Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan-Fransız Universitetində Məzun günü

    











İyunun 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Məzun Günü keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Təhsil Nazirinin müavini Firudin Qurbanov, ADNSU-nun rektoru professor Mustafa Babanlı, Fransanın Azərbaycandakı səfiri Zakari Qross, UFAZ-ın İcraçı Direktoru Vazeh Əskərov, universitetin professor-müəllim heyəti və məzunlar iştirak ediblər.
Əvvəlcə Respublikasının Azərbaycan Dövlət Himni səsləndirilib.
ADNSU rektoru, professor Mustafa Babanlı çıxışında UFAZ-ın bu il 39 magistr və 139 bakalavr məzunun olduğunu bildirib. “7 UFAZ məzunu bu il dünyanın TOP 50 siyahısında olan universitetlərə tam təqaüdlə qəbul olub”. Rektor M.Babanlı UFAZ-ın magistr məzunlarını bu layihədə və ADNSU-da müəllim və tədqiqat sahəsində çalışmağa dəvət edib. Rektor valideynləri təbrik edib və məzunlara uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov UFAZ tələbələrinin məzun olduğu ixtisasların ölkə üçün vacibliyini qeyd edib və məzunları ölkəmizin müasir quruculuğunda və azad olunmuş ərazilərin yenidənqurulmasında aktiv iştirak etməyə səsləyib.
Fransanın ölkəmizdəki səfiri Z.Qross UFAZ-ı seçdiklərinə görə gənclərə təşəkkür edib “Biz Azərbaycanın gələcəyinə nikbin baxırıq. Fransa tərəfdaş olaraq çiçəklənən, inkişaf edən, suveren və müstəqil Azərbaycan görmək istəyir. UFAZ layihəsi də bunun bir parçasıdır”. Səfir qeyd edib ki, inkişaf edən Azərbaycan qarşısında duran çağırışlardan biri də enerji tranzisiyası – karbon emissiyasının azaldılmasıdır. O UFAZ məzunlarını öz bilikləri ilə bu işə töhfə verməyə çağırıb.
UFAZ-ın İcraçı direktoru Vazeh Əskərov və Baş katibi Elizaveta Bydanova tələbələrin nailiyyətləri barədə tədbir iştirakçılarına məlumat verib. Bildirilib ki, bu il bakalavr pilləsini bitirən 29 nəfər UFAZ məzunu xaricdə təhsillərini magistratura pilləsində davam etdirəcək.
UFAZ məzunları Ləman Cəlilova və İlkin Səfərli isə universitetdə təhsil aldıqları müddət ərzində aldıqları təəssüratları bölüşüblər.
Rəsmi hissədən sonra məzunlara sertifikatlar təqdim olunub. Tədbir konsert proqramı ilə davam edib.


Tarix: 29-06-2022, 21:30

Xəbəri paylaş