Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Pedaqoji prosesin nəzəri və praktik problemləri

              

Şahrza Ağayev,
 Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti,
pedaqogika üzrə fəlsəfə doktoru, qabaqcıl təhsil işçisi.
E-mail: [email protected]  
 
”Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır. Təhsil də daim təkmilləşdirilməlidir”. Tarixi şəxsiyyət Heydər Əliyevin uzaqgörənliklə qeyd etdiyi  konseptualıq kəsb edən bu ifadə tədqiq olunan mövzunun elmi mahiyyətinin yeniliyini zəruri edir.
 
Ümummilli  Lider Heydər Əliyev 1969-1882-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə və 1993-2003-cü illərdə ölkə Prezidenti olarkən də bu tarixi missiyanı uğurla yerinə yetirdi.  “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”  deyən Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş  möhtəşəm və uğurlu siyasət indi də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Biz tədqiqatçılar göstərilən qayğıdan ruhlanaraq tələblərə uyğun olaraq təhsilin inkişafına yönələn tövsiyyələri inamla yerinə yetirməyə çalışırıq. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” XXI əsrin tələblərinə uyğun təhsil sisteminin məqsədlərinə çatmağı əhatə edir. Milli Prioritetlər, gənc nəsli gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlamaqdır. Məktəb yaşından rəqəmsal səriştələrin aşılanmasına diqqət yetirilməsini, indikindən əsaslı şəkildə fərqlənən yeni bacarıqların, ixtisasların və peşələrin verilməsini vəzifə kimi müəyyən edir.Bu işdə  pedaqoji  sahədə çalışan müəllim adını şərəflə daşıyanların mənəvi borcu böyükdür.Pedaqoji proses  cəmiyyətin ehtiyaclarına uyğun olaraq məzmun, prinsip və metodları, təşkili formaları təkmilləşdirilməsini zəruri edir.(1.s.8) Pedaqoji proses , şəxsiyyətin təlimi, təhsili, tərbiyəsi və inkişafı ilə bağlı aparılan bütün məqsədyönlü, planlı və mütəşəkkil əməliyyatlar olub nəzəri və praktik problemlərlə səciyyələnir.Bura daxildir:pedaqoji prosesin ayrı-ayrı sahələrinin vəhdəti və inkişafı;obyekt və subyektin qarşılıqlı əlaqəsi;ümumi məqsədin, qanunauyğunluq və prinsiplərin, forma və metodların mövcudluğu.Təcrübədən aydın olur ki,qeyd olunan tələblər nəzəri və praktik olaraq bir-birini tamamladıqda uğurlu nəticələr əldə olunur.Təhsilin inkişafında pedaqoji prosesin nəzəri və praktik problemlərin həlli qarşıda duran mühüm vəzifə kimi öyrədənləri daim düşündürür. Açıq etiraf etməliyik ki,pedaqoji prosesin müxtəlif sahələri üzrə verilən bilik bütövlikdə bacarığa çevrilmir.Bacarığa çevrilməyən bilik faydasız sayılır. Öyrədənlər nəzəri olaraq pedaqoji prosesin müxtəlif sahələrini - tərbiyə, təhsil, təlim və şəxsiyyətin inkişafı bir-biri ilə sıx vəhdət təşkil etdiyini yaxşı bilirlər. Eyni zamanda təlim və təhsil prosesinin  şəxsiyyətin tərbiyəsinə, ümumi və psixi inkişafına güclü təsir göstərdiyini diqqətdə saxlayırlar. Tərbiyə və inkişaf prosesinin, öz növbəsində, təlim və təhsil əməliyyatına – öyrənənin zehni işdə daha səylə çalışmasına, fəallığına, borc və məsuliyyət hissinin güclənməsinə kömək etdiyinə inam bəsləyən öyrədən dərsdə praktik olaraq əmin olmaq üçün nəticəni bu baxımdan dəyərləndirməlidir. 
Pedaqoji prosesin mahiyyətinə aydınlıq gətirən professorlar Ə.Paşayev və F.Rüstəmov birgə yazdıqları “Pedaqogika”dəsliyində qeyd edirlər ki:”Pedaqoji proses əmək prosesidir.O hər hansı bir əmək prosesi kimi ictimai əhəmiyyəti olan məqsədlərə çatmaq üçün həyata keçirilir.Pedaqoji prosesin spesifikliyi ondadır ki, burada tərbiyəçilərlə tərbiyə olunanların əməyi bir-birinə qovuşur, özünəməxsus qarşılıqlı pedaqoji təsir  münasibətləri yaranır.”(2.s.96) Tərbiyəçilərlə tərbiyə olunanların əməyi pedaqoji prosesdə bir-birinə əsasən qovuşmaması özünəməxsus qarşılıqlı pedaqoji təsir   münasibətləri yaranmaması nəzəri və praktik problemdə axtarmaq lazımdır.
