ZAMANIN TƏLƏBİ KEYFİYYƏTLİ TƏHSİL
Zülfiyyə Əlisaab qızı Vəliyeva
Respublikanın Əməkdar Müəllimi
ADPU ETM-nin Elmi işçisi
Cəmiyyətin çox mühüm tərkib elementi olan təhsil millətin gələcəyi, müstəqil dövlətin təməlidir. XXI əsrin əvvəllərində şəxsiyyətyönünlü, nəticəyönümlü tədris-təlim prosesinin qurulması və keyfiyyətin təhsilin əsas göstəricisidir. Təhsildə yeni humanist-pedaqoji və sosial texnologiyalar formalaşmağa başladı. İnteraktiv təlim metodlarından səmərəli istifadə bacarıqlarının formalaşdırılması ön plana çəkildi. Bu baxımdan konseptual kompetensiyaların formalaşdırılmasında, inteqrativ xarakterli tənqidi təfəkkürün inkişafında mühüm rol fəal təlim metodlarından istıfadə öz aktuallığı ilə seçilir. Təhsil müəssisələri şəxsiyyətin inkişafı, meyl, maraq və qabiliyyətinin formalaşması, gənclərin mənəvi və əxlaqi cəhətdən layiqli bir vətəndaş kimi yetişməsi üçün prosesi səmərəli idarə edə bilsin[3].
Təhsildə keyfiyyət dedikdə onun qarşısında qoyulan məqsədə hansı səviyyədə nail olunması başa düşülməlidir. Başqa sözlə təlim- tərbiyə prosesində keyfıyyət, təhsil alanlara verilən bilik, bacarıq və vərdişlərin müvafiq dövlət standartlarına və cəmiyyətin tələbatına hansı səviyyədə uyğunluğunu müəyyənləşdirən və inkişafa xidmət edən başlıca vasitədir. Təlim-tərbiyə prosesində və təhsildə keyfiyyətə nail olmaq üçün birinci növbədə hər bir mərhələdə görüləcək işlər planlaşdırılmalı, idarə olunmalı, onun monitorinqi və qiymətləndirilməsi aparılmalıdır.
Qabaqcıl təhsil təcrübəsi olan ölkələrd Ali təhsildə keyfiyyətin idarə olunması problemi aktuallıq kəsb edir.Təhsilin keyfiyyətini təmin edən əsas faktorlar:
- təhsilin məzmunu.;
- təhsilə ayrılan vəsait ;
-müəllimlərin perşəkarlıq səviyyəsii;
- abituriyentlərin səviyyəsi;
Təhsilin keyfiyyətinin bariz nümunəsi: - Öyrənənlərə verilən bilik, bacarıq və vərdişlərin müvafiq dövlət standartlarına və cəmiyyətin tələbatına hansı səviyyədə uyğunluğu və inkişafa xidmət edən başılıca meyarlardır. Təhsilin keyfiyyəti-müasir sivilizasiyada təhsilin məqsəd və vəzifələrinə uyğun, insanın innovasiya cəmiyyətini inkişafında fəal və konstruktiv iştirakı, şəxsiyyətin yaradıcı formalaşması məsələlərini onun təhsil və energetik resusrlarının həyat fəaliyyətində uğurlu təmin olunmasında son nəticədə keyfiyyətin yüksəldilməsinə xidmət edir. Keyfiyyətinin müəyyən edilməsi aşağıdakı üç komponentlə bağlıdır.
* Əldə olunan nəticələr;
* Mövcud şərait;;
* prosesin keyfiyyəti.
Keyfiyyətin müəyyən edilmə üsulu keyfiyyət fəaliyyətin xarakteristikasıdır.Pedaqoji yönümlü ali təhsil sisteminin keyfiyyət şərtləri müasir təhsil sisteminin məqsəd və vəzifələrinə uyğun müəyyən edilir:
-kadr resursu, professor-müəllim heyəti, maddi-texniki baza, kompyuterləşmə, tədris-metodik təminat, sanitar- gigienik şərtlər, elmi-tədqiqat və elmi-metodik, innovativ fəaliyyət, təhsil müəssisələrində təhsilin keyfiyyətinin qiymətlədirilməsi və monitorinq.
