Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Təhsil naziri Emin Əmrullayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında səfərdədir



Təhsil naziri Emin Əmrullayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına işgüzar səfəri çərçivəsində “British Expertise” təşkilatında təhsillə bağlı ən müasir texnoloji xidmətlər təqdim edən təhsil qurumlarının nümayəndələri ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı təhsil naziri ölkəmizdə təhsil sistemində həyata keçirilən innovasiya və texnologiya üzrə islahatlarla bağlı məlumat verib, bu islahatların daha da genişlənməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin 44 günlük Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsindən sonra işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işləri və xüsusilə də yaranmış imkanlar müzakirə edilib.
Emin Əmrullayev Lordlar Palatasında Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun təşkilatçılığı əsasında dünyanın və Böyük Britaniyanın Vorvik, Nyukasl, Durham, Lester və digər nüfuzlu universitetlərinin rəhbərləri və nümayəndələri ilə də görüşüb. Nazir hazırda ölkəmizdə ali təhsil sahəsində həyata keçirilən layihə və təşəbbüslər, o cümlədən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” barədə məlumat verib.
Görüşdə gələcək əməkdaşlıq imkanları müzakirə edilib.