“Pedaqogika” dərsliyinin birgə müəllifləri olan prof.L.Qasımıva və dos.R.Mahmudova tədqiq olunan məsələ ilə bağlı müasir yanaşma ifadə etməklə orjinaldır:”Pedaqoji prosesin səmərəliliyini təmin edəcək texnologiyanın müəyyən edilməsi zərurəti meydana gəlir.Pedaqoji texnologiya əvvəlcədən müəyyənləşdirilmiş pedaqoji prosesi planauyğun və ardıcıl olaraq təcrübədə həyata keçirməkdir.” ( 3. s.111) 
Pedaqoji prosesin nəzəri və praktik problemlərinə daxil olan deyilənlərin qanunauyğunluğuna nail olmaq üçün  ölkədə uğurla həyatə keçirilən kurikulum islahatı geniş imkanlar yaratmışdır.Təhsil işçilərinə  məlumdur ki,kurikulumlarda  ilkin  olaraq təlimin  məzmunu  öz əksini 
tapmışdır. Ənənəvi proqramlardan  fərqli  olaraq,  burada  şagirdlərin  yiyələnəcəkləri bilik və  fəaliyyət konkret  ifadə  olunur.   
Azərbaycanda  təhsil  standartlarının  formalaşması  ilə  bağlı  təşəbbüslər  ötən  əsrin 90-cı illərinə təsadüf edir. 
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq, 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının  Konstitusiyasında minimum təhsil standartları müəyyənləşdirilməsi qərara alındı. 
Konsitusiyasının tələbinin  həyata keçirilməsi  istiqamətində görülən tədbirlərdən biri kimi, Azərbaycan hökuməti  tərəfindən  1999cu  ildə  “Azərbaycan 
Respublikasında  ümumi  orta  təhsilin  dövlət  standartları”  təsdiq  edildi.  
İslahatın  gedişi prosesində təhsil standartlarının  hazırlanması sahəsində  inkişaf 
etmiş ölkələrin təcrübəsi öyrənildi. Azərbaycan pedaqoji fikrində belə qəbul olunmuşdur: "Kurikulum təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan yaradan konseptual sənəddir" (Ümumi təhsil sistemində dərslik siyasəti.(4) Azərbaycan Respublikasının Təhsil Qanununda bu anlyış bir daha konkretləşdirilmişdir: “Təhsil prоqramı (kurikulum) – təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqоji prоsesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və mоnitоrinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədi”(5) 
2005ci ildən etibarən kurikulum islahatı çərçivəsində yeni təhsil standartlarının 
hazırlanılmasına başlanıldı. Hazırda təlimin məzmununu ifadə edən bu standartlar kurikulumlarda verilərək, 
 onların əsasını təşkil etməklə, mühüm əhəmiyyət daşıyır. Məzmun  standartları  
mahiyyət  etibarilə  nəticə  şəklində  olub,  özündə  konkret mənimsəniləcək  biliyi  və  fəaliyyəti əks  etdirir.  Bilik  komponentində nəyin öyrədiləcəyi, fəaliyyət 
komponentində isə necə nümayiş etdiriləcəyi göstərilir. Bu iki prosesin ahəngdarlığına nail olmaq pedaqoji prosesin nəzəri və praktik problemlərin həlli deməkdir.
 Fənn  kurikulumlarında  fənnin  məzmunu  standartlar  şəklində  ifadə  olunur. 
Məzmun  standartları  şagirdlərdən  gözlənilən  ümumi  təlim  nəticələrini  fənnin 
 imkanları  baxımından  xüsusiləşdirir.Demək hər  bir  standart  iki  mühüm 
tərkibdən ibarətdir:  məzmun  və ya bilik;   fəaliyyət və ya bacarıq.  
Standartlar  öyrədiləcək  məzmunu aydın edir  və  bacarığın  xüsusiyyətini  
göstərir.  Dəyişməz olan hər  bir  əsas standart  dəyişən alt-standartlarla müşayiət
  edilir.  Bu əməliyyatlar,  bir  neçə  məqsədə  nail  olmaqla pedaqoji prosesdə
 nəzəri və praktik problemin həllinə imkan  verir. 
 Alt-standartları səciyyələndirən cəhətlərə aiddir: Əsas standartda  mürəkkəb
 fikirlər  alt-standartlarda  daha sadə məzmuna bölünür;  Alt -standartlar  
təlim  məqsədlərinin  müəyyən  olunması üçün  zəmin  olan tərkibləri
 əks etdirir; Sinifdən-sinfə keçdikcə alt-standartlar dəyişir. 
 Qeyd olunan xüsusiyyətlərin mahiyyətini müəllim özü üçün anlaşıqlı etməlidir.
Milli  Kurikulumda  müəyyən  edilmiş  ümumi  təlim  nəticələri  fənnin  səciyyəvi 
 cəhətlərinə istinad edərək  xüsusiləşdirilir.Tədris olunan mövzuların  təlim 
məqsədlərinin  müəyyənləşməsi  üçün  onların  ümumiliyi  diqqətdə  saxlanılır.Bu cəhətdən məsələyə aydınlıq gətirməkdə çətinliklə üzləşən müəllimlərimiz az deyildir.
Əsas standartın tərkibinə daxil olan alt-standartlar  məzmun    üzrə  sadələşdirilir. 