XXI əsrə müvafiq yeni təfəkkürə malik nəslin formalaşdırılması mühümdür. Təhsildə keyfiyyətin müntəzəm ölçülməsi üçün beş mərhələ nəzərdə tutulur:a)ümumtəhsil; b) orta-peşə təhsili; c)ali peşə təhsili; d) hazırlıq, yenidənhazırlıq və təkmilləşmə; e) ali təhsildən sonrakı təhsil. Təhsilin keyfiyyətinin müəyyənləşdirlməsində əsas göstərici təlim nəticələridir və bu nəticələrin obyektiv qiymətləndirilməsi keyfiyyəti üzə çıxaran etibarlı mənbə hesab olunur.
Ali təhsilin keyfiyyəti təhsil sisteminin əsas xarakteristikası olub, real əldə olunmuş təlim nəticələrinin normativ sənədlərin tələblərinə və gözlənilən nəticələrə hansı səviyyədə uyğunluğunu müəyyənləşdirir. Keyfiyyətin idarəolunması təhsillə bağlı məzunların təlim nəticələrini və sosiallaşmasını, onların cəmiyyətdə təlim prosesinə qoyulan tələblərə cavab vermə səviyyəsinə oriyentasiyasını və fəaliyyət vərdişlərinə yiyələnməsini nəzərə alan və keyfiyyətlə bağlı kompleks məsələlərin həlli səviyyəsini müəyyən edən əsas parametr hesab edilir.
Ali təhsil keyfiyyətinin qiymətləndirilməsi təhsilalanların təlim nailiyyətlərinin, təhsil proqramlarının (kurikulumların), təhsil müəssisələrində tədris-təlim prosesinin dövlət təhsil standartlarının və digər normativ aktların tələblərinə uyğun həyata keçirilməsi nəticəsində qazanılmış nailiyyətlərin səviyyəsini müəyyən etməyə imkan verən proses kimi dəyərləndirilir. Respublika səviyyəsində təhsildə keyfiyyətin qiymətləndirilməsi dövlət və ictimai qurumların nümayəndələrinin iştirakı ilə diaqnostik və summativ qiymətləndirmə prosedurlarının tələblərinə müvafiq həyata keçirilir.
Pedaqoji yönümlü ali təhsil sisteminin keyfiyyət təminatında, səmərəli idarə olumasında, maliyyələşməsində və digər sahələrdə islahatın taleyi, birinci növbədə, təhsil müəssisələrinin auditoriyalarında nələrin baş verdiyindən, tədris prosesinin əsas iştirakçıları, yəni müəllim və tələbələr arasında pedaqoji qarşılıqlı təsirlərin xarakterindən çox asılıdır. Təhsilin keyfiyyəti ilə bağlı məsələlərin təhlili göstərir ki, ilk növbədə onun mahiyyət xarakteristikaları nəzərə alınmadan təhsilin yaşaması, mövcudiyyəti mümkün deyildir. Bu xarakter əlamətlər çoxluğu təhsilin unikallığının əsas göstəriciləridir. Belə sistemyaradan əlamətlərin çoxluğu, şübhəsiz, təhsilalanlar və təhsilverənlər arasındakı xüsusi növ münasibətlərin əsasında pedaqoji qarşılıqlı təsirlərin xarakterik xüsusiyyətləri durur. Bu gün belə münasibətlər müntəzəm olaraq müəllim və tələbənin tədris-təlim prosesində roluna, onların kompetensiyalarına xüsusi tələblər qoyaraq dəyişir. Bunların nəzərə alınmaması keyfiyyətin idarə olunması fəaliyyətinin imitasiyasına (təqlid edilməsinə) gətirib çıxara bilər və modernləşməni heçə endirər.
