Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Kollecin yeni təyinatı kollektivə təqdim edilib



Oktyabrın 29-da Azərbaycan Maliyyə-İqtisad Kollecinin yeni təyin olunan direktor müavini Pərviz Müseyibli kollektivə təqdim edilib. 
Təqdimat mərasimində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Orta ixtisas təhsili müəssisələri ilə iş sektorunun müdiri Zeynəb Hüseynova, kollecin rəhbərliyi və kollektivi iştirak edib. 
Tədbirdə idarəetmənin səmərəliliyinin artırılması, tədrisin keyfiyyətinin yüksəldilməsi və digər məsələlər müzakirə olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Təqdimatdan sonra kollecin infrastrukturu, maddi-texniki bazası ilə tanış olunub, təklif və tövsiyələr müəssisə rəhbərliyinə bildirilib.


Tarix: Dünən, 14:01

Xəbəri paylaş