm də milli birliyin təmin olunmasının və ölkənin inkişaf strategiyasında gənclərin rolunun və formalaşmasının əsasının qoyulduğunu bildirib.

Daha sonra iştirakçılara 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbir çərçivəsində ADNSU-nun Kitabxana İnformasiya Mərkəzinin təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Nüfuzlu liderin böyük xilaskarlıq missiyası” adlı kitab sərgisi də təşkil olunub. Sərgidə Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıtdıqdan sonra dərin ictimai-siyasi böhranın və vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırılması, müstəqilliyimizin qorunub saxlanılması, dövlət quruculuğunun təməlinin qoyulması, eləcə də Azərbaycan dövlətinin qurulması və inkişafındakı müstəsna rolu barədə, həmçinin onun fəaliyyəti dövründə həyata keçirilən ictimai-siyasi, sosial, iqtisadi, elmi və mədəni yeniliklərdən bəhs edən 40-dan çox nəşr nümayiş olunub.Sərgidə həmçinin ADNSU-nun professor-müəllim heyətinin müəllifi olduğu kitablar da yer alıb.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  




Tarix: Bu gün, 10:23

Xəbəri paylaş