Məzmun alt- standartında  fəaliyyət  “nümayiş etdirmək”feili ilə ifadə edilmiş olur.  Alt-standartlarda  məzmun üzrə  biliyin  növləri,  fəaliyyət  üzrə  bacarığın  
xüsusiyyətləri  baxımından konkretləşdirilir.Sonda təlim məqsədlərinin nəzəri və praktik problemin müəyyən olunmasına optimal şərait yaranır. Burada müəllim standartın məzmun və fəaliyyət tərkibi   ilə əlaqədar öyrənənin funksiyasını aydınlaşdırmalıdır. Şagird  nəyi  bilir? Suala görə standartın məzmuna aid biliyi  qazanmaq tələb olunur. Biliyin növləri-  deklorativ, prosedural, kontekstual kimi təsbit olunur. 
Deklarativ bilik hər hansı bir anlayışın dərk edilməsi kimi qəbul edilir. Nümunə üçün,bu bilik növü ibtidai siniflərdə “Texnologiya” fənnində onunla bağlı mühüm informasiyalar kimi dəyərləndirilir. Deklarativ bilik bilmə və anlama ilə əlaqələndirilir və yaddaşa əsaslanır. Bunlar “Texnologiya” fənninə aid mühüm terminlər, ifadələr, təriflərdir ki, şagirdlərin onları bilməsi təlimin sonrakı mərhələsinin təşkili üçün çox vacibdir. Məsələn,I-sinif. 1. Emal texnologiyaları
1.1. Emal texnologiyalarını və vasitələrini tanıyıb anlandığını nümayiş etdirir. 
 1.1.1.Müvafiq emal texnologiyalarını (ölçmə, kəsmə, yapma, birləşdirmə, qatlama, tikmə) sadalayır.
 2. Texnika elementləri. 2.1.Texnoloji maşınlar və texnoloji vasitələr haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir. 2.1.1. Verilmiş təsvirlərdə texnoloji maşınları (nəqliyyat, yük, məişət) və texnoloji vasitələri (əl alətləri, mexaniki alətlər) adlandırır. 2.1.2. Texnoloji maşınları və vasitələri sadalayır. 
3. Məişət mədəniyyəti. 3.1. Məişətdə zəruri hesab edilən ilkin bacarıqlara yiyələndiyini nümayiş etdirir. 3.1.1. Özünəxidmət və sanitariya-gigiyena qaydaları haqqında fikirlərini sadə formada şərh edir. 3.1.2. Otaq bitkilərinə qulluq qaydalarını şərh edir. 
Prosedural bilik prosesi ehtiva edərək,texnologiya fənni üzrə mühüm vərdiş və prosesləri əhatə edir. İxtiyari problemin həlli zamanı prosedural biliklərdən  istifadə edilir. Prosedural biliyin deklarativ bilikdən fərqi ondan ibarətdir ki, bu biliklər tapşırıqların yerinə yetirilmə əməliyyatında tətbiq edilir.Məsələn,I-sinnif. 1. Emal texnologiyaları. 1.2. Emal prosesinə hazırlıq işlərini yerinə yetirir. 1.2.3.Məmulatın hazırlanması ardıcıllığını müyyənləşdirir
1.3.Verilmiş materiallardan (kağız, karton, parça, plastilin) müxtəlif məmulatlar hazırlayır. 1.3.1. Məmulatların detallarını hazırlayır. 
3. Məişət mədəniyyəti. 3.1. Məişətdə zəruri hesab edilən ilkin bacarıqlara yiyələndiyini nümayiş etdirir3.1.5.Səhər süfrəsini tərtib edir.
4. Qrafika. 4.1. Əşyaları qrafik təsvir edir. 4.1.1. Əşyaların ayrı-ayrı hissələrinin qrafik təsviriniçəkir. 
Kontekstual bilik hər hansı prosesdə əldə edilən  informasiya və ya müəyyən informasiyalara tətbiq edildikdə yeni məna alan əməliyyatlar kimi dəyərləndirilir. Kontekstual nəzəriyyəyə əsasən təlim o zaman baş verir ki, şagird öz bilik dairəsi çər­çivəsində yeni informasiyalar və biliklər emal etsin. İnfor­masiyaların emalı məzmunda yeni məna axtarmaqla və həmin mənaları inandırıcı şəkildə əlaqələndirməklə həyata keçirilir.Məsələn,I-sinif. 1. Emal texnologiyaları. 
1.2. Emal prosesinə hazırlıq işlərini yerinə yetirir. 1.2.2. Məmulatın hazırlanması üçün uyğun emal vasitələri seçir. 1.2.4. Hazırlanacaq məmulatın materialına uyğun emal texnologiyası seçir.
Standartda  fəaliyyət –Şagird bildiyini necə nümayiş etdirir?  sualı cavablandırılır.
 Fəaliyyət  xüsusiyyətləri: İdraki və ya koqnitiv; emosional və ya affektiv ; 
hərəki və ya psixomotor .
