Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

AzTU və Qazaxıstanın Atırau Neft və Qaz Universiteti arasında ikili diplom müqaviləsi imzalanıb

 
İyunun 21-də Qazaxıstanın Atırau Neft və Qaz Universitetinin məsul nümayəndələri-professor Assylbek Kanbetov və Almagul Turdaqaliyeva Azərbaycan Texniki Universitetində (AzTU) olublar. Qonaqları AzTU–nun rektor əvəzi, professor Xalıq Yahudov qəbul edib və Universitet haqqında məlumat verib.
Görüşdə AzTU və Qazaxıstanın Atırau Neft və Qaz Universiteti arasında bağlanmış mövcud ikitərəfli əməkdaşlıq müqaviləsi çərçivəsində görülmüş işlər müzakirə edilib.
Daha sonra hər iki universitet arasında ikili diplom müqaviləsi imzalanıb.
Beynəlxalq ikili diplom proqramının şərtlərinə uyğun tərtib olunan müqaviləyə əsasən hər iki universitetin tələbələri qarşılıqlı olaraq hər iki universitetdə təhsil alacaq və diplomlar həmin ölkələrdə tanınacaq.шаблоны для dle 11.2