Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Qədir Xəlilov: Xaricdə təhsil üzrə Dövlət Proqramının iştirakçıları ölkəmizi beynəlxalq müstəvidə təmsil edə bilərlər



Əvvəlki illərə nəzər saldıqda, xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində mühüm nəticələrin əldə olunduğu aydın görünür. Azərbaycanda dövlət proqramları vasitəsilə gənclərin xaricdə təhsil alması ənənəsi uzun tarixə söykənir. Bu yanaşma illər ərzində formalaşaraq inkişaf edib, 2000-ci illərdə yeni mərhələyə qədəm qoyub və bu gün də uğurla davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov Dövlət Proqramının təqdim etdiyi imkanlara həsr olunmuş tədbirdə deyib.
O bildirib ki, Dövlət Proqramı İdarəetmə Qrupu və gənclər təşkilatlarının əsas məqsədi proqram barədə geniş məlumatlandırma aparmaq və gənclərə düzgün seçim etmələrində dəstək olmaqdır: “Siz nüfuzlu xarici universitetlərdə təhsil alaraq həm şəxsi potensialınızı inkişaf etdirə, həm də ölkəmizi beynəlxalq müstəvidə layiqincə təmsil edə bilərsiniz”.


Tarix: Bu gün, 16:11

Xəbəri paylaş