İdraki və ya koqnitiv öyrənmə  əqli bacarıqlar əsasında biliklər əldə etməkdir. Bu öyrənmə metoduna xüsusi faktların dərk edilməsi, üsul nümunələri, intellektual qabiliyyətlərin və bacarıqların inkişafına xidmət edən fəaliyyətlər toplusu daxildir. Kognitiv elmin yaradıcıları kimi psixoloqlar J. Miller, J. Bruner və kibernetika üzrə Nobel mükafatı laureatı G. Simon qəbul edilir. Lakin bəşəriyyətin humanitar, enerji və ətraf mühit problemlərinin həlli üçün lazım olan biliklər sferasının yaranmasına sosial-iqtisadi və texnoloji şərait son on ildə yaradılmışdır. Əslində hələ qədim zamanlarda Platon və Aristotel kimi filosoflar insan beyni,  fəaliyyəti və   zəkasının təbiətini izah etməyə cəhdlər etmişdirlər.
Emosional  və ya affektiv  öyrənmə hiss və emosional sahələrdə inkişaf, şagirdin mənəvi hazırlığıdır. Emosiya canlı varlığın vəziyyətini ,xarici təsirlərinin bioloji əhəmiyyətini müəyyənləşdirmək tələbatı ilə bağlı olub mənfi və müsbət cəhətləri araşdırılır. 
Psixomotor öyrənmə fəaliyyəti şagirdlərin fiziki və praktiki bacarıqları kimi hərəkət növləri başa düşülür. Məzmun standartlarında öz əksini tapmış üçüncü əsas sahə psixomotor bacarıqlardır. Bu bacarıqlar əzələ inkişafını və hərəki fəaliyyəti əhatə edir. Kurrikulumda psixomotor sahənin ən çox vurğulandığı  fiziki tərbiyə, texnologiya və  musiqi fənləridir.
 Pedaqoji prosesin inkişaf dinamikası obyektlə subyekt arasında qarşılıqlı münasibətlərin xarakterindən asılılığını praktik nümayiş etdirmək müvafiq standartların reallaşdırılmasını zəruri edir. Pedaqoji prosesin obyektini ayrı-ayrı fərdlər (şagirdlər) və onların qrupları (sinif, məktəb kollektivi) təşkil edir. Pedaqoji prosesin subyekti kimi isə ayrı-ayrı şəxslər (müəllim, tərbiyəçi, valideyn və b.), habelə kollektiv orqanlar (pedaqoji şura, ictimai təşkilatlar, pedaqoji kollektiv və b.) çıxış edir.
Təhsidə müasir pedaqoji prosesin standartlarla inkişafı və onun mütəhərrikliyi gənc nəslin tərbiyə, təhsil, təlim və inkişaf səviyyəsi dinamik olaraq dəyişir, təkmilləşir.Bütün dövrlərdə   pedaqoji prosesin daxili hərəkətverici qüvvəsini tələb və imkan arasında olan ziddiyyət təşkil etmişdir.Məsələn, şagirdlər qarşısında qoyulan tələblərlə onların yerinə yetirmək üçün real imkanları arasındakı ziddiyyət təşkil edir. Bu ziddiyyət o zaman inkişafın mənbəyi olur ki, irəli sürülən tələblər şagirdlərin imkanlarına uyğun gəlsin.Aparılan araşdırmalardan məlum olur ki,yaranan ziddiyyət heç də həmişə inkişafa yönəlmir. Pedaqoji prosesdə ziddiyyət inkişafın mənbəyi olduqda fəal təlimin ümumi məqsədin, qanunauyğunluq və prinsiplərin, forma və metodların  səmərəsi artır. 
Mənbələrdə pedaqoji prosesin qanunauyğunluqları səbəb-nəticə asılılıqları ilə bağlı olaraq qarşılıqlı surətdə əlaqələndirilir. Məsələn,pedaqoji proseslə cəmiyyətin tələbatları, imkan və şəraiti arasında; pedaqoji prosesin müxtəlif sahələri - tərbiyə, təhsil, təlim və şəxsiyyətin inkişafı arasında; şəxsiyyətin fəaliyyəti və ünsiyyəti ilə onun inkişafının nəticələri arasında; pedaqoji prosesin subyekti və obyekti arasında; kollektiv və şəxsiyyət arasında ; pedaqoji prosesin məqsədi, məzmunu, forma və metodları arasında ; şəxsiyyətin imkanları ilə ona pedaqoji təsirin xarakteri arasında əlaqələr və s.
Pedaqoji prosesdə hər bir əlaqə ilə bağlı müvafiq qanunauyğunluqlar nəzərə alınmaqla, təlim işində problemləri uğurla aradan qaldırmaq olar. Çünki, bütün pedaqoji 
pro­ses­lərin inkişafında eyni mərhələlər nəzərə çarpır. Pedaqoji prosesin hazırlıq, əsas, yekunmərhələləri, onun inkişaf ardıcıllığıdır. 
 Pedaqoji prosesinhazırlıq mərhələsində əməliyyatın nəzərdə tutul­muş istiqamətdə və sürətlə baş verməsi üçün zəruri şərait ya­ra­dılır. Bu mərhələdə: qarşıya məq­sədin qoyulması, şəraitin diaqnostikası, nailiyyətlərin proqnoz­laş­­dırılması, prosesin inkişafının planlaşdırılması kimi mühüm vəzifələr həll olunur.
