Görkəmli şəxsiyyətlərin həyatından
M.V. LOMONOSOV
Mixail Vasilyeviç Lomonosov (19 noyabr 1711-ci il, Mişanin kəndi, indiki Lomonosov kəndində başmaqçı ailəsində dünyaya gəlib. Arxangelsk vilayəti, Rusiya imperiyası - 15 aprel 1765-ci il, Sankt-Peterburq, Rusiya imperiyası) - dünya səviyyəli birinci rus alimi-təbiətşünası, ensiklopedist, kimyaçı, fizik; vaxtilə fiziki kimyaya indiki dövrün tərifinə çox oxşayan anlayış verib və fiziki-kimyəvi tədqiqatların geniş proqramını işləyib. Onun istiliyin molekulyar-kinetik nəzəriyyəsi indinin materiya quruluşu barədə təsəvvürlərin əsasını qoyub, onun sayəsində bir sıra fundamental fiziki qanunları işləmək mümkün olub. Şüşə haqqında elmin əsasını qoyub.
O həmçinin astronom, cihaz nəzəriyyəçisi, coğrafiyaçı, metallurq, geoloq, şair, rəssam, tarixçi olub, müasir rus dilinin əsasını qoyub. Rusiya təhsil sisteminin, elm və iqtisadiyyatının inkişafına dair bir sıra layihələr hazırlayıb.
Sonradan onun adı ilə adlandırılan Moskva Universitetinin təsisi təklifini irəli sürüb. Venera planetinin atmosferinin mövcudluğunu kəşf edib.
Rus alimi Lomonosovun papirosunu yandırmaq istəyən kişinin əlində kibrit çöpü sönür. Bu zaman kişi deyir:
- Elmin işığı söndü!
- Sizin kimi keşişlərin əlində çox elmin işıqları sönüb, «müqəddəs ata», - deyə Lomonosov cavab verir.
İ.V.KURÇATOV
(1903-1960)
XX əsrin məşhur rus fiziki. Tədqiqatları seqnetoelektriklər və nüvə fizikasına aiddir. Nüvə reaksiyasının şaxələnməsini kəşf etmiş, süni radioaktiv izotopların nüvə izomeriyasını aşkara çıxarmış, uranın spontan bölünməsini kəşf etmişdir. Dünyada ilk termonüvə bombası yaratmışdır. 104-cü element Kurçatovun şərəfinə «kurçatovium» adlandırılmışdır.
***
Bir dəfə Kurçatovdan soruşurlar ki, nə üçün saqqal saxlayırsan? Kurçatov cavab verir: «Müharibə dövründə bir dəfə üzümü təzəcə sabunlamışdım ki, hava həyəcanı siqnalı verildi. Hamı kimi mən də sığınacağa qaçdım. Bombalardan biri mən çıxdığım evin üstünə düşdü və hər şeyi məhv etdi. Yalnız mən durduğum yer möcüzə nəticəsində sağ və salamat idi, heç sabun qabı da aşmamışdı. Əgər mən də həmin yerdə olsaydım heç nə olmazdı. Ondan sonra üz qırxmaqdan vaz keçdim».
***
Məlumdur ki, II Dünya müharibəsi zamanı Leninqrad uzun müddət blokada şəraitində olmuşdur. Hava həyəcanı siqnalı verilən zaman hamı sığınacağa qaçdığı vaxt bir riyaziyyatçı evdən çölə də çıxmazdı. Bir dəfə ondan, sığınacağa niyə düşmədiyini soruşurlar. Alim cavabında deyir:
- Mən hesablamışam, ehtimal nəzəriyyəsinə görə mənim evimə bomba düşmə ehtimalı sıfır tam, milyonda birə bərabərdir.
...Bu hadisədən bir neçə gün sonra həmin alimi də sığınacaqda görüb soruşurlar: «Bəs evdən niyə çıxdın?»
Alim:
- Bu boyda Leninqrad şəhərində bircə dənə fil var idi, bomba düz onun üstünə düşüb, ona görə mən də sığınacağa gəldim.
Y. BOYAYİ VƏ İ. LOBAÇEVSKİ
Qeyri - Evklid həndəsəsini kəşf edən və bununla da özünü xoşbəxt sayan 23 yaşlı macar riyaziyyatçısı Yonoş Boyayi xəbər tutanda ki, Asiya ilə Avropanın arasında İvan Lobaçevski adlı bir nəfər də belə bir həndəsə kəşf edib, çox sarsıldı. Atası, məşhur riyaziyyatçı Farkaş Boyayi oğlunu sakitləşdirərək deyərdi: «Qəm yemə, yaz gələndə bütün bənövşələr birdən çiçək açır».
AKADEMİKLUZİNN.N.
Görkəmli rus riyaziyyatçısı akademik Luzin ali riyazi təhsil alarkən, o qədər küt, zəif tələbə imiş ki, hətta Tomsk Politexnik İnstitutundan bir tələbə ona riyaziyyatdan əlavə dərs deyirmiş. Sonralar öz çalışqanlılığı nəticəsində akademik olmuş və Moskva Dövlət Universitetində təşkil etdiyi «Luzin seminarları» bütün dünyada məşhur olmuşdur. Müasir rus riyaziyyatçılarından bir çoxu vaxtı ilə «Luzin» seminarlarında oxumuşlar.
***
Çox böyük riyazi qabiliyyəti olan 19 yaşlı Keldışın sırf riyaziyyatla yox, tətbiqi riyaziyyatla məşğul olduğunu eşidən akademik Luzin ata - Keldışa gileylənir:
- Sizin oğlunuzu bədbəxtlik gözləyir! Ata - Keldış soruşur:
- Nə olub ki?
- Sizin oğlunuzun çox böyük riyazi qabiliyyəti var. Ancaq o riyaziyyatı qoyub, onun tətbiq sahələri ilə - xırda işlə məşğul olur. Bununla o heç nəyə nail ola bilməyəcək. Ömrü bada verəcək.
...Fikir verin, bu sözlər XX əsrin böyük riyaziyyatçısı və mexaniki haqqında deyilib.
AKADEMİKKOLMOQOROVA.N.
Bir dəfə akademik Kolmoqorovdan soruşdular:
- Doğrudurmu ki, əgər elmi nəzəriyyə doğrudursa, onda onun riyazi ifadəsi gözəldir?
Akademik cavab verir:
- Bunu bir az başqa cür ifadə etmək olar. Doğrudur, çox vaxt gözəl fikirlər doğru olur. Yəni, doğru qoyulmuş məsələnin təbiət tərəfindən çox gözəl və dolğun cavabı verilir.
***
Kolmoqorov qeyd edirdi ki, çox vaxt dahi riyaziyyatçıların çox «pis» yaddaşı olur.
Tarix: 2-10-2018, 13:31