Müasir dövrdə məlumdur ki, müvəffəqiyyətin təminatı tələbələr tərəfindən elmi anlayışların, məlumatların mənimsənilmə sayından deyil, peşəkar va açar kompetensiyaları sistemləşdirmək, mövcud informasiyalar əsasında yeni informasiyaların əldə olunma qabiliyyəti ilə müəyyən edilir. Ona görə də müəllimin yeni vəzifəsi, təhsilalanların sərbəst idrak (dərk etmə) fəaliyyətinin, məhsuldar dialoq əsasında həqiqətin birlikdə axtarışı kimi fərdi tədris prosesinin qurulmasından ibarət olmalıdır. Bu təhsilvermə prosesinin dialoqlu qurulmasına uyğun olub dissensus (sensualizm-idrakın yeganə mənbəyi duyğular olduğunu iddia edən fəlsəfi cərəyan) proses adlanır. Müəllimlərə və tələbələrə tədris prosesində tərəf müqabili və ya tərəfdaş kimi baxılır. Bu işin əsasında, qabaqcadan təhsilalanlara cavabı məlum olmayan məsələlərin həllində birğə fəaliyyətin strateji layihələndirmə və komanda formasında işin təşkili dayanır. Belə sistemdə müəllimin ənənəvi rolunun forması dəyişir. Onun fəaliyyətinə kommunikasiyanın təşkili, sahə və texnoloji ekspert, layihə işlərinin rəhbəri kimi funksiyalarəlavəolunur.Göstərilən tələblərə uyğun pedaqoji prosesin təşkilində olan çətinliklər təkcə didaktik yeniliklərlə bağlı olmayıb, ali təhsil sistemində tələbə kontingentinin kütləviliyi şəraitində müəllim-tələbə xarakterik xüsusiyyətlərindən, eyni zamanda onların müxtəlif səviyyəli hazırlıqlara malik olmasından da çox asılıdır. Ona görə də səmərəli müəllim-tələbə münasibətlərinin qurulmasında və pedaqoji qarşılıqlı təsirlərin xarakterik xüsusiyyətləri nəzərə alınmasında tələbələr sistemini deferensiallaşdırmaq, bu münasibətlərdə fərdi təhsil trayektoriyasında qurulmasının təmini, mənimsəmədən geri qalan öyrənənlərə pedaqoji köməyin göstərilməsi, istedadlı təhsilalanların fərdi tədqiqatçılıq fəaliyyətinin dəstəklənməsi, onlar üçün müvafiq şəraitin yaradılması təmin olumalıdır. Bu halda müəllim təkcə öz fənnini öyrətməklə kifayətlənməməli, o, tədris-təlim prosesinin təşkilinə dair kompetensiyaların və onun keyfiyyətinin qiymətləndirilməsinə dair bacarıqların formalaşmasınıtəminetməlidir.
Hazırda gənclər arasında yalnız diplom almaq həvəsi və məqsədi ilə fəaliyyət göstərənlər çoxluq təşkil edir. Onlar tərəfindən nə təhsil, nə gələcək peşə (xüsusi halda müəllimlik peşəsi) dəyər kimi dərk edilmir, qiymətləndirilmir, yalnız öz fəaliyyətinə müvəffəqiyyətli sosial inteqrasiya təminatı kimi baxırlar. Nəticədə dərketmə və peşəkar motivasiyanın ciddi zəifləməsi baş verir. Ona görə də müəllimlər təhsilalanlarda şəxsi-peşəkar inkişafı təmin edərək, dəyərlər sisteminin korreksiyasının təmin olunması istiqamətində öz fəaliyyətini yeniləşdirirlər.
