Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Nazir müavini: Son 20 ildə Azərbaycanda təhsil infrastrukturunun 90 faizi yenilənib

Son 20 il ərzində Azərbaycan təhsilində ciddi məsələlər öz həllini tapıb. Bu müddət ərzində 3600-dən çox məktəb tikilib, əsaslı təmir olunub. Təhsil infrastrukturunun 90 faizi yenilənib, 1.3 milyondan çox şagirdimizin təhsil şəraiti yaxşılaşdırılıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə “TəhsilPlus kartı: təhsil işçiləri üçün yeni imkanlar” mövzusunda keçirilən tədbirdə deyib.
Nazir müavini bildirib ki, bu işlər Azərbaycan təhsil işçiləri, gənclər, tələbələr üçün böyük töhfədir: “80 mindən çox müəllim sertifikatlaşdırılma prosesindən keçirilib. Qəbul nəticələrində də müsbət dinamika müşahidə olunur. Peşə və ali təhsil sahəsində müasir infrastruktur yaradılıb və bu istiqamətdə yenilənmə prosesi davam edir. Bütün bu işlərin əsas hərəkətverici qüvvəsi Azərbaycan müəllimidir”.




Tarix: Bu gün, 14:02

Xəbəri paylaş