Məqsədin müəyyənləşdirilməsi və əsaslandırılması təhsil siste­mi­nin qarşısında duran ümumi pedaqoji məqsədi konkret vəzifələrə çe­virmək deməkdir. Buna pedaqoji prosesin müəyyən kəsiyində və konkret şəraitində nail olunur. Məqsəd pedaqoji prosesin konkret sis­temi ilə bağlıdır. Diaq­nos­ti­ka­sız pedaqoji prosesin əsas məqsədini və vəzifələrini  müəy­­yən etmək mümkün deyil. Pedaqoji diaqnostika bu pro­se­sin baş verəcəyi şərtləri və şəraiti aydınlaşdırmaq isti­qamətində apa­rı­lan tədqiqatdır. Onun başlıca məqsədi nəzərdə tutulan nəticələrə nail ol­mağa kömək və ya mane ola biləcək səbəblər haq­qında aydın təsəv­vür əldə etməkdir. Diaqnostika prosesində peda­qoq və şagird­lərin real imkanları, onların əvvəlki hazırlıq səviyyəsi, pro­sesin baş verdiyi şərait, bir çox digər vacib şərtlər haqqında lazım olan bütün infor­masiyalar toplanılır.Proqnozlaşdırma üçün pedaqoji prosesin gedişi və nə­ti­cə­ləri əsas verir. Proqnozlaşdırmanın mahiyyəti ondan iba­rətdir ki, burada proses başlamazdan qabaq mövcud konkret şəraitdə əldə ediləcək mümkün nəticələrə ilkin qiymət verilir. Proq­noz­laş­dırma mü­rəkkəb metodikalarla həyata keçirilir.Bununla da müəllimlər pedaqoji prose­sin az səmərəli olacağını gözləmədən onun planlaşdırılmasına və gedişinə fəal müdaxilə etmək imkanı qazanırlar .Pedaqoji prosesin növbəti əsas adlanan mərhələsi qarşılıqlı əlaqəli, mühüm elementləri özündə birləşdirir. Onun: qarşıdakı fəaliyyətin məqsəd və vəzifələrinin müəy­­­yən olun­ma­sı və izah edilməsi; pedaqoqlarla öyrənənlərin  qarşı­lıq­lı təsi­ri; pe­da­qo­ji prosesin nəzərdə tutulmuş metodları; vəzifələri və for­ma­ları; əl­ve­rişli şəraitin yaradılması; öyrənənlərin fəaliyyətini sti­mul­laşdırmaq üçün müxtəlif tədbirləri həyata keçirmək; pedaqoji pro­sesin digər proseslərlə əlaqəsini təmin etmək ele­ment­ləri vardır
Pedaqoji prosesin sə­mə­rəliliyi bu elementlərin bir-birilə məqsədyönlü əlaqəsindən, onla­rın istiqamə­ti­nin və praktik həyata keçirilməsinin ümumi məqsədə və qarşılıqlı zidd olmamasından asılıdır. Pedaqoji prosesin həyata keçirilmə mər­hələsində onun idarə edilməsi ilə bağlı operativ qərarlar qəbul etmək üçün əks əlaqənin mühüm rolu vardır. Əks əlaqə prosesi keyfiyyətlə idarə etmək üçün əsasdır. Bununla əlaqədar qeyd etmək lazımdır ki, pedaqoji proses sistemi xeyli dərəcədə özünü tənzim­ləyən sistemdir. Çünki orada iştirak edən insanlar öz iradəsinə və sərbəst seçmə im­ka­nı­na malikdirlər. Pedaqoji prosesin gedişində operativ əks əlaqənin yaradılması qarşılıqlı təsirdə vaxtında düzəlişlər aparmağa kömək edir.Müasir təlim üsulları imkan verir ki:pedaqoji prosesdə müəllim özünün aktivliyi ilə şagirdləri yaradıcı fəallığa cəlb etsin və əməkdaşlığı nəticəsində onlara müvafiq tədqiqatçılıq bacarıqları aşılansın.(6. s.165)
Pedaqoji prosesin yekun mərhələsi alınan nəticələrin təhlili ilə başa çatır. Təhlil edən zaman pedaqoq buraxılan səhvlərdən nə­ti­cə çıxarır, öyrənir və  inkişaf edir. 
Ciddi təh­lil və özünütəhlil pedaqoji ustalığın yüksəldilməsinin ən mühüm şər­tidir. Pedaqoji prosesin gedişi və nəticələri proqnozlara uyğun gəl­­mir­sə, onda səhvin harada, necə və nə üçün buraxıldığını müəyyən et­mək lazımdır. Praktika göstərir ki, pedaqoq prosesin diaqnosti­kasını və proqnozunu nəzərə almayanda daha çox səhv buraxır. Be­lə proses  öyrənənlərin vaxtını almaq, marağını itirmək deməkdir.Bu metodoloji  yanaşmanın tərəfdarlarının fikrincə bəşəriyyəti narahat edən qlobal problemləri qloballaşma prosesi nəticəsində aradan qaldırmaq mümkündür.