Müasir gənclərin bəzilərində dərketmə qabiliyyətinin və dəyərlər sisteminin istiqamətini, səmtini müəyyən edən dünyagörüşündə baş verən dəyişiklikləri də yaddan çıxarmaq olmaz. İnformasiya texnologiyalarının sürətli inkişafı insanın daha rahat (komfort) yaşamasına imkan verən virtual dünyanın yaranmasına səbəb olmuşdur. Belə tendensiya çərçivəsində gənc insanların təfəkkürü inikasa (əks etdirməyə) deyil, həqiqətin təcrübə yolu ilə modelləşdirilməsinə istiqamətlənir. Müəllimlər üçün ən ağır “çağırışlardan” biri də nəsillər arasında getdikcə dərinləşən əlaqələrin qırılması və rabitəsizliyidir. Sosial dəyişikliklərin sürətli inkişafı ilə gənclərin müəyyən hissəsi, yaşlı nəsillərin həyat stratergiyası ilə bağlı modelləri, onların gənc nəsillərə qoyub getdikləri müsbət nəticələri qəbul edə bilmir. Bunların əsas səbəbi yaşlı nəslin təcrübəsinə bəzi gənclərin tənqidi və skeptik yanaşmasıdır. Əgər əvvəllərdə müəllimin ali məktəblərdə statusunu onun nüfuzu, gizli saxlanılan biliyi, həqiqətin axırıncı instansiyaya daşınma səviyyəsi təmin edirdisə, hazırda təhsilalanların, gənclərin maraqlarını və etibarını qazanmaları müəyyən edir.
Tədris materialının mənimsənilməsi birbaşa müəllimin nəzəri bilikləri və peşəkarlıq səviyyəsinin inkişafının perspektivləri arasında olan əlaqələrdən asılıdır. Müasir təhsil alanların sağlam praqmatizmi (gerçəkliyin obyektivliyini inkar edən və yalnız praktik fayda verən şeyi həqiqət kimi qəbul edən cərəyan) təhsil proqramlarının məzmunu onlar tərəfindən qəbul olunmasına inamı azaldır. Bu baxımdan tələbə və müəllimlər arasındakı yeni münasibətlərin təşəkkül tapması üçün pedaqoji qarşılıqlı təsirlərin yeni tip əlaqələrin yaradılmasına olan tələblər ali təhsilin müasir çağırışları kimi dəyərləndirilməlidir.
Eyni zamanda bizim və xarici ölkələrin təhsil sistemində toplanmış pozitiv təcrübənin qəbul olunması və yayılması təqdirə layiqdir. Birinci növbədə belə təcrübəni aşağıdakı kimi dəyərləndirmək olar:
• ali məktəb müəlliminin səriştəlilik (kompetentlik) modelinin və moderinləşdirmənin onun kvalifikasiyasına və müasirləşdirilmə tələblərinə müvafiq yeniləşdirilməsi;
• tədris prosesinin məzmunun, forma və şərtlərinin müasir tələblər səviyyəsində dəyişdirilməsi;
• tələbələrin tədris prosesinin təşkilinə və keyfiyyətin idarə olumasına geniş cəlb edilməsi.
Ali məktəb müəllimlərinin pedaqoji fəaliyyətinin ənənəvi funksiyasının məzmunu müasir yanaşmalarla zənginləşməli və səriştəlilik səviyyəsi yüksəlməlidir. Bu prosesin didaktik funksiyası, məhsuldar tədris-təlim mühitinin yaradılmasını, təşkilati funksiyası isə müəllimin mövqeyini moderator kimi müəyyən edib, təlim prosesini stimullaşdıraraq kommunikasiyanın inkişafının təmin olunmasını tələb edir. Təlimin elmi-metodiki funksiyası təhsilalanların şəxsi biliklərini daima artıraraq, səriştəlilik səviyyəsinin yüksəldilməsi ilə bağlı bacarıqların formalaşdırılmasını, qiymətləndirmə funksiyası isə təhsilalanların təlim nəticələrinin obyektiv və əsaslandırılmış formada ekspertizasının təmin olunmasını əsas vəzifə kimi qarşıya qoyur.