Kurikulumun tələblərinə uyğun pedaqoji proses əvvəlcədən müəyyən olunmuş nəticələri əldə etmək üçün müəllimlərin əlaqələndirici, istiqamətverici, məsləhətci, şagirdlərin isə tədqiqatçı, təcrübəçi, yaradıcı subyektlər kimi qarşılıqlı əməkdaşlıq fəaliyyətləri əsasında yaranan müasir prinsiplər məhz ziddiyyətlər nəticəsində baş verən qanunauyğunluqlara əsaslanmışdır. Həmin müasir tələblərə aid edilir:pedaqoji prosesin tamlığı – bu zaman təlim məqsədləri kompleks (inkişafetdirici, öyrədici, tərbiyəedici) həyata keçirilir, real nəticələrlə yekunlaşan müəllim və şagird fəaliyyətini əhatə edir;təlimdə bərabər imkanların yaradılması - bütün şagirdlərə eyni təlim şəraiti yaradılır və pedaqoji proses onların potensial imkanları nəzərə alınmaqla tənzimlənir;şagirdyönümlülük - şagird pedaqoji prosesin mərkəzində dayanır. Bütün tədris və təlim işi şagirdlərin maraq və tələbatlarının ödənilməsinə, onların istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilir;inkişafyönümlülük - şagirdlərin idrak fəallığı izlənilir, nailiyyətləri təhlil edilir, bilik, baçarıq və vərdişlərinin inkişaf səviyyəsi tənzimlənir;fəaliyyətin stimullaşdırılması - pedaqoji prosesin səmərəli və effektiv qurulması, şagirdlərin təlimə marağının artırılması üçün onların fəaliyyətindəki bütün irəliləyişlər qeyd olunur və dəyərləndirilir, nəticə etibarı ilə şagirdlərin daha uğurlu təlim nəticələrinə istiqamətləndirilməsi təmin olunur;
dəstəkləyici mühitin yaradılması - pedaqoji prosesin münasib maddi-texniki baza əsasında və sağlam mənəvi-psixoloji mühitdə təşkil edilməsi keyfiyyətin və səmərəliliyin yüksəldilməsi üçün əlverişli və təhlükəsiz təlim şəraiti yaradır. 
Pedaqoji prosesin nəzəri və praktik problemlərin həlli fəal təlim zamanı idrak fəallığının  yaradılması və saxlanılması üçün mövcud olan dörd xüsusi psixoloji mexanizmlərin ardıcıllıqla tətbiqini zəruri edir.
Fəal –interaktiv təlimin səmərəliliyini təmin edən mexanizmlərə müvafiq olan sualları bələdçinin alqoritmik olaraq cavablandırmaq bacarığında olması və şagirdlərin biliklərinin canlandırılması,problemin həllinə istiqamətin verilməsi üçün yönəldici suallardan istifadə edilməsi vacibdir. Mexanizm — bir elementin hərəkəti başqalarının məcburi fəaliyyətini yaradan, hissələrdən ibarət kompleksdır. Mexanizmlər hərəkəti ötürmək üçün tətbiq olunurlar.Burada istehsalat texnologiyasının pedaqoji proseslə oxşarlığını aydın dərk etmiş oluruq.Məsələn,Problemli vəziyyətin yaradılması mexanizmin təsirindən  təlim prosesi yalnız şagirdin tədqiqatçı mövqeyinə, onun idraki maraqlarına əsaslananda səmərəli olur. Bu mövqeyi yaratmaq üçün mərkəzi təlim prosesi – tədqiqat olmalıdır. Hər tədqiqat isə ilk növbədə problemin qoyulmasından başlanır. Bu cür vəziyyətin yaradılması şagirdləri qarşıya qoyulmuş məqsədə nail olmaq yollarını axtarmağa sövq edir.Onların təfəkkürünü fəallaşdırır, idrak fəallığı yaradır və tədqiqat fəaliyyətini artırır. Problemli vəziyyət – məsələnin həllində ziddiyyətlərin, müxtəlif nöqteyi-nəzərlərin və variantların mövcudluğunu nəzəri olaraq təsbit edir.
Problemli şəraitin praktik yaradılması üçün müəllim müvafiq sualları cavablandırmalıdır.Məsələn:Sizin ən zəif şagirdiniz təlimdə nə zaman fəallaşır? Cavab:Təlim onun üçün maraqlı olduqda və o özü problemi həll etməyə qadirdirsə;Öyrənmə (idrak) fəallığını yaratmaq üçün nə etmək lazımdır?Cavab:İştirakçılar müxtəlif təkliflər irəli sürə bilərlər, lakin bələdçi onları “şagirdin qarşısına problem qoymaq və onu  problemin həll edilməsinə yönəltmək fikrinə yönəltməlidir; Nə üçün məhz problemin qoyulması vacibdir?Cavab:Problemin qoyulması nəticəsində   ziddiyyəti həll etmək tələbatı yaranır və bu birbaşa təfəkkürü oyadır, problemi həll etməyə vadar edir bu da öz növbəsində idrak fəallığını yaradır;Problemi necə yaratmaq olar?Cavab:Problemi yaratmaq üçün ziddiyyət və onun həlli üçün məlumat qıtlığı olmalıdır;Problemin  daha hansı xüsusiyyətləri idrak fəallığı yaradır?Cavab:problem сəlbedici, maraqlı, düşündürücü olmalı, müxtəlif fikirlər   yaratmalı, müstəqil tədqiq edilməsi mümkün olmaqla şagirdlərin öz qabiliyyətlərini nümayiş etdirməyə imkan verən və onların imkanlarına, səviyyəsinə uyğun olmalı, eyni zamanda asan olmamalıdır;Problem yaranandan sonra təlimdə  baş verir?Cavab:Problemin həlli üçün müxtəlif fərziyyələr təklif olunur.