Səriştəli – səmtləşdirilmiş təhsil modeli tədris-təlim prosesində inteqrativ tendensiyaları gücləndirir. Yeni təhsil standartlarının reallaşdırılması müəllimlərin yaradıcı qarşılıqlı təsirlərinin nəinki kafedralarda, eyni zamanda kafedralararası səviyyədə inkişafını önə çəkir. Səriştəliliyin formalaşdırılması razılaşdırılmış hərəkətlər nəticəsində, ali məktəb müəllimlərinin ümumi məqsəd ətrafında əməkdaşlığı formasında həyata keçirilməlidir. Səriştəli kadrların (xüsusi halda gənc müəllimlərin) hazırlanması kollektiv bir məqsəd ətrafında birləşdikdə və kollektivin bütün üzvlərinin tədris prosesinin ümumi məqsəd ətrafında əməkdaşlığı formasında həyata keçirilməlidir. Səriştəli kadrların (xüsusi halda gənc müəllimlərin) hazırlanması kollektivi bir məqsəd ətrafında birləşdikdə və kollektivin bütün üzvlərinin tədris prosesinin ümumi dəyərini nəzərə alaraq fəaliyyət göstərdikdə təmin oluna bilər. Araşdırmalar göstərir ki, komanda prinsipi əsasında fəaliyyətin bütün mərhələlərində, yəni tədris kurslarının inteqrativ xarakterli planlaşdırılmasından son attestasiyayadək işin reallaşdırılması müvəffəqiyyətin əsasını təşkil edir. Bu isə ümumi bir metodologiya əsasında fənlərin və modulların məzmununun və müəllimin manevrasının birgə refleksiyaya uyğunlaşdırılmasını qarşıyaqoyur.Pozitiv pedaqoji praktikanın genişləndirilməsi və möhkəmləndirilməsi tədris-təlim prosesinin metodiki təminatını yeni yanaşmalarla koordinasiya etməyə geniş şərait yaradır. Belə fəaliyyət prosesin mərhələlərinin müvafiq səviyyədə detallaşdırlmasını, yəni hər bir mühazirəni, seminarı, praktik məşğələni müasir tələblər əsasında qurmağı yüksək dəyərləndirir. Öyrədən öyrənən arasındakı qarşılıqlı münasibətlərdə nələrin baş verdiyini və verəcəyini, tədris prosesinin məzmunun, istifadə olunan metodika və texnologiyaların qarşılıqlı təsirlərin variasiyalarının qiymətləndirmə prosedurlarının və çətinliklərin modelləşdirilməsi nəticəsində həyata keçirilməlidir. Ancaq bunların hesabına tədris-təlim prosesinin nəzərdə tutulmuş ritmi saxlanılar və inkişaf etdirilə bilər..
Metodiki materialların keyfiyyəti, bütövlükdə təlim prosesinin əsas keyfiyyət göstəricilərindən biri hesab edilir. Standartlar və nümunəvi proqramlar, tədris prosesinin birinci səviyyəsinin layihələndirilməsinə uyğun gələn çərçivə sənədlərdir. Bu sənədlər nəticəyə müəyyən tələblər qoysa da, səmərəli təlimin qurulmasına kifayət etmir. Bu gün təlim prosesinin səmərəli və əsaslandırılmış formada sənədləşdirilməsinin bir səbəbi də müasir təhsil paradiqmalarının və təlim texnologiyalarının tələblərinə cavab verən dərslik və dərs vəsaitlərinin olmamasıdır. Yeni nəsil təhsil standartları ənənəvi mühazirələrin həcmini və təşkilini məhdudlaşdırır və dərslərin inteqrativ formada təşkilinə üstünlük verir. Müasir şəraitdə peşəkar mütəxəssislərin hazırlığı bütövlükdə cəmiyyətin və əmək bazarının, xüsusi halda isə təkcə ona verilmiş informasiyalar əsasında deklarativ xarakterli biliklərin formalaşdırılmasını deyil, həm də sosial və peşəkar əhatə ilə qarşılıqlı təsirlərə dair bacarıq, vərdiş və səriştəlilik formalaşdırılmalıdır. Pedaqoji ali təhsil müəssisələrində tədris-təlim prosesinin təşkili, başqa təhsil müəssisələrindən fərqli olaraq konservativ xarakter daşımalıdır.Yeniliklərin tədris prosesinə gətirilməsi təmin edilməli, müəllimlərin peşəkarlığı daima yüksəldilməli, pedaqoji səriştəliliyə dair ehtiyacların vaxtında ödənilməsi üçün şərait yaradılmalıdır.
"Təhsil"
21 noyabr 2024-cü il
Tarix: 21-11-2024, 14:38