Dialoqun və əməkdaşlığın zəruriliyi problemin həlli üçün müxtəlif fərziyyə və baxışların nəzərdən keçirilməsini və ən optimal metodun tapılmasını tələb edir. Bu isə məhz təlim prosesinin digər iştirakçıları ilə fəal əməkdaşlıq əməliyyatında  ən effektiv şəkildə əldə oluna bilər. Buna görə mövcud təlim metodunu ifadə etmək üçün "problem” və ya "problem – dialoji” təlim kimi anlayışlardan istifadə olunur. 
 Dialoqun və əməkdaşlığın zəruriliyi mexanizmin  praktik olaraq şərtləndirilməsi.Məsələn:Dialoq nəyə görə vacibdir? Cavab:Dialoq zamanı təlimin hər bir iştirakçısının bilik və təcrübəsindən istifadə edib problemin daha səmərəli həlli yollarını tapmaq mümkündür;Dialoq şagirdə hansı təlim imkanlarını verir və hansı bacarıqlar formalaşır? Cavab:Öz qabiliyyətlərini nümayiş etdirməyə imkan yaranır və şaqirin ünsiyyət bacarıqları formalaşır – öz fikirləri ilə bolüşmək, fəal dinləmək, müxtəlif fikir və baxışları nəzərə almaq, birgə iş görmək, bir-birinə hörmət etmək;Problemi daha səmərəli həll etmək və müxtəlif fərziyyələri araşdırmaq üçün müəllim və şagirdlərin arasında nə baş verməlidir?Cavab: Müəllim və şagirdlərin arasında dialoq, əməkdaşlıq baş verməlidir; Bu münasibətləri müəllim hansı yollarla həyata keçirə bilər? Cavab:Şagirdlərin biliklərinin canlandırılması və problemin həllinə istiqamətin verilməsi üçün yönəldici suallardan istifadə, lazımi məlumat mənbələrinin təqdim olunması, tədqiqat işinin düzgün təşkili, problemin həll edilməsinin stimullaşdırılması, həvəsləndirilməsi, yaradıcı əhvali-ruhiyyənin yaradılması  yolları ilə.
Şagird - tədqiqatçı,müəllim - bələdçi mexanizminə təlim prosesində mövqelərinə nəzəri olaraq aydınlıq gətirilir.Şagirdin-"kəşf edən”, "tədqiqatçı” mövqeyi zamanı gücü çatdığı məsələlər və problemlərlə üzləşərkən, bunları müstəqil tədqiqat prosesində həll edir.O, təlimin məqsədlərini şüurlu surətdə tərkib hissələrinə bölür: nəyi dərk etməli, nə üçün dərk etməli, nəyi öyrənməli, nə üçün öyrənməli, necə öyrənməli və bu hansı nəticələrə gətirib çıxara bilər. 
Müəllim-”bələdçi”, “fasilitasiya” (ingilis dilində facilitation –əlverişli şərait yaratma)mövqeyi ilə sistemli, ardıcıl və məqsədyönlü şəkildə şagirdlərlə əməkdaşlıq edir.Problem-vəziyyəti təşkil edir, tədqiqat məqsədlərinin qoyuluşunda şagirdlərə istiqamət verir, metodik köməklik göstərir, biliklərin əldə edilməsi və mənimsənilməsi yollarını öyrədir. Müəllimin vəzifəsi – öyrənməyi öyrətməkdir. Biliklərin əldə edilməsinə və tətbiqinə dair vacib əqli üsul və vasitələrə praktik cəhətdən yiyələnir. 
Fasilitasiya yanaşmasının əsas məqsədi şagirdlərin öyrənmək və yaratmaq tələbatlarını tam ödəmək, onların öz potensialını həyata keçirə bilməsi üçün şərait yaratmaqda ünvanlanan suallar müəllim üçün aydın olmalıdır.Məsələn:Sizin aranızda elə müəllimlər varmı ki, dərsdə şagirdlərin hamısının eyni səviyyədə fəallığına və məlumatı yaxşı qavramalarına nail olub? Nəyə görə yox, bu nədən asılıdır? Cavab:Şagirdin marağından, bilik səviyyəsindən, onun əhvalı-ruhiyyəsindən, idrak proseslərinin (hafizənin, diqqətin, təfəkkürün) xüsusiyyətlərindən, müəllimin ustalığından və s. asılıdır;Müəllim şagirdin qarşısına qoyulan problemi özü həll edəcəksə, fəallıq artacaq, yoxsa sönəcək?Cavab: Fəallıq sönəcək;Müəllim hansı mövqeyi tutmalıdır ki, şagirdin idrak fəallığı bütün dərs boyu saxlanılsın?Cavab:  Bələdçi mövqeyini tutmalıdır; Şagirdin təlim prosesinin subyektinə çevrilməsini necə başa düşürsünüz?Cavab:O, kəşfedici şəxsin rolunu icra edir;Bu zaman müəllim və şagirdin mövgeyi və əlaqəsi necə olmalıdır?Cavab:Müəllim bilikləri əldə edilməsində bələdçi mövgeyi tutur, şagird isə tədqiqatçı, bilikləri kəşf edən şəxs kimi çıxış edir.
Psixoloji dəstək: hörmət və etibar mexanizmin mahiyyəti müəllimin hər bir şagirdə mərhəmətli, hörmətcil, fərdi münasibətindən, sinifdəki mühiti xüsusi həssaslıqla duymasından ibarətdir. Təlimin psixoloji mühitinin bu şəkildə dəyişdirilməsi halında uğursuzluq qorxusu, inamsızlıq hissi aradan götürülər.Şagirdlərin idrak fəallığı dərs boyu lazımi səviyyədə qorunar. Şagirdə hörmətlə yanaşma, cavabların yaxşı və ya pis qiymətləndirilməsindən imtina edilməsi onda özünə inam hissini, müəllimə hörmət və etibarı daha da artırır.Psixoloji dəstək: hörmət və etibarla bağlı təqdim olunan suallara cavabların reallaşdırılmasına müəllim həmişə nail olmalıdır.Məsələn:  Nə üçün şagirdin öyrənməyə və problemi həll etməyə həvəsini   saxlamaq üçün psixoloji dəstək lazımdır?Cavab:Şagirddə uğursuzluq qorxusu, inamsızlıq hissi aradan götürülür və şagirdlərin idrak fəallığını dərs boyu lazımi səviyyədə saxlanılır; Bunu necə etmək olar?Cavab:Müəllim problemin şagirdlər tərəfindən müstəqil tədqiq edilməsi və onun həlli üçün bütün imkanları yaratmalıdır, onun cavablarını yaxşı və ya pis qiymətləndirməkdən imtina etməlidir, problemin həllində istənilən cəhdi yaradıcı fikir kimi qəbul etməlidir. Əsas şərt: müəllim şagirdlərə psixoloji dəstək verməlidir – onlara hörmət və etibarla yanaşmalıdır.
Nəticə olaraq qeyd edilir: Pedaqoji prosesin üç başlıca mərhələsi – hazırlıq, əsas 
və yekun mərhələləri vardır. Hazırlıq  mərhələsində  prosesin  nəzərdə tutulmuş  
istiqamətdə  və  sürətlə  baş  verməsi  üçün  zəruri  şərait  yara-dılır.   Qarşıya 
məqsədin  qoyulması,  şəraitin  diaqnostikası,  nailiyyətlərin proqnozlaşdırılması, 
prosesin inkişafının planlaşdırılması kimi mühüm  vəzifələr  həll  olunur. Pedaqoji
 prosesin  əsas  mərhələləri  qarşılıqlı  əlaqəli, mühüm elementləri  özündə 
 birləşdirir. Onun,  qarşıdakı  fəaliyyətin məqsəd  və  vəzifələrinin müəyyən
 olunması və izah edilməsi; pedaqoqlarla şagirdlərin qarşılıqlı təsiri; pedaqoji 
prosesin nəzərdə tutulmuş metodları; vəzifələri və formaları; əlverişli şəraitin 
yaradılması; məktəblilərin fəaliyyətini stimullaşdırmaq üçün  müxtəlif  tədbirləri
 həyata  keçirmək; pedaqoji  prosesin digər əməliyyatlarla  əlaqəsini  təmin 
 etmək elementləri daim reallaşdırılmalıdır.
Pedaqoji  prosesin  yekun  mərhələsində  emal olunan məhsul  təhlil edilir. 
                    
İstifadə olunan ədəbiyyat
1.Ş.Ağayev.İbtidai sinif müəllimlərinə kömək.Bakı,”İMZA”nəşrlər evi,2022,184səh.
2.Ə.Paşayev,F.Rüstəmov.Pedaqogika.Yeni kurs.Bakı”Elm və təhsil”,2012,464 səh.
3.L.Qasımova,R.Mahmudova.Pedaqogika.Bakı:Çaşıoğlu,2012,548 səh.      
4. Azərbaycanın təhsil siyasəti (1998-2005), II kitab. Bakı, "Təhsil", 2005).
5.“Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu. Bakı, ”Hüquq
 ədəbiyyatı”,2009.
6. F.Sadəqov. Pedaqoqika.Bakı,”Adiloğlu”nəşriyyatı-2009,600 səh.
7.Z. Veysova. "Fəal (interaktiv) təlim", Bakı-2007